2.2. Orta əsr mütəfəkkirləri şəxsiyyət tərbiyəsinin məzmunu və vəzifələri haqqında
Orta əsr Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin metodologiyasını, yaranmışın vəhdətdə ikilik mövcudluğunun dialektikası təşkil edir. Bu ikilik ya bir-birilə mübarizədə (xeyir və şər, həqiqət və yalan, yaxşı və pis), ya bir-birini əvəz etməkdə (doğum və ölüm, gecə və gündüz, işıq və zülmət), ya da ki, bir-birilə yanaşı əlaqədə və münasibətdə, eləcə də inkişafda olur (kişi və qadın). Hər üç halda ziddiyyət ardıcıl və əlaqəli şəkildə gedir.
İstər ziddiyət, istər ardıcıllıq, istərsə də əlaqəlilik halında inkişaf prosesi gedir. İnsan yaranaraq öz ikiliyi ilə ikiliklər aləminə daxil olur. Şüura, düşüncəyə və nitqə malik olduğu üçün öz ikiliyini münasibətləri və ünsiyyəti ilə bütövləşdirir. Bu münasibət və ünsiyyət mayasının əsasını məhəbbət hissi təşkil edir.
Şəxsiyyət tərbiyəsinin məzmununda əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və insan fəaliyyəti ilə əlaqədar olan digər əxlaqi keyfiyyətlər də nəzərdə tutulur.
Azərbaycan ictimai-pedaqoji fikrində günümüzdəki tərbiyə etmədə gərəkli olanlar başqa bir aspektdə göstərilmişdir. Klassik pedaqoqlarımız şəxsiyyətin formalaşması prosesində insanın bütün daxili qüvvələrini nəzərə alması və kamillik yaradılmasına çalışmasıdır. Belə ki, insan üç istiqamətdə tərbiyə olunarsa, onda şəxsiyyət bütövlüyünə yiyələnə bilər:
1. Mənəvi-ruhi; 2. Əxlaqi;
3. Etik.
Mənəvi-ruhi tərbiyəyə ürəyin tərbiyəsi daxildir. Burada əsas vasitə rolunda dini anlam və dini dəyərlər çıxış edir.
Əxlaqi və etik tərbiyəyə ictimai və hüquqi normalara riayət etməyin, ailədə qarşılıqlı münasibətlərin, cəmiyyətdə insanlararası ünsiyyət və münasibətlərin, davranış normalarının və əxlaqi keyfiyyətlərin formalaşması daxildir.
Ağlın, iradə və xarakterin tərbiyəsinə isə ağlın iradi qüvvə ilə bilik sərvətinə yiyələnməsi, insanın fəaliyyəti və yaradıcılığını kamilləşməsi və eləcə də şəxsiyyət bütövlüyünün təmin edilməsi daxildir.
Onu da qeyd edək ki, şəxsiyyətin formalaşmasında xalqın şifahi yaradıcılıq nümunələrinin və şəxsiyyətin praktik tərbiyəsi işinin də təsiri olmuşdur. Atalar sözləri, məsəllər, hikmətli deyimlər, nağıllar, dastanlar, bayatılar və s. kimi nümunələr ilk mənbə olmaqla bu gün də şəxsiyyət tərbiyəsində mühüm əhəmiyyət daşımaqdadır. İnsan övladı dünyaya gəldiyi gündən ictimai mühitə və tərbiyəyə möhtac olmuşdur. Ona görə də insanın bioloji varlıq kimi inkişafı və onun tərbiyəvi təsirlərlə sosial şəxsiyyətə çevrilməsi şəxsiyyət tərbiyəsi ilə müşayiət olunur.
Professor Ə.Həşimov yazırdı: “Tərbiyə ilk dövrlərdən uşaq şəxsiyyətinin formalaşması prosesi kimi icra olunubdur” (28, 71).
Qədim və orta əsrlər dövrü Azərbaycan ictimai pedaqoji fikrində işlənən tərbiyə anlamı geniş mənada elə insanın şəxsiyyət kimi formalaşması məzmununu daşımışdır. Ona görə ki, şəxsiyyətin formalaşmasına təsir edən irsi imkanların, mühitin və tərbiyənin, eləcə də özünüdərk və özünüinkişafın hər birinin özünəməxsus xüsusiyyətləri vardır.
Onu da qeyd edək ki, irsi xarakterik xüsusiyyətlər insanın tərbiyəvi təsiri ilə formalaşmasa da, müəyyən şəraitdə onların məhdud və ya fəal görünməsi mümkündür.
Azərbaycan ictimai-pedaqoji fikrində aparıcılıq təşkil edən bu müddəa tərbiyənin baş məqsədini insanın şəxsiyyət kimi yetkin, kamil və faydalı olmasını təmin etməkdə görürdü.
Şəxsiyyət tərbiyəsinin məqsədinə insanın ünsiyyət və fəaliyyəti üçün tam hazırlaşdırılması və insanın hissi-idrakı qabiliyyətlərinin inkişafına tam nail ola bilməsi daxildir. Həmçinin hər bir insanın nəslinin kökü ailənin mənəvi
həyatından gələn mənəvi şüura və əxlaqi şüura dayanmışdır.
Böyük tamın (aləmin-T.X) kiçik tamı olan insanda bir-birinə zidd meyillər, hisslər və duyğular mövcud olur. O, ali şüura, düşüncəyə, nitqə, eləcə də əməl qüvvəsinə malik olduğu üçün öz ikililiyini münasibət və ünsiyyət fəaliyyəti ilə bütövləşdirə bilər.
Qeyd edək ki, bu münasibət və ünsiyyətin mayasını məhəbbət hissi təşkil edirdi. Azərbaycanın klassik filosof və pedaqoqları insanın psixi həyatının necəliyini onun orqanizminin keyfiyyətləri ilə əlaqələndirdiklərindən şəxsiyyət tərbiyəsinin məzmunu pedaqoji-psixoloji birliklərlə yanaşı daxil edilmişdir. Buna görə də şəxsiyyətin sosial mahiyyəti bitki və heyvanatla əlaqəli biliklər zəminində şərh edilmiş və aşkarlanmışdır. Onlar insanı canlı yaranış mövcudluğundan biri saymış, heyvanat qrupuna daxil etmiş, insanı yalnız ağlı, düşüncəsi, nitqi və şüurlu fəaliyyəti ilə fərqləndirmiş, ali şüurlu və yaradıcı varlıq adlandırmışlar. Ona görə də şəxsiyyət tərbiyəsini və insanın şəxsiyyət kimi formalaşdırılmasını dərk etmək üçün tərbiyə edəndən psixologiya, pedaqogika, fəlsəfə, əxlaq, biologiya, o cümlədən kosmologiya, astrologiya və şəriət elmlərini bilmək tələb olunmuşdu.
Şəxsiyyət tərbiyəsinin məzmununa daha çox əqli və əxlaq tərbiyəsində diqqət yetirilirdi. Çünki insanın şəxsiyyət kimi formalaşmasında onun idrakı imkanları və ictimai münasibətləri əsas götürülmüş, onlardan istifadə edərək və onları zənginləşdirərək fəaliyyət şəraiti yaradılmışdır.
Qeyd edək ki, insanın əqli tərbiyəsi və düşüncəsinin, çevikliyinin və sürətliliyinin yüksək olması və insan, təbiət, kosmik, eləcə də dünya haqqında biliklərə yiyələnməsi insanın şəxsiyyət tərbiyəsində əsas komponentlərdən biri hesab edilmişdir.
Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.İ.Xətai və M.Füzuli kimi orta əsr dahi Azərbaycan mütəfəkkirlərinin əsrlərində şəxsiyyətdə ən ali keyfiyyət ağıllılıq hesab edilmişdir. Bütün digər müsbət keyfiyyətlərin qazanılmasında ağıl əsas götürülmüşdür. Buna görə də insanda kiçiklikdə ağılı inkişaf etdirmək, hər işə ağıllı yanaşmaq keyfiyyəti yaratmaq tərbiyənin vəzifəsi kimi irəli sürülmüşdür.
