Ekoloji menecmentin bir sıra anlayıŞları (təyinatları) vardır:
konkret bazar şəraitində müəssisə və təşkilatın təbiəti mühafizə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə idarəetmə sənətinə sahib olmaq sistemi;
gəlir almaq və ekoloji təhlükəsiz inkişafı təmin etmək məqsədilə təbiəti mühafizə tədbirlərinin təhlili, planlaşdırılması və onlara nəzarətin həyata keçirilməsi;
idarəetmə vasitələri sistemi - bir çox adamların təbiəti mühafizə sahəsində
əlaqələndirilmiş fəaliyyətlərinin təşkili.
Ekomenecment menecment sisteminin tərkib hissəsidir və tamamilə müəyyən edilmiş obyektə (kadr, istehsalat, maliyyə) yönəlmişdir. Burada məqsədli obyektlər müəssisənin təsərrüfat fəaliyyətinin ətraf mühitə göstərdiyi səmərələrdir: ətraf mühitə dəyən ziyanın ləğvi, enerji qorumaq və s. Ekoloji strategiya özü də rəqabətli üstünlüklərə nail olmağa yönəldilmişdir, bu isə müəssisənin uzunmüddətli fəaliyyətini təmin edir.
Bazar iqtisadiyyatı şəraitində menecment rəqabət üzərində qurulur və rəqabətdə uduşa yönəldilmişdir. Odur ki, onun baş vəzifəsi menecmentin əsas
“qızıl” qaydalarına yiyələnməkdir:
həyata keçiriləcək vəzifələrin imkanını, növbəliyini, ardıcıllığını təyin etmək bacarığı;
firmanın gələcəyini, onların həllindən asılı olan ən vacib ―taleyüklü‖ məsələləri başqalarına tapşırmamaq;
tabeliyində olanlara və özünə qarşı tələbkar olmaq, məsuliyyətsizliyə yol verməmək;
gecikdirmə - ölümə bərabər olan hallarda tez və qətiyyətlə hərəkət etmək;
öz sahəsində yaxşı informasiyaya malik olmaq;
ikinci dərəcəli şeylərlə məşğul olmamaq;
mümkün olan və reallıq çərçivəsində hərəkət etmək;
qaçılmaz hallarda uduzmağı bacarmaq;
öz idarəedici hərəkətlərində ədalətli, ardıcıl və möhkəm olmaq;
işdə məmnunluq tapmaq, elə idarəetmə fəaliyyəti ilə məşğul olmaq lazımdır ki, yalnız razılıq (məmnunluq) gətirsin.
Dostları ilə paylaş: |