Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Dünyanın nəhəng su anbarlarının iqtisadi göstəriciləri



Yüklə 0,95 Mb.
səhifə29/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   25   26   27   28   29   30   31   32   ...   148
Mövzu 6

Dünyanın nəhəng su anbarlarının iqtisadi göstəriciləri



Dünya üzrə

sayı

Tam tutumu (mlrd m3)

Avropa

517

616

Asiya

577

1628

Afrika

105

885

Şimali Amerika

883

1678

Mərkəzi və Cənubİ Amerika

202

641

Avstraliya

73

77

Dünya üzrə cəmi:

2357

5524

Dünyada 2357-dən artıq su anbarlarının fəaliyyət göstərməsi enerji istehsalında su anbarlarının təsir dairəsinin güclü olduğunu bir daha sübuta yetirir. Dünya hidroenerji ehtiyatı 9,7 milyard kvt-saat olub, onun 27,3%-i xarici

Asiyanın, 19,4%-i Latın Amerikasının, 32,8%-i Şimali Amerika və Afrikanın, 7,3%-i xarici Avropanın, 11,2%-i MDB, 2%-i isə Avstraliya və Okeaniyanın payına düşür. Dünya təsərrüfat sisteminin formalaşmasında energetikanın təsir dairəsi olduqca genişdir. Son illərdə dünyanın bir çox ölkələrində okean və dəniz sularından qabarma zamanı elektrik enerjisi əldə elməyin potensial imkanı 635 mlrd, kvt/saatdan artıq olduğu müəyyənləşdirilmişdir. Qabarma elektrik stansiyası Fransanın qərbində Rans çayının sahilində {qabarma 13 metrdən artıq hündürlüyə çatan yerdə) tikilmişdir. Bundan başqa Fransada istehsal gücü 12 mln kvt-a çatan Qabarma Elektrik Stansiyası, Kanadada gücü 56 mln kvt-a çatan İri Qabarma Elektrik Stansiyaları çoxdan istifadəyə verilmişdir. Qeyd olunmalıdır ki, Qabarma Elektrik Stansiyaları (QES) ən təkmilləşmiş qurğulara malik olsalarda, enerji istehsalı sutka ərzində çox kəskin dəyişir. Bu səbəbdən də bur cür QES böyük eneıji mənbələrində birləşdirmək vacib hesab edilir. Belə olduqda QES-lər elektrik enerjisinin istehlakının ən yüksək ―pik‖ dövrünü aradan qaldırmış olar. Elektrik enerjisini dünya okeanı sularının müxtəlif qatlarındakı temperatur fərqlərindən və dəniz axınlarından da almaq mümkündür.

Dünya okeanının enerjisi çox böyükdür. Bu eneıji müxtəlif formalarda təzahür edir və praktik cəhətdən istifadə edilməklə enerji bolluğu yaradan mənbələr kimi qiymətləndirilir. Dünya dəniz və okeanları ilə yanaşı, çaylarda böyük enerji mənbəyi olub, təbiətdən istifadədə mühüm əhəmiyyət kəsb edən resurs mənbələri kimi öz yeri vardır. Çayların enerjisi insanlar tərəfindən çox- çox əvvəllər istifadə olunurdu. XI-XIV əsrlərdə su çarxlarının enerji bazası əsasında un dəyirmanları işləyirdi. Su çarxları dövründə sənaye müəssisələri əsasən təbii və yaxud süni təşkil olunmuş böyük bəndlərdən tökülən suların qüvvəsi ilə işləyirdi. Hələ XVIII əsrdə rus ixtira- çısı Polzunov Altayda sahildən ayrılan iri su axını qurğusu düzəltmişdir.

İngiltərədə daş kömür və buxar maşınlarının ixtirasına qədər ərazidə olan çayların qüvvəsindən istifadə, olunurdu. Eyni zamanda həmin çayların enerji

istehsal olunan sahələrində metallurgiya zavodları, dəyirmanlar salınırdı.

Müasir şəraitdə artıq qədim ənənələr tarixdə qalmış elmin müasir

nailiyyətlərinə əsaslanan güclü Su Elektrik Stansiyaları (SES) yaradılmaqla külli miqdarda enerji istehsal etmək imkanları yaradılmışdır.

Son illərdə SES-dən ən çox elektrik enerjisi hasil edən ölkələr sırasına ABŞ-

323,5 mlrd kvt saat, həmin göstəricilərə müvafiq olaraq Kanada- 330, Yaponiya- 80, Fransa- 71, Norveç-121, Braziliya- 245, Çin- 365, Rusiya- 185 mlrd kvt saat elektrik enerjisi hasil edilmişdir. Dünyanın ən güclü SES-ləri İtauri- gücü 12,6 mln kvt saat olub Braziliyada, Qrand-Kuli - 10 mln kvt saat olub ABŞ-da yerləşir. Eyni zamanda Krasnoyarsk, Sayan-Şuşenski- 6,4 mln kvt saat olmaqla Rusiyada, La- Qrand- 2 Kanadada yerləşməklə gücü 5,3 mln kvt saat təşkil edir. SES-in müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri vardır. Belə ki, çaylarda suyun artıb-azalması ilə əlaqədar olaraq il boyu sabit elektrik enerjisi hasil etmək mümkün deyil, tikintisi gec başa gəlir.

Elektrik enerjisi istehsalında yuxarıda qeyd olunan amillərlə yanaşı günəş enerjisinin bazasına əsaslanan Atom Elektrik Stansiyaları (AES) enerji istehsalında əsas aparıcı sahələrdən olub, elektrik enerjisinin miqdarına görə dünyada üçüncü yeri tutur. Aparılan hesablamalara görə dünyanın 50 ölkəsində 40-dan artıq olan və istehsal gücü 450 mln kvt-dan çox AES vardır. AES- dən ən çox elektrik enerjisi hasil olunan ölkələr ABŞ, Fransa, Yaponiya, Almaniya, Rusiya Federasiyası və Kanada üstünlük təşkil edir. Atom Elektrik Stansiyaları çox kapital tutumlu olmalarına baxmayaraq iqtisadi cəhətdən optimal sayılır. AES-in tikintisi başqa eneıji sahələrinə nisbətən baha başa gəlir. AES-in tikilməsi ən azı 13 ilə başa gəlir.

Bir kq uranın verdiyi elektrik enerjisinin miqdarı 3000 ton daş kömürün verdiyi elektrik enerjisinin miqdarına bərabərdir. Hesablamalara görə AES-in hər bir bloku- reaktoru 30 il işləmə imkanına malikdir. AES-in istismarı müddətində müəyyən miqdarda radiaktiv tullantılar meydana gəlir. Əsas məqsəd həmin tullantıları müxtəlif yollarla məhv etməkdir.

MAQATE-nin məlumatına görə dünya üzrə radiaktiv tullantıların 60-70%-i Sakit və Atlantik okeanına atılır. Dünyada 30-a yaxın ölkənin adı MAQATE-nin siyahısına Atlantik okeanına radiaktiv tullantılar atan ölkələr kimi daxil olmuşdur. Həmin ölkələrə Yaponiya, Almaniya, İtaliya, Fransa, İsveç və s. ölkələri misal göstərmək olar. Nüvə energetika tullarılarının daşınma, basdırma xərcləri 400 mlrd dollardan artıq başa gəldiyi müəyyən olunmuşdur. Texnoloji təhlükəsizlik xərcləri 25 mlrd dollar təşkil edir.

Alternativ enerji mənbələri dünya enerji istehsalının 1%-i təşkil edir. Bu cür mənbələrə geotermal, külək, sintetik yanacaqlar, bitiumlaşmış materialları və s. aid etmək olar. Son illər dünya ölkələrində alternativ enerji ehtiyatlarından istifadəyə geniş yer verilir.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin