Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Dövlət ətraf mühiti mühafizə fondu



Yüklə 0,95 Mb.
səhifə124/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   120   121   122   123   124   125   126   127   ...   148
Mövzu 6

2. Dövlət ətraf mühiti mühafizə fondu


Ətraf mühitin mühafizə fondu MDB ölkələrinin öncül dövləti olan Rusiya Federasiyasında 1994-1995-ci illərdə ekoloji məqsədlər üçün ümumi daxili məhsulun 0,15 %-i qədər, 1996-1997-ci illərdə 0,1%, 1998-ci ildə isə yalnız 0,07

% vəsait ayrılmışdı. Halbuki, sərvətlər və çirklənməyə görə ödəmələrin miqdarı büdcə gəlirinin 5%-dən çoxunu təşkil edir. Rusiyada neft çıxarılması hüququna görə verginin 40 %-i federal büdcəyə, 30 %-i regional və 30 %-i yerli büdcəyə daxil olur. Lakin, həmin vəsaitlərdən istifadə barədə qanunvericilikdə heç nə deyilmir. Mineral-xammal bazasının bərpası üçün müəssisələrdən realizə edilən xammalın 2-10 %-ə qədər ödəmə tutulur. Həmin vəsait əslində yeni faydalı qazıntı yataqlarının axtarış və kəşfiyyatına, habelə torpaqların rekultivasiyasına xərclənməlidir. Lakin, həmin məbləğ başqa məqsədlərə sərf edilir. Azərbaycanda da bu sahədə problemlər vardır. Büdcəyə daxilolmalar kifayət qədər olsada büdcədən ekoloji məqsədlər üçün tam səmərəli istifadə edilmir. Elə hal olmuşdur ki, mərkəzi maliyyə orqanları təbiətdən səmərəli istifadə olunması məqsədilə toplanmış və büdcədən kənar ekoloji fonda cəmlənmiş, dövlət büdcəsinə heç bir aidiyyəti olmayan vəsait 1995-ci ildən dövlət büdcəsinə qatılır.

Bununla da büdcədən kənar ekoloji fondlar haqqında qüvvədə olan qanun və qaydalar pozulur, həmin vəsait isə digər məqsədlərə yönəldilir.

Ekoloji tədbirlərin həyata keçirilməsi isə xarici və beynəlxalq təşkilatların və bankların ümidinə və ixtiyarına buraxılmışdır. Həmin mənbələrdən ayrılan maliyyə vəsaitlərinin isə ümumi məbləğinin 50%-i təzədən maliyyələşdirici təşkilatın və ya hər hansı sponsorun özünə qayıdır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin