Dərs vəsaiti Naxçıvan Dövlət Universitetinin



Yüklə 188,31 Kb.
səhifə2/11
tarix17.05.2023
ölçüsü188,31 Kb.
#115585
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   11
Drs vsaiti Orta sr Azrbaycan mutfk

HEYDƏR ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

MÜNDƏRİCAT


Ön söz...............................................................................4
Giriş..................................................................................6
I F Ə S İ L

ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİNİN


YARADICILIĞINDA ŞƏXSİYYƏTİN İNKİŞAFINDA İRSİYYƏT AMİLİNİN QOYULUŞU MƏSƏLƏLƏRİ
1.1. N.Gəncəvi, N.Tusi və M.Füzulinin irsiyyətlə bağlı fi-
kirləri ……..…………………………………………......9
1.2. M.Əvhədi insanın inkişafında irsiyyətin rolu haqqın-
da......................................................................................41
II F Ə S İ L

ORTA ƏSR MÜTƏFƏKKİRLƏRİ İNSANIN


MƏNƏVİ TƏKAMÜLÜNDƏ MÜHİTİN VƏ TƏRBİYƏNİN ROLU HAQQINDA
2.1. Orta əsr mütəfəkkirlərinin insanın formalaşması prosesində mühitin rolu ilə bağlı fikirləri............................53 2.2. Orta əsr mütəfəkkirləri şəxsiyyət tərbiyəsinin məzmu-
nu və vəzifələri haqqında................................................70
2.3. Müasir şəraitdə şəxsiyyətin formalaşması prosesində tarixi-nəzəri fikrin öyrənilməsinin əhəmiyyəti...............83
Nəticə...............................................................................92
İstifadə edilmiş ədəbiyyat..............................................95

ÖN SÖZ


Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrdən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında müvafiq olaraq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir. Qeyd edək ki, müəllif problemlə bağlı çox saylı tədqiqat materialını hərtərəfli və sistemli şəkildə öyrənmiş, bu tarixi-nəzəri mənbələr haqqında əhəmiyyətli maraqlı fikirlər söyləyə bilmişdir. Bu cəhətə əsaslanaraq göstərə bilərik ki, həqiqətəndə dərs vəsaiti məhz belə bir problemə həsr olunduğu üçün aktuallıq kəsb edir. Dərs vəsaiti giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. Girişdə müəllifin problemə münasibətini elmi yanaşma kimi qiymətləndirirəm.
Vəsaitin birinci fəsli “Orta əsr mütəfəkkirlərinin yaradıcılığında şəxsiyyətin inkişafında irsiyyət amilinin qoyuluşu məsələləri” adlanır. İki yarım fəsildən ibarət olan bu fəsildə ictimai, fəlsəfi və pedaqoji fikrimizin qaynaqları kimi M.Əvhədi, N.Gəncəvi, N.Tusi və M.Füzuli həyatı haqqında qısa məlumat verilmiş və əsərlərində irsiyyət amilinin şəxsiyyətin formalaşmasına təsirinə aid nümunələr əsasında geniş təhlillər aparılmışdır. Xoşa gələn cəhətdir ki, müəllif problemi dövrün tələbləri, diqtəsi, ideoloji streotiplərinin tərbiyədə əksi prizmasından öyrənməyə səy göstərmiş və buna demək olar ki, nail ola bilmişdir.
“Orta əsr mütəfəkkirləri insanın mənəvi təkamülündə mühitin və tərbiyənin rolu haqqında” başlıqlı ikinci fəsildə mühit və tərbiyə amilləri haqqında ümumi məlumat verilmişdir. Bu ümumi elmi-nəzəri fikirlər müəllifin məsələyə düzgün metodoloji əsaslarla yanaşdığını nümayiş etdirir. Gənc tədqiqatçı oxucunu inandıra bilir ki, X.Şirvani,
N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr Azərbaycan mütəfəkkirlərinin əslərində insanın formalaşması prosesində tərbiyənin və mühitin rolu ilə bağlı fikirləri pedaqoji fikrimizin çox əhəmiyyətli səhifələridir. Müasir şəraitdə bu zəngin xəzinə araşdırılaraq üzə çıxarılmalıdır. Bütövlükdə əsərdə klassik Azərbaycan mütəfəkkirlərinin şəxsiyyət tərbiyəsinin məzmunu və vəzifələri haqqındakı fikirləri geniş və sistemli şəkildə təhlil olunmuş və müasir şəraitdə şəxsiyyətin formalaşmasının tarixi nəzəri məsələlərinə aid yeni bir vəsait hazırlanmışdır ki, bu vəsait ali məktəbdə tədris prosesinə layiqli bir tövhə olacağına inanırıq.
Vəsaitdə müəllif şəxsiyyət tərbiyəsinin nəzəri problemlərini arşdıran görkəmli tədqiqatçı alimlərin əsərlərindən və elektron mənbələrindən də bacarıqla istifadə etmişdir. Ümumiyyətlə bəhs olunan problem dolğun və hərtərəfli hazırlanmışdır. Bəhs olunan məsələlərin təhlil-tərkib edilməsi və fikrin məntiqi ardıcıllığı tədqiqatın elmi dəyərini artırır. Müəllifin problemlə bağlı elmi ədəbiyyatlarla, dövrü mətbuat kolleksiyaları ilə tanışlığıda xüsusi qeyd olunmalıdır. Tədqiqatçı kimi müəllifin problemə baxışı, bəhs olunan məsələlərə yanaşması tam sistemli və yenidir.
Bu deyilənlərə əsaslanıb vəsait haqqında belə bir qənaətimizi ifadə etmək istəyirik ki, vəsaitin nəticələri bu problemlə maraqlananlara, müəllim və tələbələrə faydalı olacağını nəzərə alıb onun nəşr olunmasını vacib hesab edirəm.

Yüklə 188,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin