SIĞORTA SİSTEMİ, İNFORMASİYA VƏ TƏHSİL, BEYNƏLXALQ ƏMƏKDAİLIQ
Ətraf mühitdən istifadənin iqtisadiyyatında sığortanın təyini, növləri və obyektləri
Ətraf mühitin mühafizəsi sahəsində informasiya və informatika.
Ətraf mühitin mühafizəsi sahəsində mədəniyyət
Ekoloji təhsil və maarifləndirmə
Ekoloji problemlərin həllində beynəlxalq əməkdaşlıq.
1. Ətraf mühitdən istifadənin iqtisadiyyatında sığortanın təyini, növləri və obyektləri
Ekoloji fəlakətlərin sayı ildən-ilə artır və müvafiq olaraq iqtisadi ziyanın həcmi də artmaqdadır. Fəlakətlərin nəticələrinin ləğv edilməsi hiss ediləcək dərəcədə maliyyə vəsaiti tələb edir. Yüksək risk şəraitində həmin ziyanın azaldılması üçün zəmanət lazımdır. Bu zaman əsas rolu ekoloji sığorta oynamalıdır. Ekoloji sığorta hüquqi şəxslərin, vətəndaşların gərgin ekoloji vəziyyəti şəraitində yarıtmaz nəticələrin aradan qaldırılmasında əmlak mənafelərini qorumaq və seçmə tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Gözlənilməz çirklənmə hallarının payı ümumi halların 30%-dən çoxunu təşkil edir.
Ekoloji sığorta sığortalamanın elə bir xüsusi kateqoriyasıdır (növüdür) ki, sığorta edən təşkilat sığorta olunan obyektə çirklənmə nəticəsində gözlənilmədən dəyən ziyanın əvəzini qismən və tamamilə ödəyir. Ekoloji sığorta bütün tərəflərin maraqlarını özündə əks etdirir. Onlar aŞağıdakılardır:
sığorta edənlərin fəaliyyəti vasitəsilə bütün əhalinin maraqlarını təmsil edən dövlətin fəaliyyəti;
üçüncü şəxs adlandırılan tərəflərin (fiziki və hüquqi) maraqlarının
gözlənilməz qəzadan zərər çəkmələri;
müəssisələrin özlərinin (sığorta olunanların) yəni, təbiət istifadəçiləri, onların tərəfindən və günahları ucbatından çirklənmə baş verməsi.
Bu prosesdə əhalinin və dövlətin maraqlarını sığorta edən-sığorta təşkilatı lisenziya əsasında təmsil edir.
Ekoloji sığorta üçüncü tərəfin zərərini ödəmək üçün məcburi sığorta olunan (çirkləndirən) tərəfin marağını ödəmək üçün könüllü həyata keçirilir.
Dostları ilə paylaş: |