Azərbaycan ictimai-pedaqoji fikrində əxlaq tərbiyəsi şəxsiyyət tərbiyəsinin məzmununun ən zəngin hissəsidir. Şəxsiyyətin necəliyi ilk əvvəl əxlaq tərbiyəsi ilə qiymətləndirilirdi. Çünki əxlaqi kamillik insanın öz-özünü başa düşdüyü və tanıdığı zamandan meydana çıxır. Əxlaq tərbiyəsinin məzmununa daxil edilən əsas əxlaqi keyfiyyətlər isə bunlardır: xeyirxahlıq, rəhmdillik, səxavətlilik, qənaətcillik, sözübütövlük, ədalətlilik, işgüzarlıq, zəhmətsevərlik, böyük-kiçik yerini bilmək, təvazökarlıq, düzlük, doğruçuluq, saflıq, əqidə bütövlüyü, yaxşılıq, söz və əməl birliyinə riayət etmək, vədə xilaf çıxmamaq, şərəf və ləyaqəti qorumaq, yoldaşlıq və dostluqda sədaqətli, doğru-düzgün olmaq, dözümlülük, təmkinlilik, səbrlilik, sülh sevərlik, kinli olmamaq, nəfsi toxluq, halallıq, inam, iman, sədaqətlilik və s.
Qeyd edək ki, Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin məzmunu ilə əlaqədar olaraq ağlın və əxlaqın tərbiyəsinə və eləcə də ruhi tərbiyəyə daha çox diqqət yetirilmişdir. Çünki insanın şəxsiyyət kimi formalaşmasında ilk öncə onun idraki imkanları və ictimai münasibətləri əsas götürülürdü. Həmçinin onlardan istifadə edərək şəxsiyyət zənginləşdirilir və fəaliyyət şəraiti yaradılırdı.
Şəxsiyyət tərbiyəsinin məzmununa daxil edilən ağıl tərbiyəsi göründüyü kimi, yalnız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiymətləndirilmir, həm də əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə vasitəsi və bu keyfiyyətlərdən istifadə edə bilmək imkanı nəzərdə tutulurdu. Ona görə də ağlın tərbiyəsi ilə əxlaqın tərbiyəsi birbiri ilə sıx əlaqələndirilir və vəhdətdə götürülür. İnsan ağılı və düşüncəsinin yüksək olması, dərinliyi, çevikliyi, sürətliliyi və insanın dünya haqqındakı bilikləri şəxsiyyət tərbiyəsinin əsas komponentləri hesab edilirdi. Buna görə də insan kiçik yaşlarından ağılı inkişaf etdirməyi və hər işdə ağıllılıq nişanəsi göstərməyi bacarmalıdır. Ağıl hər zaman ən gözəl keyfiyyət hesab edilmişdir.
Qeyd edilən bu ağıl tərbiyəsi orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində də özünü təsdiqləmişdi. Tədbirlik, eləcə də öz yerini bilmək, özünü və digərlərini qiymətləndirmək bacarığı, özünü inkişafa və təkmilləşdirməyə sövq etmək deməkdir. Bilik almağa cəhd göstərmək, idarəetmə qaydalarına, ictimai və hüquqi normalarına ədalətlə, vicdanla riayyət etmək bacarığı bədəninin sağlamlığını qorumaqdır.
İdrakla əldə edilən əxlaqi keyfiyyətlər şəxsiyyətin formalaşmasına göstərdiyi təsir orta əsr Azərbaycan mütəfəkkirlərindən X.Şirvanin, N.Gəncəvinin, N.Tusinin, M.Əvhədinin, İ.Nəsiminin, Ş.İ.Xətainin, M.Füzulinin əsərlərində daim diqqət mərkəzində saxlanılmışdı. Ağıllılıq bəxti gətirməkdən üstün tutulur. Çünki ağıllılıq daimi dövlət və ən gözəl zinət hesab edilirdi. Orta əsr Azərbaycan mütəfəkkiri X.Şirvani elmin böyük carçısı olmuşdur. Ağlı yüksək qiymətləndirən, insan zəkasını və onun yaradıcı qüdrətini alqışlayan mütəfəkkir müasirlərini dövrünün elmlərini öyrənməyə, həmçinin təbliğ etməyə çağırmışdır. O yazırdı:
Mənəm-mənəm deyib öymə özünü, Həmişə müxtəsər eylə sözünü.
Cahildir özünü tərif edənlər,
Çox bilirəm, - demə, - bilsən də əgər (32, 75).
