3. Regional ətraf mühiti mühafizə fondları.
Hazırda bir çox ölkələrdə, aparıcı maliyyə mənbəyi kimi ekoloji fondlar fəaliyyət göstərir. Fondlar investisiyaların təbiəti mühafizəyə yönəldilməsinə kömək göstərsə də, sonralar onların səmərəsi azaldı. Çünki nəzərdə tutulan ödəmələrin məbləği ilə faktiki daxil olan vəsaitlərin arasında böyük fərq yarandı. Ödəmələrin toplanması Rusiyada 50-60%, Azərbaycanda isə 10-30% arasında dəyişir. Ödəmələrin indeksləşdirilməsi isə Azərbaycanda 1992-ci ildən bəri, 22 il ərzində bir dəfə də aparılmamışdır.
Ekoloji siyasətin həyata keçirilməsində ən əsas vasitələrdən biri dövlətlərarası, dövlət və regional ekoloji proqramların hazrlanması və realizə edilməsidir. Proqramların maliyyələşdirilməsi Azərbaycanda 1980-cı illərdə əsasən dövlət büdcəsindən, ittifaq və Respublika tabeliyində olan nazirliklərin vəsaitləri hesabına yerinə yetirildi. 90-cı illərdə ekoloji fondların yaranması ilə proqramlar həmin fondlar hesabına həyata keçirilməli idi. Lakin SSRİ-nin dağılması bu məsələni xeyli arxaya atdı. 1995-ci ildən Dünya Bankının köməkliyi ilə işlənilən və 1997-ci ildə hazır olan ―Milli fəaliyyət planı‖ isə həm bankın, həm də donor ölkələrin və beynəlxalq fondların vəsaiti ilə, üstün tədbirlər üçün, tender vasitəsilə maliyyələşdirildi. 1992-ci ildə Rusiyada 150-dən çox ekoloji təmayüllü proqram hazırlanırdı. Onlar əsasən federal ekoloji fond vəsaiti hesabına yerinə yetirilməli idi. Lakin federasiya subyektləri 10%-lik paylarını keçirmədiklərindən həmin proqramlar maliyyələşdirilmədi. Hətta müəyyən edilmişdir ki, ekoloji fondların vəsaitinin xərclənməsində xeyli pozuntular vardır. Vəsaitlər başqa məqsədlərə xərclənir. Azərbaycanda da ekoloji qeyri-büdcə fondunun hesabına bəzi mühafizə tədbiri yerinə yetirilmişdir. Düzdür, həmin fonddan Bakı şəhər icra hakimiyyətinə
90-cı illərdə yaşıllıqların bərpası üçün müvafiq miqdarda vəsait keçirilmişdir. Lakin həmin vəsaitlərin xərclənməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir hesabat təqdim edilməmişdir. Bakı şəhər kommunal təsərrüfat idarəsinə isə həmin fonda daxil olacaq vəsaitdən maliyyə köməyi göstərilmişdir. Lakin həmin fonddan ümumi maliyyə qaydalarına müvafiq təbiəti mühafizə tədbiri yerinə yetirilməmişdir. Bunun əsas səbəblərindən biri də odur ki, həmin fondun qanunla nəzərdə tutulmuş idarə heyəti olmamış, hər hansı bir tədbirlər planı hazırlanmamışdır.
Yuxarıdakılardan əlavə, texnika, texnologiyanın qeyri-təkmilliyi, qəzaların ehtimalı çox olduğundan, habelə təbii iqlim şəraitinin xüsusiyyətlərindən asılı olaraq, yeni xüsusi bir fondun-ekoloji təhlükəsizlik fondunun, yaxud sığorta fondunun təşkil edilməsi zərurəti meydana çıxır. Bununla əlaqədar olaraq Azərbaycanda yerli fondlardan istifadə etməklə (5%-dən az olmamaq şərtilə) xüsusi fond yaradıla bilər.
Dostları ilə paylaş: |