Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Azərbaycanın təbii resurslarının iqtisadi potensialı



Yüklə 0,95 Mb.
səhifə40/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   36   37   38   39   40   41   42   43   ...   148
Mövzu 6

7.6. Azərbaycanın təbii resurslarının iqtisadi potensialı


Respublikanın ərazisində filiz və qeyri filiz sərvətlər dağlıq və düzənlik ərazilərdə yayılmaqla sənaye əhəmiyyətli resurs hesab olunur. Dağlıq ərazilərdə əsasən Daşkəsən dəmir filizi, Zəylik alunit yataqları, Filizçay polimetal yatağı (Balakən rayonu), həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə , xrom, nikel, sürmə, qızıl və s. filiz yataqları vardır ki, hazırda onların çoxu istehsal dövriyyəsinə cəlb olunmuşdur.

iqtisadi əhmiyyətinə və zəngin ehtiyatına görə dəmir filizi yataqları əsasən Daşkəsən rayonu ətrafında yerləşir. Ərazidə XX əsrin müxtəlif illərində (1920, 1928, 1954, 1962 illər) geoloji tədqiqatlar aparılmış və ehtiyatı haqqında müxtəlif göstəricilər irəli sürülmüşdür. Lakin XX əsrin 60-cı illərində aparılan tədqiqatlara əsasən Daşkəsən dəmir filizi yatağından ümumi ehtiyatı 275 milyon tondan artıq olduğu müəyyən olunmuşdur. Burada olan filizin mineral tərkibi (pirit, hematit, titan, mis, gümüş, nikel, kobalt, xrom, sürmə, molibden və s.) olduqca zəngindir. liyni zamanda burada olan filizin tərkibində dəmirin miqdarı 58,2% təşkil edir.

Qara metallurgiya sənayesi üçün əsas xammaldır. Əlverişli təbii iqtisadi mövqedə yerləşməsi və nəqliyyat şəbəkəsinə yaxınlığı dəmir filizi yataqlarının istismarı üçün əhəmiyyət kəsb edir. Filiz ehtiyatları içərisində iqtisadi mahiyyətinə görə seçilən sərvətlərdən biri xromit yataqlarıdır. Ümumi ehtiyatı 80-90 min ton olub, metallurgiya əhəmiyyətli rcsurslardandır.

Metallurgiya əhəmiyyətli filiz resursları içərisində əsas yer tutan sərvətlərdən biri də alunit yataqlarıdır. Alüminium istehsalında mühüm iqtisadi əhəhmiyyət kəsb edir. Burada olan filiz kütləsinin tərkibində 95% alunit və kvarsit vardır, ikinci yataq Şəmkir rayonu ərazisində olan Seyfəli yatağıdır. Alunit sənayesinin inkişafı üçün mühüm xammal sayılan boksit yataqları da perspektivli sahələrdən olub, geniş yayılmışdır. Əsasən Naxçıvanda (Sədərək) ehtiyatları vardır.

Filiz ehtiyatları içərisində manqan əsasən Ağdam zonasında, Daşsalahlıda təzalıür edir. Filizli təbəqədə manqanın miqdarı 34%, dəmirin miqdan 10-15% təşkil edir.

Mis əlvan filizlərdən olub. Böyük və Kiçik Qafqaz dağlıq ərazisində ən qədim süxur laylarında əmələ gəlmişdir. Əsasən Filizçayda, Gədəbəydə həmçinin

Şəmkir, Tovuz, Qazax ərazilərində perspektiv əhəmiyyət kəsb edən ehtiyatlar vardır. Eyni zamanda qurğuşun və sink, molibden və kobalt yataqları

ehtiyatlarından ibarətdir (şəkil 23). Qeyri-fıliz təbii resursları ehtiyatına görə xüsusi əhəmiyyət kəsb edir, istifadə xarakterinə görə qeyri-fıliz təbii resursları bir neçə qrupa: kimya sənayesi üçün lazım olan təbii sərv'ətlər- kükürd kolçedanı, daş duz, dolomit, barit və s.; tikinti sənayesi üçün xammal- mərmər, kəsmə daşlar, müxtəlif mineral tikinti materialları, əsasən istiliyə davainlı tikinti materialları nəzərdə tutulur.

Azərbaycanda yayılan əsas fıliz ehtiyatlan

Azərbaycanın təbiəti çox təzadlı relyef formasına malik olduğundan dünyanın başqa ərazilərindən fərqli olaraq mürəkkəbliyi və müxtəlifliyi ilə fərqlənir. Kimya əhəmiyyətli təbii resurslardan hesab olunan kükrüd kolçedanı respublikada Kiçk Qafqaz ərazisinin Çirakid- zor, Toğanalı yataqları, daş duz respublikamızın Naxçıvan ərazisində yayılmaqla sənaye əhəmiyyətli olub, zəngin potensiala malikdir. Naxçıvan ərazisində olan daş duz yataqlarının qalınlığı: Nehrəmdə 45-85 m-ə, Naxçıvanda 196-255 m-ə çatmaqla, yeyinti sənaye əhəmiyyətlidir.

Mineral təbii ehtiyatlar içərisində iqtisadi əhəmiyyətinə görə fərqlənən resurslardan biri tikinti materiallarıdır. Tikinti materialları dağlıq ərazilərdə və çay hövzələrində geniş yayılmış, tikintiyə olan tələbatın ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Əsas tikinti materiallarından bentonit gilləri, gips, əhəng daşı, mişar daşlan, tuf daşlan, çınqıl, qum, gil və s. misal göstərmək olar. Bu resursların çoxundan müxtəlif tikinti işlərində isitifadə olunur. Azərbaycan ərazisində mərmər

yataqları bazası əsasında üzlük plitələr istehsal etmək olar.

Azərbaycanın təbii sərvətləri içərisində ekoloji mühitin yaxşılaşmasında, əhalinin tikinti materiallarma olan tələbatın ödənilməsində əhəhmiyyət kəsb edən sahələrdən olan meşə resurslarıdır. Azərbaycanın təbiətinin çox mürəkkəb olmasına baxmayaraq meşə ehtiyatları ilə bir o qədər zəngin deyildir.

Sənaye əhəmiyyətli təbii resursların İqtisadi təminatı.

Azərbaycanın ərazisinin dünya ölkələri ilə müqayisədə kiçik olmasma (86, min km2) baxmayaraq sənaye əhəmiyyətli zəngin təbii ehtiyat potensialına malik olub, istehsal sahələrinin inkişafında mühüm əhəhmiyyət kəsb edir. Respublika ərazisində mineral, filiz və maye yanacaq resursları ilə zəngin olması sənayenin iqtisadi sahə-

lərinin formalaşmasına zəmin yaratmışdır.



Azərbaycanın sənaye əhəmiyyətli resurslarının istehsal dövriyyəsinə cəlb olunması istehalın strukturunun təkmilləşdirilməsi ilə yanaşı, istehsal olunan məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün texniki və ekoloji ekspertizadan keçirilməsi təbiətdən istifadənin iqtisadiyyatı qarşısında duran problem məsələlərdəndir. Təbii resurslarm zənginliyi və istifadəsi respublikada sənaye strukturunun formalaşmasına zəmin yaratmışdır (şəkil 25).

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatlarına görə Xəzər

sektorunda neftin ehtiyatı 4 milyard tondan artıqdır. Apanlan geoloji kəşfiyyat işləri nəticəsində neftin daha zəngin ehtiyata malik olduğu aşkar olunur ki, bu da respublikada iqtisadiyyatın davamlı İqtisadi inkişafa malik olduğunu təsdiq edir.

Azərbaycanda sənaye əhəmiyyətli resurslarm strukturu

Neft və təbii qaz resurslarının təhlili göstərir ki, respublika ərazisində qeyd olunan təbii resurslara əsaslanan sənaye sahələri perspektiv inkişafa malik olmaqla respublika iqtisadiyyatında həll edici əhəmiyyət kəsb edir.

Sənaye əhəmiyyətli təbii resurslar içərisində filiz ehtiyatlarının zənginliyi metallurgiya sənayesinin inkişafı üçün əlverişlidir. Zəngin filiz ehtiyatlarının olmasına baxmayaraq uzun illər onların istehsalı xammal şəklində ixrac xarakteri daşımışdır. Respublika daxilində metallurgiya sənayesi üçün lazım olan xammal kənardan gətirilən xammal hesabına təmin olunurdu. Bu səbəbdən daxili resurslar hesabına metallurgiya sənayesinin inkişafı formalaşmamışdır. Müstəqillik illərində filiz resurslarının istismarının gücləndirilməsi daxili resurslar hesabına metallurgiya sənayesi yeni inkişaf mərhələsinə daxil olmuşdur. Qara metallurgiya üçün müxtəlif tikinti materiallarından (bentonit gili) istifadə olunur. Həmin metalların zəngin ehtiyatları vardır. Daşkəsən dəmir filizi ehtiyatlarının səmərəli istifadəsi qara metallurgiya sənayesinin inkişafına və tam gücü ilə işlənməsinə imkan verir. Əlvan metallurgiya sənayesi üçün lazım olan təbii resurslardan səmərəli istifadə üçün xarici ölkə şirkətlərinin müştərək apardığı işlər nəticəsində respublika üçün əhəmiyyət kəsb edən əlvan filizlərin istehsalı həyata keçirilir.

Əlvan filiz istehsalında qızıl, alüminium, mis və s. əlvan metallar istehsalı əsas yer tutur.

Digər mühüm cəhət qeyd olunmalıdır ki, əlvan metalların təmizlənməsi

zamanı axıdılan çirkab suların təkrar istehsala qaytarılması tullantısız məhsullar istehsalına şərait yaratmaqla çirkab suların ətraf mühitə olan təsirinin qarşısı qismən alınmış olar. Sənaye əhəmiyyətli resurslar içərisində tikinti materialları zəngin potensiala malik olub, ölkə iqtisadiy>'atı üçün mühüm əhəmiyyət kəsb edir. Respublikanın bütün regionlarında müəyy'ən növ tikinti mteriallarmın olması aşkar olunmuşdur. Xüsusi ilə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax, Naxçıvan, Yuxarı Qarabağ iqtisadi bölgələrdə bir-birindən fərqlənən müxtəlif tikinti materialları sənaye üsulu ilə istehsal olunur. Yerli tikinti materialları əsasında Abşeronda sement zavodu, dəmir beton məmulatları istehsal edən müəssisələr, mişar daşı kəsilən karxanalar; Naxçıvanda dəmir beton istehsalı zavodu, travertin, ağ və qara mərmər, qırma daşı istehsal edən müəssisələr; Quba-Xaçmazda qırma daşları istehsal edən zavod; Gəncə-Qazaxda çınqıl, qum, gil və s. ehtiyatlardan istifadə olunmaqla tikinti materiallanna olan tələbat daxili istehsal hesabına ödənilir.

Naxçıvan ərazisi tikinti sənaye əhəmiyyətli təbii resurslarla zəngin olub, əsasən mərmər, travertin, əhəng, gips, gəc, çınqıl, qum və s. zəngin potensiala malikdir .

Daxili tələbatı ödəmək üçün tikinti materiallannın istehsalını artırmaq və istehal zamanı küllü miqdarda daş qazıntılarının ərtafa yayılmasının qarşısını almaq və təbiətin mühafizəsi kimi mühüm məsələlər ön plana çəkilməlidir.

Təbii resurslar içərisində meşə materialları, meşə və ağac emalı sənayesi, kağız, sellüloz, karton istehsalı üçün əlverişlidir. Respublika ərazisində meşə ehtiyatlarının az olmasına baxmayaraq sənaye əhəmiyyətli resurslar hesab olunur. Son illərdə respublikanın Quba- Xaçmaz, Şəki-Zaqatala və Lənkəran -Astara bölgələrində olan meşə resurslarından istifadə üçün kiçik müəssisələr fəaliyyət göstərir. Həmin müəssisələrdə daxili tələbatı təmin etmək üçün məişət avadanlıqları (mebel, stol, stul və s.) istehsal olunur. Respublika ərazisinin 10,8%-i meşələr təşkil edir. Meşələrdə palıd, vələs, fısdıq, ağcaqayın, dəmirağacı və s. əhəmiyyətli növlər vardır. Azərbaycan meşələrinin qorunması məqsədilə bir çox qoruqlar və yasaqlıqlar yaradılmışdır. Hər bir qoruq və yasaqlıq iqtisadi əhəmiyyət kəsb edən bitki və heyvanat aləmi ilə zəngindir.

Yuxarıda aparılan iqtisadi təhlillərdən göründüyü kimi Azərbaycan ərazisi sənaye əhənıi>'yətli zəngin təbii resurslara malik olub, sənayenin bir çox sahələrinin inkişafı üçün əhəmiyyətlidir. Lakin həmin resurslardan elə istifadə olunmalıdır ki, onların tükənməsinin qarşısının alınması, resursların hasilatı və istehsal zamanı tullantıların miqdarının az olması, təkrar istehsalın həyata keçirilməsi, təbii mühitin qorunması üçün əlverişli şərait yaratmış olar.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin