Ətraf mühitdən istifadənin səmərəlilik göstəricisi diskontlaŞdırma (cari və gələcək məbləğlərin müqayisəsi), ekoloji element və vaxt amili nəzərə alınmaqla iqtisadi səmərə göstəricilərindən istifadə edilir.
Təbii ehtiyatların qiymətləndirilməsi zəruridir, lakin iqtisadi cəhətdən mürəkkəb prosesdir. Təbii resursların uyğun (real) qiymətlərinin layihələrdə nəzərə alınması, onun səmərəlilik səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edir.
Diskontlaşdırma problemi və diskontlaşdırma əmsalının kəmiyyətinin
(diskont stavkasının) müəyyən edilməsi çoxlu mübahisələr doğurur. Aydındır ki, diskont əmsalı yüksəkdirsə göstərilən xərc və zərərlər bir o qədər az olacaqdır.
Yüksək diskont stavkasının tətbiqi təbii sərvətlərdən çox tez bir zaman kəsiyində gəlir əldə etmək üçün sürətli istismar edilməsinə zəmin yaradır. Bununla iqtisadi qərar qəbul edilən zaman bugünkü rifah halının maksimallaşdırılmasına üstünlük
verilir. Uyğun olaraq, gələcək gəlir və mümkün zərərlər minimallaşdırılır.
Təbiətdən istifadə və mühafizəsinin səmərəliliyini aşağıdakı göstəricilərlə əsaslandırmaq olar:
xalis cari dəyər (NPV- netpresent value);
investisiyanın rentabelliyi – gəlirliliyi (BCR- benefit costratio)
investisiya xərclərinin geri qaytarılma müddəti (PB- period of benefit) - daxili dönmə norması (İRR – internal rate of return).
Beynəlxalq təşkilatlar bir çox banklar tərəfindən istifadə edilən müasir diskont stavkaları kifayət qədər yüksəkdir və 8-12% təşkil edirlər. Ölkəmizdə XX əsrin 70-80-ci illərində rəsmi qəbul edilmiŞ“Kapital qoyuluŞlarının səmərəliliyinin müəyyən edilməsi metodikası”nda iqtisadiyyatın müxtəlif sahələri üçün müxtəlif diskontlaŞdırma əmsalları müəyyən edilmiŞdir. Məsələn, meşə layihələrində bu əmsal 0,03 müəyyən edilmişdi (əgər kapital qoyuluşunun ödəmə müddəti 33 ildən az olardısa, layihə qəbul edilirdi). İqtisadiyyat üzrə tədbirlərin səmərəli olması üçün ciddi tələb qoyulurdu, kapital qoyuluşunun maksimal ödəmə müddəti 8 ilə, diskontlaşdırma göstəricisi isə 0,12-yə bərabər idi.
Bir sıra ölkələrdə dövlət – özəl sektor və orta dünya göstəricilərinə nisbətən daha aşağı diskont stavkası müəyyən edir. Məsələn, Böyük Britaniyada dövlət investisiyaları üçün tələb olunan gəlir norması 6%-ə bərabərdir.
İqtisadi cəhətdən inkişaf etmiş regionlarda məsələn, Şimali Amerikada, Qərbi
Avropada, Yaponiyada, keçmiş SSRİ-də ətraf təbii mühitin mühafizəsi daha çox tədbirlər irəli sürürlər. Bu ölkələrin sərhədləri boyu ekoloji mühitin saflığı uğrunda
tranzit çayların çirklənməsinə qarşı mübarizədə mühüm işlər görülmüşdür.
Avropa regional beynəlxalq təşkilatları dairəsində məsələn, Avropa Şurası,
İqtisadi Əməkdaşlıq, inkişaf və başqa beynəlxalq təşkilatların fəaliyyəti sayəsində ətraf təbii mühitin mühafizəsi, təbii sərvətlərdən, iqtisadi, texniki imkanlardan səmərəli istifadə edilməsi barəsində bir sıra müqavilələr bağlanmış, qərarlar qəbul edilmişdir. Avropanın bir sıra beynəlxalq təşkilatlarında ətraf təbii mühitin mühafizəsinə dair xüsusi bölmələr yaradılmışdır. Afrikada, Latın Amerikasında, Cənub-Şərqi Asiyada və Sakit okean hövzəsi ölkələrində təbii sərvətlərin mü-
hafizəsi üzrə beynəlxalq miqyasda mühüm işlər həyata keçirilməkdədir.