Məlum olduğu kimi şəxsiyyətin formalaşması prosesi mürəkkəbdir. Bu prosesdə insanın əmək, fiziki, əqli, əxlaqi və estetik tərbiyəsi mühüm rol oynayır.
Qeyd edək ki, insanın fiziki və mənəvi qüvvələrinin ahəngdarlığına yaxınlaşması şəxsiyyətin formalaşmasına da təsir göstərə bilər. Şəxsiyyətin formalaşması bütöv bir proses olmasına baxmayaraq tərbiyənin cəhətlərinin hər biri digərləri ilə qarşılıqlı əlaqədə şərtlənirdi. Eyni zamanda tərbiyə prosesi vahid özəyə malikdir. Bu özək bitkin şəxsiyyətin inkişafına kömək edir.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində əxlaq tərbiyəsi tərbiyənin, məzmununun ən zəngin tərkib hissəsi kimi göstərilmişdir. Şəxsiyyətin necəliyi öncə bununla qiymətləndirilmişdi. Onu da qeyd edək ki, əxlaqi kamillik insanın öz-özünü başa düşdüyü və tanıdığı zaman meydana çıxır.
Nizami Gəncəvi yazırdı:
Özündən hər kim ki, deyil, xəbərdar,
Bir qapıdan girər, birindən çıxar (27, 26).
və yaxud
Ağıl-kamal bəsləməz, igidliyə ədavət,
Hünər də, igidlik də ədalətdir, ədalət (21, 84). Pedaqogika üzrə elmlər doktoru, professor Yusif Talıbov yazırdı: “Nizamiyə görə insanı kamillik mərtəbəsinə ucaldan onun ağlıdır, elmidir. İnsan ağlı-kamalı ilə şərəflidir. İnsana ədəb öyrədən də onun ağlıdır” (61, 97).
N.Gəncəvinin “Xəmsə”sindəki elmləri şərti olaraq dörd qrupa bölmək olar:
insanı, bəşəri öyrənən elmlər;
Mütəfəkkirin əsərlərindəki qəhrəmanlar (Xosrov, Bəhram, Nofəl, İsgəndər, Nüşabə və s.) yuxarıda şərti olaraq dörd qrupa böldüyümüz elmlərin demək olar ki, hamısını bilirdilər. Nizamiyə görə ali şəxsiyyət filosofcasına düşünməli və bu elmlərin hamısına aşina olmalıdır.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ən yaxşı əxlaqi-mənəvi keyfiyyətlər təbliğ edilmiş, pis və mənfi keyfiyyətlər isə tənqid edilmişdir.
Qeyd edək ki, X.Şirvani, N.Gəncəvi, N.Tusi, M.Əvhədi, İ.Nəsimi, Ş.Xətai və M.Füzuli daima sosial-etik və əxlaq tərbiyəsi məsələlərinə diqqət yetirmişlər. Onların əsərlərində əxlaq tərbiyəsinin məzmunu geniş şəkildə açıqlanmış və təbliğ olunmuşdur. Əsərlərində əxlaq tərbiyəsinin məzmununa daxil edilən əsas keyfiyyətlər xeyirxahlıq, təmkinlilik, düzlük və saflıq olmuşdur. Dahi mütəfəkkirlərimiz əxlaq tərbiyəsinin həm əxlaqi-saflaşdırıcı, həm də əxlaqi-formalaşdırıcı xüsusiyyətlərini əxlaqi kamilliyə çatmaq mövqeyindən müəyyənləşdirmişlər.
Dahi mütəfəkkir N.Tusi əxlaqi keyfiyyətlərin qiymətini və dəyərini onun təzahürü ilə müəyyənləşdirməyi lazım bilmişdir. O, insan xasiyyətini və vücudunu təbiətin ziddiyyəti hesab etmişdir. Ona görə də o, tərbiyə işində hər insanın təbiətindəki fərdi xüsusiyyətləri nəzərə almağı vacib hesab etmişdir. Mütəfəkkir əxlaqi keyfiyyətlərə daxil olan fəzilət xüsusiyyətləri haqqında məlumat verərkən elmi əsərlərə söykənmişdir. Onun fikrincə ən şərəfli sənət olan əxlaqın safdaşdırılması məsələsi şəxsiyyətin əxlaq tərbiyəsi sahəsində həm nəzəri, həm də praktik məsələləri əhatə etməli, özünün obyekt və predmeti olan elm sahəsi kimi öyrənilməlidir.
