Ekoloji sığorta sisteminin əsas göstəriciləri aŞağıdakılardır:
sığorta riski;
sığorta məbləği;
sığorta haqqı;
sığorta tarifləri.
Ekoloji risk sığorta hadisəsinin və ya itkisinin başvermə ehtimalı ilə əlaqədardır. Sığorta riski qəzalar haqqında məlumatlar kütləsi əsasında ehtimal nəzəriyyəsi vasitəsilə müəyyən edilir. Sığorta hadisəsi qəzalar nəticəsində ətraf mühitə (atmosferə) qəfil, qəsdən olmayan zərərli atılmaları, yer səthinin çirklənməsi, su obyektlərinə çirkabın axıdılması sayəsində baş verən neqativ
haldır. Sığorta hadisələrinin və zərərli maddələrin siyahısı hər bir konkret hal üçün sığorta müqaviləsi bağlananda göstərilir. Sığorta ödəmələri tarif məzənnələrinə əsasən sığorta olunan tərəfdən müəssisənin illik dövriyyəsinin ölçülərinə müvafiq olaraq faizlə ödənilir.
Dostları ilə paylaş: |