Son 10-15 ildə beynəlxalq miqyasda təbiətin mühafizəsinə dair tədbirlər üzrə əldə edilmiş mühüm nailiyyətlərdən biri BMT dairəsində bu sahədə dövlətlərarası işlərin uzlaşdırılması və maddi cəhətdən maraqlandırılması olmuşdur. 1972-ci ildə BMT tərəfindən Stokholm şəhərində insanı əhatə edən mühitin mühafizəsi
probleminə həsr edilmiş konfrans öz tarixi əhəmiyyətinə görə mühüm yer tutur. Bu konfransın yekunları üzrə BMT-nin Baş Məclisinin XXVII sessiyasında uzunmüddətli əhəmiyyətə malik olan nizamnamə qəbul edilmişdir.
Göstərilən nizamnaməyə əsasən BMT-nin daxilində ətraf təbii mühitin mühafizəsi ilə məşğul olan YUNEP adlı xüsusi təşkilat yaradılmışdır.
Stokholm konfransından başqa, əhali məskunlaşması (Buxarest, 1974-cü il), ərzaq problemi (Roma, 1974-cü il), yaşayış məntəqəsi (Vankuver, 1976-cı il), su sərvətləri (Mindel Plata, 1977-ci il) problemlərinə həsr edilmiş konfranslarının qərarları mühüm yer tutur. Göstərilən konfransların mühüm əhəmiyyətlərindən biri də onun beynəlxalq səpgidə həyatın ayrılmaz hüquqi hissəsinə çevrilməsidir. Bununla yanaşı təbiəti mühafizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində bir sıra çətinliklər vardır. Bu çətinliklər təbii mühitin mühafizəsində ayrıayrı dövlətlərin mənafelərinin toqquşmasından, müxtəlif istehsal münasibətləri şəraitində təbii sərvətlərin plansız istifadə edilməsindən, bəzi ölkələrin mürtəce siyasəti nəticəsində hərbi silahların və xərclərin ildən-ilə artırılmasından irəli gəlir.
Müasir dövrdə ekologiyanın və iqtisadiyyatın qarşılıqlı inkişafı vacib problemə çevrilmişdir. "Ekoinkişaf" adlanan bu konsepsiya bütün beynəlxalq müşavirələrdə, konqreslərdə ictimaiyyətin diqqət mərkəzində durmuşdur. YUNEP-in
İdarəedici şurasının ikinci sessiyası (1974-cü il) qərara almışdır ki, "ekoinkişafın" konsepsiyasını və metodologiyasını gələcəkdə də inkişaf etdirmək zəruridir.
Beynəlxalq konfranslar təbiətin mühafizə edilməsi sahəsində dünyada əməkdaşlığın ənənəvi və ən səmərəli formalarından biridir. Lakin, bu konfransların qərarları, onun iştirakçılarının hüquqi cəhətdən fəaliyyəti məcburi deyildir. Lakin, onlar təbiətin mühafizəsi üzrə siyasi, beynəlxalq qaydaların icrasına yardım edirlər. Təbiətin mühafizəsi sahəsində mühüm forma olan beynəlxalq konfransların keçirilməsi əsasən XX əsrin əvvəllərindən başlamışdır. İsveçrənin dəvəti ilə konfransda 17 dövlətin nümayəndəsi iştirak edirdi. Bunlar: Avstriya, Almaniya, ABŞ, Argentina, Belçika, Böyük Britaniya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Macarıstan, Niderland, Norveç, Portuqaliya, Rusiya, Fransa idi. Konfransın əsas məqsədi təbiət sərvətlərinin istifadə edilməsi, təbiətin mühafizəsi sahəsində bütün məlumatların toplanmasının və nəşr edilməsinin təşkilindən ibarət idi.
