Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə37/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   33   34   35   36   37   38   39   40   ...   148
Mövzu 6

Kurort-rekreasiya təsərrüfat sahələrinin təşkili.

Rekreasiya eytiyatlarının öyrənilməsi və iqtisadi cəhətdən qiymətləndirilməsi dünyanın hər bir regionu üçün qlobal iqtisadi problemlərdən 'olub, iqtisadi cəhətdən dünya ölkələri üçün mühüm gəlir mənbəyi hesab olunur.

Kurort -rekreasiya təsərrüfat sahələrinin təşkili dünya təsərrüfatının ayrılmaz tərkib hissəsi olub, rekreasiya əhəmiyyətli təbii resursların istifadəsi əsasında formalaşır. Bu cür təsərrüfat sahələrin inkişafı, sənaye, əhalinin məşğulluğu, qədim ənənəvi istehsal sahələri ilə səciyyələnir. Dünyanın bütün kurort regionlarında yuxarıda qeyd olunan sahələr inkişaf etməklə, əhalinin mədəni istirahətinin həyata keçirilməsinə əlverişli şərait yaradan mənbələrdən hesab olnur.

Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi region ölkələrində kurort rekreasiya təsərrüfatı yüksək səviyyədə inkişaf etmişdir. Bunun başlıca səbəbi həmin ərazilərin əlverişli təbii iqtisadi şəraitin olmasi və zəngin rekreasiya ehtiyatların olmasıdır.

Rekreasiya xidmətində nəqliyyatın uzaq və yaxın məsafədən asılı olaraq yol xərci əsas rol oynayır. Bu baxımdan hər hansı bir ərazinin rekreasiya

potensialından istifadə etmək üçün əlverişli nəqliyyat imkanları əsas götürülür.

Rekreasiya təsərrüfat sistemi ilə nəqliyat arasındakı əlaqələr aşağıdakılardan istifadəni genişləndirir.

1 .Formalaşmış nəqliyyat sistemi ərazinin rekreasiya ehtiyatlarindan istifadəni genişləndirir.



  1. Nəqliyyat sistemi turizmin inkişafında və turizmdən gəlir gətirən mühüm sahə kimi qiymətləndirilir.

  2. Nəqliyyat insanların kurort-rekreasiya baxımdan insanların səyahətlərə həvəsləndirilməsində əsas rol oynayan sahələrdən hesab edilir.

Daxili rekreantlara nəqliyyat xidmətində dəmir yolu, avtomobil, şəhərdaxili nəqliyyat, həmçinin dəniz nəqliyatı, xarici rekreantlar və yaxud xarici turizmin inkişafı üçün hava nəqliyyatından istifadə olunur. Xüsusilə dəniz səyahətçisinin rekreantınm tələbatına uyğun üstünlükləri aşağıdakılardan ibarətdir.

-dəniz səyahəti nəqliyyat baxımından dİgər nəqliyyat sahələrindən üstünlük təşkil edir.

-rekreantlar üçün əyləncə, fılimlərə baxmaq, ekzotik və digər mədəni-kütləvi tədbirlərdə iştirak etmək imkanları qazandırır.

Sahil zonasında rekreasiya ehtiyatlarının inkişafı məşğulluq probleminin həllində mühüm rol oynayır.

Belə ki, rekreasiya kompeksinin inkişafı və fəaliyyət prosesinin genişlənməsi maddi (tikinti, təchizat, ticarət və s.) və xidmətedici sahələrə xeyli miqdarda işçi qüvvəsinin cəlb olunmasina şərait yaradan amillərdən biri kimi qiymətləndirilir. Təcrübə göstərir ki, rekreasiya ehtiyatlarindan istifadə genişləndikcə əhalinin məşğulluq imkanlarına daha əlverişli şərait yaradılir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin