X+rk min
Burada, X – cari illik xərclər - man; k – kapital qoyuluşlu – man; r – diskontlaşdırma əmsalı.
Göstərilənlərlə yanaşı, təbii ehtiyatların mühafizəsi tədbirlərində atmosferin, suyun və torpağın çirklənməsinin qarşısının alınması üçün xərclər tələb edilir. Bu xərclər ekoloji sistemin tarazlığını təmin etməyə və çirklənməyə qarşı mübarizə aparılmasına yönəldilir. Təbiəti mühafizə və çirklənmənin aradan qaldırılması həddən çox xərc aparır. Ona görə də çirklənmənin optimal səviyyəsi tapılır (vektor pulu ilə). Ətraf mühitin mühafizəsi və çirklənmə səviyyəsinin optimallığını təmin etmək üçün: 1) tənzimləyici standartlar, 2) maliyyə sanksiyaları, 3) çirklənmənin məqbul (qənaətbəxş) normalardan istifadə edilir.
Ekoloji problemlərin qlobal xarakter daşıması bu problemlərin həlli üçün ətraf mühitin qorunması istiqamətində tədbirlər sisteminin (iqtisadi, texniki, elmi, hüquqi, tərbiyəvi) həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlığı tələb edir. Ətraf mühitin qorunması üzrə əməkdaşlıq hələ 100 il əvvəl yaranmış və indi də sürətlə inkişaf etməkdədir. BMT bu məsələyə daim diqqət yetirir. 1962-ci ildə BMT-nın XVII Baş Məclisində ―Ekoloji inkişaf və təbiətin mühafizəsi‖ adlı xüsusi qətnamə qəbul olundu. Bu qətnamədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT-yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması
üzrə tədbirlər iqtisadi inkişafla birgə, eyni zamanda aparılmalıdır.
1972-ci ildə Stokholmda BMT-nın ətraf mühit məsələsi üzrə konfrans keçirildi. Konfrans ―Ətraf mühitin mühafizəsi‖ haqqında bəyanat qəbul etdi və 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. Suyun kompleks
istifadəsi və mühafizəsi, torpağın qorunub saxlanması, bərpası və münbitliyinin artırılması, meşələrin və heyvanat aləminin mühafizəsi BMT-nın ərzaq və kənd təsərrüfatı məsələləri üzrə təşkilatının diqqət mərkəzindədir. Bu təşkilat müntəzəm olaraq təbii resursların coğrafiyası, təbii resursların yerləşməsi, strukturu və onların uyğunluğunu, iqtisadi qiymətləndirmə, mühafizə, təkrar istehsal, rasional istifadə problemini, eləcədə resursla təmin olunma və resurs bazası vəziyyətinin proqnozunu öyrənir.
Dostları ilə paylaş: |