Konfransda əsas mühazirə ilə İsveçrə alimi Pol Sarazin çıxış etmişdir. O, ayrı-ayrı dövlətlər tərəfindən təbiətin korlanması haqqında danışaraq, dənizlərdə, okeanlarda yaşayan məməli heyvanların təkrar istehsalına şərait yaradılmasını qarşıda qoydu. Pol Sarazin dünyada təbiətin mühafizəsi ideyasını, yəni beynəlxalq və milli ruhda ətraf mühitin saflığının təmin edilməsi haqqında qarşılıqlı sistemlərin yerinə yetirilməsi məsələlərini irəli atdı.
Lakin, istismar siyasətinin genişləndirilməsi tərəfdarı olan kapitalist dövlətləri Beri konfransının qərarlarını həyata keçirməyə mane olurdular. Məsələn, konfransda Fransa nümayəndələrindən biri bilirdi ki, nadir quşlar qorunarsa, onda quş lələyindən qadın papaqları hazırlayan şirkətə zərər dəyər. Lakin, birinci dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq konfransın qərarlarının həyata
keçirilməsi mümkün olmadı.
Məlumdur ki, müharibə başlıca olaraq hərbi məsələlərin həyata keçirilməsini irəli sürürdü. Yalnız II Dünya müharibəsi qurtarandan sonra, yəni təbiətə dəyən təsirin zərərli cəhətlərinin daha kəskin nəzərə çarpması ilə əlaqədar olaraq, beynəlxalq təşkilatlar təbiətin mühafizəsi haqqında təsirli tədbirlər axtarmağa başladılar. Onu demək kifayətdir ki, 60-cı illərin əvvəllərinə qədər təbii sərvətlərin istifadəsinə, təbiətin mühafizəsinə dair dünyada 500-ə qədər konfrans keçirilmişdir.
1948-ci ildə təbiətin mühafizəsi və təbii sərvətlər üzrə Beynəlxalq İttifaq təşkil edildi. 50-ci və 60-cı illərdə BMT-nin ayrı-ayrı bölmələri beynəlxalq miqyasda təbii sərvətlərin istifadə edilməsinə və təbiətin mühafizəsinə daha ciddi diqqət yetirməyə başlamışdır. BMT-nin fəaliyyəti dövründə ilk dəfə 1962-ci ildə onun Baş Məclisinin XVII sessiyasında təbiətin mühafizəsinə dair geniş qətnamə qəbul edildi. Dövlətlər iqtisadi inkişaf və təbiətin mühafizəsi ilə bağlı aşağıdakı şərtlərə tezliklə əməl etməsinə ümidvar olduğunu bildirdi:
təbii sərvətlərin istifadəsi prosesində onların təkrar istehsalının səmərəli bərpası və cəlb edilməsi;
bu məqsədlərin yerinə yetirilməsində təbiətin və təbii sərvətlərin mühafizəsi üzrə fəaliyyətdə olan ittifaqa, beynəlxalq təşkilatlara kömək edilməsi;
flora və faunanın saxlanılmasında beynəlxalq konfransların qüvvədə olan qərar və təkliflərinə əməl edilməsi;
bu sahədə məlumatlar mübadiləsinə alimlər və mütəxəssislərlə sıx
əməkdaşlığın və əlaqələrin aparılmasına müvafiq şərait yaradılması;
torpağın, suyun, flora və faunanın səmərəsiz, təsərrüfatsızlıqla istifadə edilməsini aradan qaldırmaq məqsədilə gələcəkdə müvafiq qanunların qəbulu və həyata keçirilməsi;
təhsil müəssisələri, mətbuat, radio, televiziya və s. məlumatların köməyi ilə təbiətin mühafizəsi sahəsində insanlar arasında əməkdaşlığın genişləndirilməsi.
Beynəlxalq miqyasda milli kompaniyaların yaradılması;
flora və faunanın zənginləşdirilməsinə, mühafizəsinə nail olmaq məqsədilə müvafiq departamentlərin bu işə cəlb edilməsi.
BMT-nin XXII sessiyasının qərarına əsasən 1968-ci ildə keçirilmiş Paris konfransı təbii sərvətlərdən istifadə edilməsinin elmi əsaslarının işlənib, həyata keçirilməsini tövsiyə etdi. Bu konfrans eyni zamanda biosfer sərvətlərinin mühafizəsi problemlərinə dair ümumdünya konfransının keçirilməsini zəruri hesab etdi.
BMT Baş Məclisi (dekabr, 1968-ci il) insanı əhatə edən mühitin mühafizəsinə, təbii sərvətlərdən istifadə edilməsinə dair konfransın 1972-ci ildə keçirilməsini qərara aldı. Baş Məclisin qətnaməsinə görə konfransın əsas məqsədi təbii sərvətlərdən istifadə edilməsini, ətraf təbii mühitin mühafizəsini səmərəli təşkil etməkdən, bu sahədə ayrı-ayrı dövlətlərin, beynəlxalq təşkilatların məsuliyyətini artırmaqdan, bunlara nəzarət etmək üçün xüsusi baş katibi təşkil etməkdən ibarət idi. Konfransın təşkil etdiyi hazırlıq Komitəsinə Argentina, ABŞ, Braziliya,
Böyük Britaniya, Qana, Qvineya, Zambiya, İran, İsveç, İtaliya, Yamayka,
Yaponiya, Kanada, Kipr, Kosta-Rika, Misir, Keçmiş SSRİ, Fransa və digər dövlətlərinin nümayəndələri daxil edilmişdir.
Keçmiş SSRİ və Avropa dövlətləri istər öz ərazilərində, istərsə də beynəlxalq miqyasda təbiətin mühafizə edilməsinə həmişə yüksək səy göstərmişlər. Cəmiyyət təbii sərvətlərin saxlanılmasına və mühafizəsi problemlərinə daha çox meyl göstərməyə başlamış, əhalinin bu işdə fəal iştirakını təşviq olunmuşdur. Təbiətin mühafizəsi məsələləri dünyanın bütün ölkələrində onların iqtisadi inkişafının tərkib hissəsi olmaqla mühüm dövlət əhəmiyyətli məsələ olmuşdur.
Yerin altında nüvə silahlarının sınaqdan keçirilməsinin qadağan edilməsinə dair Moskva müqaviləsi (1963-cü il) və bundan sonra nüvə silahının qadağan edilməsinə dair müqavilənin qüvvəyə minməsi beynəlxalq aləmdə siyasi və hərbi gərginliyin zəiflədilməsində böyük əhəmiyyətə malik olmuşdur. Nüvə silahının kosmosda okeanların və dənizlərin dibində saxlanılmasının, sınaqdan
keçirilməsinin qadağan edilməsinə dair dövlətlərarası müqavilənin qəbul edilməsi bu sahədə ciddi addım olmuşdur. Beynəlxalq ticarət və elmi-texniki əmək-daşlıq sahəsində də görkəmli nailiyyətlər əldə edilmiş, xalqlar arasında inam və etibar xeyli artmışdır.
Beləliklə, təbii sərvətlərdən istifadənin səmərəlilik göstəriciləri ətraf mühitə sərf olunan xərclərin azaldılması, daha optimal həcmin müəyyən edilməsi, yüksək nəticələr əldə edilməsi ilə müəyyən olunur. Bununla əlaqədar ekoloji mühitin qorunması, çirklənmələrin qarşısının alınması və bunlara vəsait qoyuluşu əsas rol oynayır. Ölkələrin və beynəlxalq təşkilatların əməkdaşlığı, birgə səyləri təbiətdən istifadənin səmərəliliyinin artırılmasına yönəldilmişdir. Bu göstəricilərin müəyyən edilməsi sonrakı paraqrafda şərh edilir.
Dostları ilə paylaş: |