N.Tusi “Əxlaqın saflaşdırılması” elminin məzmununda insan nəfsinin mahiyyətini, hikmətlərə yiyələnməsini və kamilləşmə yollarını pedaqoji-psixoloji əsaslarla şərh etmişdir. Mütəfəkkir yazırdı: “İlk növbədə uşağın təbiətinə, nəyə qabil olduğunu nəzər yetirmək, ağlına, fərasətinə fikir vermək... vacibdir” (51, 160).
N.Tusi eyni zamanda insanda xoşagəlməz əxlaqi keyfiyyətlərin yaranmasının da izahını vermiş və onların aradan qaldırılması yollarını göstərmişdir. O, daha çox kəsalət və ətaləti, cəhalət və nadanlığı, xudpəsəndliyi və həyasızlığı şəxsiyyəti mənəvi inkişafdan saxlayan amillər kimi göstərmişdir. Ona görə də hətta müsbət keyfiyyətlərin özü belə ifrata vararsa və ya lazımınca meydana çıxmazsa, mənfi keyfiyyətlər şəklinə düşə bilər.
Orta əsr Azərbaycan mütəfəkkiri M.Əvhədi də tərbiyə olmadan insanın lazımınca formalaşmayacağını göstərmişdi. Əvhədinin fikrincə, meyvə almaq üçün bağban ağaclara qulluq etdiyi kimi, insan da şəxsiyyət kimi formalaşmaq üçün tərbiyəyə möhtacdır. O yazırdı: “Tərbiyə almaq o qədər də asan iş deyil, çətindir, lakin sonu şirindir” (47, 98). Onu da qeyd edək ki, Əvhədi özbaşına böyüməyi ən qorxulu hal hesab etmişdir.
M.Əvhədi digər mütəfəkkirlərdən fərqli olaraq uşağın tərbiyəsini dayəyə tapşırmağa qarşı çıxmışdır. Onun fikrincə, övladın tərbiyəsi ilə ancaq valideynlər, xüsusilə də ata məşğul olmalıdır. O yazırdı:
Özün əkdiyinə, ey ata inan, Yaxşı olar, özün olasan bağban... Bağda budaq sınsa qəm çəkməz baxan
Onun hər dərdini bil çəkər bağban (47, 111).
Mütəfəkkir başqa bir əsərində yazırdı: “Övladın gül də olsa sənindir, tikan da” (47, 93). Ona görə də elə etmək lazımdır ki, övladın gül olsun, tikan yox. Əvhədi yazırdı:
O, bir xəzinədir, qorunsa əgər,
Yoxsa zəhmətlərin olacaq hədər
Sənindir, gül olsun, o yaxud tikan,
Özün əkdiyini xar etmə, aman (47, 112).
Onu da qeyd edək ki, mütəfəkkir əsərlərində tərbiyəni sadə və əxlaqi-mənəvi keyfiyyətlərlə məhdudlaşdırmamışdır. O, elm, danışıq, və peşə öyrətməyi də tərbiyə işinə daxil etmişdir. Mütəfəkkirin fikrincə elm öyrənməyin yollarına bələd olandan sonra hər kəs özözünü elm ilə kamilləşdirməyə çalışmalıdır. Əvhədi elmi kamillik mənbəyi saymış və şəxsiyyəti elmsiz formalaşdırmağı mümkün hesab etmişdir.
Orta əsr Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi də şəxsiyyətin formalaşmasında tərbiyə amilinə toxunmuşdur. O yazırdı: “Tərbiyə böyük aləmdə, kiçik aləm olan insanı fəaliyyətə hazırlayır, özünə özünü tanıdır.
Bütün maddi və mənəvi aləmi özündə birləşdirən
“mən”ini inkişaf etdirir və haqqa qovuşdurmuş olur” (35,
87).
