Ekstensiv, istiqamətin tərəfdaşları hesab edirlər ki, texnogen inkişaf qaçılmazdır və təbiətin mühafizəsi xərcləri səmərəsiz, yararsızdır və hətta demək olar ki, iqtisadi inkişafı ləngidir, belə yanaşma yəni texnokritik yanaşma həm ekoloji ziyanın qiymətləndirilməsini həm də təbiətin mühafizəsi xərclərini azaldır.
İqtisadi, istiqamətin nümayəndələri, hansı ki, müvəqqəti razılaşdırılmış emissiyaya və digər normalara dayanaraq, normativ tələblər əsasında cari iqtisadi nəticələrin müqayisəsi ilə təbiəti mühafizə xərclərini məhdudlaşdırırlar; iqtisadi xərclərin real imkanları ilə təbiəti mühafizə xərclərinin razılaşdırılması ilə, mükəmməl ekoloji normativlər əsasında və ümumən nəticədə uzunmüddətli səmərəni qəbul edir, məntiqi əlverişsizlik nəticəsində iqtisadi itkilər lazımınca dəyərləndirilmir. Məhz bu iqtisadi yanaşma çərçivəsində çirklənmənin vurduğu iqtisadi ziyanın hesablanması üsulları işlənmişdir,
Qlobal, cəmiyyətin uzunmüddətli təbiəti mühafizə strategiyalarının çərçivəsi daxilində iqtisadi, ekoloji və sosial-ekoloji komponentlərinin nəzərə alınması ilə və ekoloji – iqtisadi balanslaşdırma ideyasına dayanır.
Idarəetmənin yeni sisteminin bünövrəsinə elə çevik təsir üsulları yeridilməlidir ki, həm təbiətdən istifadəçilərin həm də idarəetmə orqanlarının maraqları daxilində olsun həmçinin iqtisadi stimullaşdırma və təşkilati xarakterli üsulların üstünlük təşkil etməsi ilə.
Istənilən istehsalat fəaliyyəti ətraf mühitə təsir edir. Texnoloji proseslər nəticəsində yaranan iri həcmli tullantılar və zərərli maddələr maliyyə xərcləri tələb edir.
Təcrübə göstərir ki, tullantıları sıfır səviyyəsində zərərsizləşdirmək, neytrallaşdırmaq mümkün deyil. Buna görə də hesab edilir ki, belə tullantıların təmizlənməsinə çəkilən xərclər sonsuzadək sürə bilər. Bu hallarda tullantıların atılması həmin müəssisənin ləğvi ilə bitir.
MÖVZU 12.
Dostları ilə paylaş: |