4. Müəssisələrin ətraf mühiti mühafizə fondları
Ekoloji özəlləşdirmə fondu özəlləşdirilən obyektlərdə təbiəti mühafizə amillərinin nəzərə alınması və ekoloji ekspertiza aparılması sayəsində yaradılır. Hər bir müəssisə təsərrüfat fəaliyyəti ilə məşğul olarkən ətraf mühiti çirkləndirməyə və ya təbii resurslardan istifadəsinə görə pul ödəmələrinin vacib şərt olduğunu nəzərə almalıdırlar. Əldə olunan gəlir və mənfəətdən ayrılan bu ödəmələr müəssisədaxili ətraf mühiti mühafizə fondunda cəmləşir. Həmin fondun formalaŞma mənbələri aŞağıdakılardır:
Ekoloji fondlara daxil olan vəsaitlərin daha da səmərəli formalarının axtarışı bir vaxtlar bir sıra regionlarda ekoloji bankların (ekobanklar) yaranmasına səbəb oldu. Belə banklar Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi. Bütövlükdə, ödəmələrin və xüsusi fondların vəsaitlərinin istifadəsinin təhlili göstərir ki, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirmə məbləği, ümumiyyətlə, ekoloji vəziyyəti sabitləşdirmək üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödəmələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini yerinə yetirmirdi. Bir sıra ölkələrdə ekoloji fondlardan təbiəti mühafizə istiqamətli obyektlərin tikintisinə təxminən 25% vəsait xərclənirdi.
Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatında gəlirin 90%-i təbiiehtiyatın sahələri hesabına əldə edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına, artırılmasına və təbiəti mühafizəyə yönəldilməlidir. Hazırda təbiəti mühafizə fəaliyyətinin maliyyələşdirilməsində müəyyən işlər görülsə də onu qənaətbəxş hesab etmək olmaz. Belə ki, həmin maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mühitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi daxili məhsulun 8%ni, Azərbaycanda isə 10-15%-ni təşkil edir. Bütün dünyada təbiəti mühafizə xərcləri iri kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlətlərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir çox ölkələrdə yüksəkdir (35-90%).
Dostları ilə paylaş: |