Nəsimiyə görə tərbiyə insanın özünüdərkinə şərait yaratmalı və kömək etməlidir. Özünüdərk təlim yolu ilə və biliklərə yiyələnməklə baş verir. Belə ki, bu yönümü istiqamətləndirən iradəlilik və ağıllılıq keyfiyyətlərini də tərbiyə formalaşdırır.
Dahi orta əsr Azərbaycan mütəfəkkiri Ş.İ.Xətaiyə görə özünü dərk edən və anlayan insan öz kimliyini, özünü, nəfsini bilməli, büdrəmələrə və cinayətlərə yol verməməlidir. Onuda qeyd edək ki, Ş.İ.Xətai irsən saf olmayan təbii imkanlı şəxsləri tərbiyə ilə saflaşacağına inanmamışdır. Güzgüsü pak olmayan insan Xətaiyə görə ən yaramaz insandır. Belə insanların yaxşılığına və insan adını doğrultmasına heç bir ümid yoxdur. O yazırdı:
Bilməyən kəndi vücudun, həqqi bilməz, lacərəm,
Kim ki, bildi nəfsini aləmdə gümrah olmadı. Güzgüsü pak olmayanın çarəsi yoxdur pasinə Qaldı məhrum ta əbəd ol anə həmrah olmadı.
Hər nə qılsan nikü bəd, axır sana ol tuş olur, Çəkmədi şərməndəlik, hər kim ki, bədxah olmadı (34, 171).
Mütəfəkkir bu şeirində yaxşılığın hər kəsin özü üçün yaxşılıq bədhaxlığın da eləcə bədxahlıq doğurduğunu bildirmişdir. O, eyni zamanda insanın öz vücudunu bilərək özünü təkmilləşdirməsi və formalaşdırması ilə məşğul olmasını da məsləhət görmüşdür.
Dahi Azərbaycan mütəfəkkiri M.Füzuli də insana və onun yaradıcı gücünə inanmış, bu gücü tərbiyə ilə istiqamətləndirməyi bilirmişdir. O, əsərlərində göstərmişdir ki, insan səy və inad etsə quru ağacların bar verməsinə xaraba səhraların da laləzara çevrilməsinə nail ola bilər. Ona görə ki, o, insanın insan ləyaqətinə çatmasında elmin və maarifin gücünə inanırdı. Mütəfəkkir tərbiyə alanın səyindən bəhs etdiyi kimi, tərbiyə verənin də məsuliyyətini unutmamışdır.
Pedaqogika üzrə elmlər doktoru, professor Ə.Seyidov yazırdı: “Füzuli göstərir ki, tərbiyə verən öz işini çox məsuliyyətlə yerinə yetirməli, xüsusi səy və diqqətlə tərbiyə işi ilə məşğul olmalıdır. Lazım gəldikdə tərbiyə etdiyi şəxsə “ciyərdən qan” verməlidir (57, 194).
Qeyd edək ki, Füzuli belə bir tərbiyəni yalnız məktəb yaşından deyil, körpəlikdən verilməsini düzgün hesab edirdi. Onun fikrincə balaca uşağı hənsı məqsəd üçün tərbiyə etsən, o cür də yetişəcəkdir. O, uşağı nəzarətsiz və özbaşına buraxmağın qəti əleyhinə çıxmış, mütləq məktəbdə təlim-tərbiyə almağa cəlb etməyi vacib saymışdır.
M.Füzuli əsərlərində tərbiyənin məzmununu və vəzifəsini geniş planda, yəni əqli, əxlaqi, estetik, fiziki və əmək-peşə hazırlığı səviyyəsində verilməsini göstərmişdir. Mütəfəkkir dövründə feodalizm yüksək inkişaf etmişdir. Həmin dövrdə feodallar öz övladlarına əsilzadə tərbiyəsi verdirmiş, fiziki tərbiyədən və əmək tərbiyəsindən çəkindirmişlər. Füzuli isə tələb edirdi ki, uşaq kimin övladı olursa olsun hərtərəfli və ahəngdar tərbiyə olunmalıdır. Əgər tərbiyə düzgün aparılmazsa tərbiyə olunandan tam, bütöv insan formalaşmaz. Mütəfəkkir bu haqda yazırdı:
Ey xacə, gər qulundan oğulluq murad isə, Şəfqət gözülə bax ona daim oğul kimi.
Gər oğluna dilərsən ola sahibi-ədəb,
Əlbəttə, eylə zillətə mötad qul kimi (15, 79).
Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində şəxsiyyət tərbiyəsinin məzmununa daxil edilən əqli tərbiyə yalnız biliklilik, elmlərə yiyələnmə və alimlik kimi qiymətləndirilmiş, əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə vasitəsi və eləcə də, bu keyfiyyətlərdən istifadə imkanı kimi nəzərdə tutulmuşdur. Buna görə də onların əsərlərində əqli tərbiyə ilə əxlaq tərbiyəsi daima bir-birilə sıx əlaqələndirilmiş və vəhdətdə götürülmüşdür.
Qeyd edək ki, təhsil almaqla və səyahətlərə çıxmaqla insan ağlını dərinləşdirir, təkmilləşdirir hərəkət və davranışlarında tələbat və ehtiyaclarının ödənilməsində yüksək əxlaqi keyfiyyətlərdən istifadəyə səy edir. İnsan özünü yüksək səviyyədə təzahür etdirməsə xeyir ziyandan çox olar. Ağıllılığı təmin edən öyrənmə, təhsil və bilik fayda verir. Ona görə ki, təhsil şəxsiyyətin kamilliyini təmin edir.
Onu da qeyd edək ki, şəxsiyyət tərbiyəsinin məzmununda əmək tərbiyəsi, estetik tərbiyə və fiziki tərbiyə məsələlərinə də yer verilmişdir. Bir-biri ilə sıx əlaqədə və vəhdətdə olan tərbiyənin bu növləri şəxsiyyətin ahəngdar inkişafına xidmət etmişdir. Əməksevərlik, peşəkarlıq, zəhmətə qatlaşma, sağlamlıq, gümrahlıq və çeviklik kimi müsbət əxlaqi keyfiyyətlərə malik olan insanlar həm də xeyirxah və ədalətli, yetkin və müdrik, kamil insan və əsil şəxsiyyət sayılmışlar.
Şəxsiyyət tərbiyəsinin vəzifələri sırasında ahəngdar inkişafı təmin etmək, insanı kamillik səviyyəsinə yüksəltmək, insanı təbii və sosial vəzifələri ləyaqətlə yerinə yetirməyə hazırlamaq mühüm yer tutur. Bu vəzifələrin düzgün yerinə yetirilməsi üçün böyüyən insandan öncə ailə tərbiyəsinin düzgün qurulması tələb olunmalıdır. Təsadüfi deyildir ki, orta əsr Azərbaycan mütəfəkkirlərinin fikrində ailə ilkin tərbiyə ocağı sayılmış, uşağın həyatda əldə etdiyi bütün qabiliyyət və keyfiyyətlərdə ailənin mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir. Çünki ata və ananın tərbiyəçilik funksiyası şəxsiyyətin formalaşmasında mühüm rol oynayır.
Orta əsr Azərbaycan mütəfəkkirlərinin əsərlərində sosial bərabərlik və ümumilik arzu olunmuşdur. Lakin real olmadığından hər bir şəxsə tərbiyəlilik tələbləri ayrıca verilmiş və hər bir insanın özünü şəxsiyyət kimi təkmilləşməsi özündən asılı hesab edilmişdir.
Qeyd edək ki, hər kəs öz mövqeyini və eləcə də, yaşayışını, qazandığı əqli, əxlaqi, fiziki, estetik və əmək tərbiyəsi hazırlığı ilə təmin etməlidir. Cəmiyyətdə əsrlərlə təcrübə keçərək formalaşan əxlaq normaları insanın əxlaq tərbiyəsinin məzmununu və vəzifələrini müəyyənləşdirmiş və şəxsiyyətin başlıca keyfiyyətinə çevirmişdir.
Yekun olaraq onu qeyd edək ki, Azərbaycan ictimaipedaqoji fikrində şəxsiyyət tərbiyəsinin məzmununda ilk öncə insanların bir-birilə ünsiyyət və münasibət mədəniyyətinə, davranış tərzinə və normalarına yiyələnməsi əsas yer tutmuş, cinslərarası ünsiyyət, münasibət və davranış xüsusiyyətləri üstünlük təşkil etmişdir.