Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin



Yüklə 188,31 Kb.
səhifə1/11
tarix17.05.2023
ölçüsü188,31 Kb.
#115585
növüDərs
  1   2   3   4   5   6   7   8   9   10   11
Drs vsaiti Orta sr Azrbaycan mutfk



TALEH XƏLİLOV
ORTA ƏSR AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİNİN ŞƏXSİYYƏT TƏRBİYƏSİ HAQQINDA FİKİRLƏRİ

DƏRS VƏSAİTİ


Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin
Elmi Şurasının 30 may 2018-ci il tarixli 09 saylı iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur.

NAXÇIVAN – 2019


Elmi redaktor: Vahid Məmməd oğlu Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Rəyçilər: Rəcəb Əbdüləli oğlu Ağayev
Pedaqogika üzrə elmlər doktoru, dosent
Sevda Yaqub qızı Kərimova Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Şərəbanı Əli qızı Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru
Taleh Fərman oğlu Xəlilov. Orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri. Naxçıvan: “Məktəb”, 2019, 99 səh.
Dərs vəsaitində orta əsr Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsi haqqında fikirləri təhlil olunmuşdur. Qeyd olunur ki, şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrdən başlayaraq meydana gəlmiş, orta əsrdən başlayaraq bu problemlə əlaqədar əhəmiyyətli nəzəri fikirlər söylənmiş, onun praktikada tətbiqi yollarının göstərilməsinə səy edilmişdir. Orta əsrlərdə şəxsiyyətin formalaşması ideyası insanın tərbiyə edilməsi kimi başa düşülmüş, yaxşı insan yetişdirilməsi məqsədini daşımışdır.
Vəsait ali məktəb tələbələri, magistrlər, doktorant, dissertant və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Biz mənəviyyatsız, ideyasız yaşaya bilmərik. İndiki ideyamız isə milli, tarixi ənənələrimiz, millətimizin keçdiyi tarixi yol, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında Nizami Gəncəvinin, Xaqaninin, Fələkinin, Nəsirəddin Tusinin, Bəhmənyarın, Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun və tarix boyu bir çox digər alimlərimizin, ədəbiyyatçılarımızın, filosoflarımızın yaratdıqları mənəvi dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdiril-məlidir. Əgər biz bu tarixi yaxşı təhlil edə bilsək, gənclərimiz onunla yaxşı tanış olsalar, adlarını çəkdiyim şəxslərin və yüzlərlə başqalarının əsərlərindən mənəviyyata dair fikirləri mənimsəsələr, həyatlarında rəhbər tutsalar, Azərbaycan xalqı düz yolla gedəcəkdir.


Yüklə 188,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin