Kurori-turİzm təsərrüfat müəssisələrinin yaradılmasının sosial-iqtisadi aspektləri. Kurort-rekreasiya təsərrüfat müəssisələrinin və turizminin inkişafı har bir regionun rekreasiya ehtiyatlarının istismarından asılıdır. XX ısrin 50-60-cı İllərindən sonra dünyanin inkişaf etmiş ölkələrində bu sahənin inkişafına xüsusi fikir verilmiş, dünya iqtisadiyyatında gəlirli sahələrdən birinə çevrilmişdir. Avropa ölkələrində (Fransa, İngiltərə, İtaliya, İspaniya, Portuqaliya), Amerikada ABŞ, Kanada, Mərkəzi və Latın Amerikası Ölkələri, həmçinin xarici Asiya ölkələrində kurort- rekreasiya ehtiyatlarından istifadənin yüksək səviyyədə olması həmin ölkələrdə kurort təsərrüfat müəssisələrinin və turizmin yüksək səviyyədə inkişafına zəmin yarat- mişdır.
Avropada rekreasiya və turizm müəssisələrinin inkişafında Fransa aparıcı yerlərdən birini tutan ölkədir. Bu sahədən gələn illik gəlir 6 mlrd, frank olmaqla 75 mln nəfərdən artıq turist qəbul etməklə, 900 min nəfərdən artiq işçi qüvvəsi bu sahədə çalışır. Bu Ölkədə turizm və rekreasiya təsərrüfatının inkişafında 14 mindən çox abidə və heykəltaraşhq abidələri, 1200-dən çox muzey, 6 milli və 25
regional park, 100-dən çox qoruq fəaliyyət göstərir. Paris özünün muzeyləri, qədim tikililəri, mədəni yaşayış həyatı ilə dünjanın mühüm mərkəzlərində sayılır. Buraya ildə 25 mln, nəfərdən artıq turist gəlmək imkanları vardır. Turizmin güclü axına malik olan ölkələr içərisində Xəzər dənizi, Qara dənizi. Aralıq dənizi, Atlantik okeanı hövzəsi ölkələri də diqqəti cəlb edir. Bu ölkələrdə əlverişli təbii iqtisadi şəraitin və xidmət sferasının yüksək səviyyədə olması bu ərazilərdə fəaliyyət göstərən kurort-mərkəzlərinə ildən-ilə əhali axınını daha da sürətləndirir. Aparılan hesablamalar göstərir ki, başqa təsərrüfat sahələrinə nisbətən kurort-rekreasiya təəsrrüfat müəssisələrinə çəkilən xərclər qisa müddət ərzində çıxarılmaqla yanaşı həmin müəssisələrin rentabelli işləməsinə şərait yaranır, Bu cəhətdən də əlverişli dəniz ölkələrində kurort- rekreasiya təsərrüfatının və müəssisələrinin inkişafı diqqət mərkəzindədir.
Xəzər dənizinin dünya dənizləri içərisində əlverişli mövqedə yerləşməsi başqa sənaye müəssisələri ilə yanaşı istirahət və turizm müəssisələrinin inkişafı üçün əlverişli imkanlara malikdir. Burada bir-birindən fərqli olaraq müxtəlif tipli müalicə və İstirahət müə.ssisələri yaradılmışdır. Həmin müəssisələr içərisində
―Dostluq‖, ―Bilgəh‖, ―Xəzər‖, ―Günəşli‖, ―Abşeron‖, ―Qaranquş‖, ―Pirşağı‖, ―Şixov‖, ―Lənkaran‖, və s. müasir tipli müəssisələri və kurort müalicə məqsədli müəssisələr hesab olunur
Dəniz sahili kurort-rekreasiya təsərrüfatı müəssisələri əsasən iki istiqamətdə formalaşır; istirahət məqsəsədilə turizm müəssisələri və kurort müalicə məqsədli müəssisələr.
Kurort-rekreasiya ehtiyatlarinin mənimsənilməsi -turizmin inkişafına təkan verən amillərdəndir. Respub- lukada fəaliyyət göstərən Turizm Nazirliyi bu sahənin inkişafında məqsədyönlü işlər aparır. Turizmin beynəl xalq səviyyədə mühüm rol oynayır. Bu sahənin qarşısında qoyulan əsas məsələlər aşağıdakılardan ibarətdir:
Turizm sahəsində dövlət siyasətinin əsaslarını və bu sahənin əsas
istiqamətlərini müəyyənləşdirmək;
Turizm sahəsinin normativ bazasının işlənib hazırlanması;
Respublika turizm potensialının beynəlxalq səviyyədə təbliği.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, turizmin inkişafı hər hansı ölkənin mədəni və ənənələrinin tanınmasında əyani reklam xarakteri daşıyan bir prosesdir. Xalqlar və ölkələr arasında mədəni -iqtisadi əlaqənin inkişaf etdirilməsində turizm iqtisadiyyatı mühüm əhəmiyyət kəsb edən sahələrdən biri kimi qiymətləndirilir.
Dostları ilə paylaş: |