Sığorta kompaniyası zərərçəkənlərə aŞağıdakı növlərdə sığorta əvəzi ödəyir:
əmlakın zədələnməsi və məhvinə görə dəymiş ziyanın kompensasiyasını;
həyat şəraitinin və ətraf mühitin pisləşməsi ilə əlaqədar zərərin (ziyanın) ödənilməsini;
çirklənmiş ərazinin təmizlənmə xərclərini;
zərər çəkmiş insanların həyatını və əmlakını xilas etmək üçün çəkilən
xərcləri;
məhkəmə prosesinin aparılması ilə əlaqədar xərcləri.
Sığorta kompensasiyasının ödənilməsi sığorta təşkilatının ilkin kapitalla təyin edilən gücündən sığorta edilənlərin sayından, müvafiq ödəmələrin cəmindən və s.dən birbaşa asılıdır.
Sığorta heç vaxt çirklənmənin bütün növlərini əhatə etmir və yalnız əvvəldən gözlənilməyən və təsadüfi çirklənmələrdən dəymiş riskin ziyanı sığorta edilir. Bəzi kompaniyalar təklif edirlər ki, ətraf mühitin pisləşməsi də sığorta edilsin. Sığorta edilənlər hesab edir ki, çirklənmə ilə əlaqədar bütün hadisələrin 80%-i sığorta edilə bilər.
Dostları ilə paylaş: |