Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə129/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   125   126   127   128   129   130   131   132   ...   148
Mövzu 6

Sərt mexanizmlər. Bu mexanizmlər həm inzibati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatların istifadəsini genişləndirən üsullar- cərimə siyasəti. Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, olmur. Çox vaxt bunları birləşdirmək lazımdır.

Bu isə konkret ərazi və texnologiyadan asılıdır.

Qəbul edilmiş bir çox qanunlar və normativ sənədlərdə hələ uzlaşmalar yoxdur, vergiqoyma və digər sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, ətraf mühitdən istifadə edənlərə qarşı bazar təsirinin strukturu hazırlanmamışdır, mənzil-kommunal təsərrüfatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və məişət sularının qarışıq axıdılması təmizləyici qurğuların tikintisinin bir çox halda özbaşına buraxılması ,şəhər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi durmaqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə olunan ehtiyatlara görə ödəmələr sistemi, əsas təsiredici amil olmasına baxmayaraq, Azərbaycanda özünə məxsus yer

tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, demək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçilərinin əmlak mənafelərinə toxunur və bu təbiəti mühafizə tədbirlərinin faydalı olmasını onların yadına salır. Təbiəti mühafizə fəaliyyətində əməli əhəmiyyət kəsb edən həvəsləndirici amil dövlətin vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndirməni özündə əks etdirə bilər. Bu qanunvericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tətbiqində öz əksini tapır. Rusiya Federasiyasında, əgər müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən vəsait ayırırsa, buna görə gəlirin vergiyə məruz qalan məbləği 30% azaldılar.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin