Kənd təsərrüfatı təbii resurslarının iqtisadi potensialı. Azərbaycanın əlverişli təbii iqtisadi şəraiti sənaye əhəmiyyətli təbii resurslarla yanaşı, kənd təsərrüfatı əhəmiyyətli zəngin təbii resurslara malik olub, aqrar sahənin inkişafı üçün olduqca əlverişlidir. Əlverişli iqlim, torpaq, su şəraitinin olması, həmçinin ərazinin çox hissəsinin dağlıq (70%) qalan hissəsinin isə düzənlik sahələrdən ibarət olması aqrar sahənin mühüm tərkib hissəsi sayılan bitkiçiliyin və heyvandalığın inkişafına zəmin yaratmışdır. Kənd təsərrüfatının inkişafında iqlim əsas resurslardan olub, dünyanın bir çox ölkələrindən fərqlənən bitkiçilik sahələrinin inkişafı üçün zəmin yaratmışdır, iqlim ehtiyatlarından səmərəli istifadə kənd təsərrüfatının İxtisaslaşmasına təsir göstərən amillər kimi qiymətləndirilir, iqlim ehtiyatları dedikdə əsasən ərazinin günəş enerjisi, isti və rütubətin miqdarı, külək enerjisi daxil olmaqla tükınməz təbii ehtiyatlar qrupuna aid edilir. Mövcud iqlim ehtiyatlarını maddi ehtiyata çevirməyi bacaran təsərrüfat sahibləri həmin ehtiyatlardan düzgün istifadə etdikdə məhsuldarlığı artırmaqla, külək və günəş enerjisindən istifadə etməklə tükənən enerji ehtiyatlarına xeyli qənaət edümiş olar, iqlim ehtiyatlan yalnız kənd təsərrüfatı üçün deyil, eyni zamanda istirahət və müalicə ocaqlarının inkişafında xüsusi əhəmiyyət kəsb edir. Dağlıq və düzən ərazilərin iqlim xüsusiyyətləri bir-birindən fərqli olduğu kimi təsərrüfat sahələrinin ixtisaslaşmasında fərqlidir.
Dağlıq ərazilərin torpaq ehtiyatları da düzən ərazilərin torpaq ehtiyatlarından fərqlənir, iqlim ehtiyatlan özünün bir sıra spesifik əlamətlərinə görə təbii resursların istifadəsində fərqləndirici xüsusiyyətə malikdir, iqlimi sərt olan ərazilərin yeraltı və yerüstü resurslarından istifadəni gecikdirir, məhsuldarlığı aşağı salır. Lakin isti və mülayim iqlimə malik olan ərazilərdə istər təbii resurslardan, istərsə də kənd təsərrüfatı sahələrinin inkişafı üçün əlverişli şərait yaranır. Azərbaycanının iqlimi kənd təsərrüfatının (əkinçiliyin və hey vandal ığın) inkişafı və ixtisaslaşması
üçün olduqca əlverişlidir. Kənd təsərrüfatınm inkişafında iqlim ehtiyatları ilə yanaşı torpaq və.su ehtiyatları da iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir. Torpaq kənd təsərüfatında və ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrində əvəz olunmaz təbii sərvətdir.
Torpaq örtüyünün genetik cəhətdən müxtəlifliyi, iqlim su ehtiyatları ilə təmin olunma xüsusiyyətləri onun təsərrüfat baxımından qiymətləndirilməsinə təsir edir. Apanlan tədqiqatlara görə respublika ərazisində 17 torpaq tipi 64 torpaq yarımtipi adı altında təsvir olunaraq beş qrupda cəmləşmişdir. Ərazinin dağlıq və düzənlik təbii vilayətləri üçün torpaq ehtiyatları aşağıdakı kimi müəyyən olumnuşdur. Dağlıq ərazilər kənd təsərrüfatın əkinçiliklə yanaşı, heyvandarlığın inkişafında otlaq və biçənəklər xüsusi əhəmiyyət kəsb edir
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin 31,7%-i Böyük Qafqaz, 27,3%-i Kiçik Qafqaz, 5,7%-i Talış dağları regionu təşkil edir. Kənd təsərrüfatının yararlı torpaq resursları içərisinə ən çox mənimsənilmiş region Kür-Araz regionudur. Dağlıq ərazilər iqtisadi cəhətdən əlverişli sayılan dəmyə əkinçiliyi üçün əhəmiyyət kəsb etdiyi halda düzən ərazilərdə bilavasitə suvarma yolu ilə əkinçilik inkişaf etdirilir. Kür-Araz təbii regionu respublikanın mühüm kənd təsərrüfatı ərazisi olduğundan su ehtiyatlarından səmərəli istifadə olunması tələb olunur. Azərbaycanın təbii şəraitinin mürəkəbliyi çay şəbəkəsinin sıxlığına şərait yaratsada lakin təsərrüfatın müxtəlif sahələrində suya olan tələbatı təmin etmək üçün su anbarlarının yaradılması çox mühüm əhəmiyyət kəsb edir. Su ilə təmin olunmaq baxımından isə dünyanın su ilə az təmin olunan ölkələri sırasına daxildir.
Respublika ərazisində hər km2 əraziyə təxminən 100000 km3 hər nəfərə isə ildə 950-100 m3 su düşür. Suyun ümumi ehtiyatı respublikada 28,5-30,5 km3 təşkil edir. Akademik V.İ.Vernadski qeyd edir: ―Su planetimizin tarixində xüsusi yer tutur, elə bir təbii cism yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər təsir etsin.
―Su- yer üzərində canlı orqanizmlərin mövcudluğunu təmin edən özünəməxsus mayedir‖.
Tədqiqatlar göstərir ki, iqtisadi sahələr içərisində ən çox su istifadə olunan
sahə kənd təsərrüfatı sahəsidir. Aparılan hesablamalar göstərir ki, kənd təsərrüfatında hər il 3500-3600 km^ su istifadə olunur ki, bunun 70%-ə qodəri suvarmaya sərf olunur. Hazırda dünyada 250 milyon hektara yaxın kənd təsərrüfatı
bitkiləri; bağlar, plantasiyalar suvarılmaqla inkişaf etdirilir.
Azərbaycanda suvarma işlərinin aparılmasında əsas yeri Kür və Araz çayları tutur. Bu çay suları əsasən Gəncə-Qazax regionunda, Kür və Araz ovalığında yerləşən əkin sahələrini suvarma ilə təmin edir. Təbiətdən istifadədə suvarma şəbəkəli torpaqların istehsal dövriyyəsinə cəlb olunmasında hər iki çaym suyundan istifadə əvəz olunmazdır. Dağlıq və dağətəyi ərazilərdə əkinçiliyi və heyvandalığı inkişaf etdirmək üçün Böyük və Kiçik Qafqaz dağlarının çay sularından geniş miqyasda istifadə olunur.
Təbii şəraitdən asılı olaraq respublikanın yuxarıda qeyd olunan təbii regionlarında bitkiçiliyin bir çox sahələri; dənli bitkilər, paxlalı bitkilər, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, yem bitkiləri həmçinin meyvəçilik, üzümçülük, sitrus bitkiçilik və s. inkişaf etdirilir.
Taxıl bitkiləri əhalinin zəruri ərzaq məhsulları istehsalında əsas yer tutmaqla, dinamik inkişafda olan bitkiçilik məhsuludur. Taxıl bitkilərinin ümumi əkin sahəsi 2005-ci ildə 802 min hektardan artıq olmuşdur. Həmin ilə müvafiq olaraq məhsul istehsalı isə 2126 min ton təşkil etmişdir. Təbii resurslardan və aqrotexniki qaydalardan istifadə etməklə məhsuldarlığı artıqmaq üçün əlverişli imkanlar vardır. Hər hektardan məhsuldarlıq 26 sentner olmuşdur. Ayrı-ayrı məhsullar istehsalında: buğda 26,5 sentner, arpa 22 sentner, çəltik isə 36 sentenr təşkil etmişdir. Texniki bitkilərin inkişafı üçün respublikanın istər dağlıq, istərsə də düzənlik ərazilərində iqtisadi cəhətdən əlverişli təbii şərait vardır. Bu qrupa əsasən pambıq, çətənə, şəkər çuğunduru, tütün, soya, günəbaxan və s. Pambıqçılıq əsasən Kür- Araz ovalığında; tütün isə Şəki-Zaqatala, Lənkəran- Astara rayonlarında; şəkər çuğunduru
Ağcabədi, Ağdaş, Beyləqan, Biləsuvar, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Tərtər, Yardımlı rayonlarında inkişaf etdirilməklə ümumi əkin sahəsi 3 min hektar, məhsul istehsalı isə 7 min tondan çoxdur. İstehsalı artırmaq üçün potensial imkanlar vardır.
Şəkər çuğunduru texniki bitkiçilikdə əsas yer tutmaqla son illərdə inkişafına xüsusi fikir verilir. Əsasən Bərdə, İmişli, Kürdəmir, Saatlı və Sabirabad, Tərtər,
Yardımlı, Naxçıvan MR-da inkişaf etdirilir. Son ildə istehsalı 40 min tona çatmışdır. Texniki bitkiçilik aqrar emal müəssisələrinin inkişafı üçün geniş imkanlar açır. Bitkiçilik məhsullarından bostan tərəvəz bitkiləri respublikanın ənənəvi sahələrindən olub, bütün regionlarda inkişafı üçün əlverişli şərait vardır. Bitkiçilk məhsullarına bostan məhsulları: kartof, tərəvəz daxil edilir. Tərəvəz və bostan məhsullarından fərqli olaraq kartof dəmyə şəraitində dağlıq və dağətəyi ərazilərdə inkişaf etdirilir və yüksək məhsuldarlığa malikdir. Bostan tərəvəz bitkilərinin ümumi əkin sahəsi 179 min hektardan artıqdır. Ümumi məhsul istehsalı isə 6 min tondan artıq olmuşdur (2008).
Qeyd olunan bitkiçilik məhsulları aqrar sənaye müəssisələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edir (şəkil 28).
Respublikanın cənub şərqində Lənkəran-Astara re- guonunda təbii şəraitin subtropik xarakter daşıması subtropik bitkiçiliyin (çay, limon, portağal, mandarin və s.) inkişafına əlverişli şərait yaratmışdır. Çay plantasiyalarının ümumi sahəsi hazırda 8 min hektar təşkil edir. Subtrupik bitkiçilk məhsulları bazası əsasında aqrar müəssisələr inkişaf etmişdir. Təbiətdən səmərəli istifadə bitkiçilikdə olduğu kimi heyvandalığın inkişafına zəmin yaratmışdır. Heyvandarlığın inkişafında və ərazi təşkilində yemçilik mühüm əhəmiyyət kəsb edir. Yemçiliyin inkişafı bir tərəfdən kənd təsərrüfatında bitkiçilik sahələrindən alınan məhsullar hesabma (sənaye üsulu ilə), digər tərəfdən isə respublikanın dağlıq və düzən ərazilərində olan təbii otlaqlar və biçənəklər hesabınadır.
Biçənəklərin ümumi sahəsi 106 min hektardan artıqdır. Otlaqlar isə 2 milyon hektardan artıq olub, 500 min hektar yay, 1,5 milyon hektarı qış otlaqlarının payına düşür. Otlaqlar Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlıq təbii vilayətləri ərazisində üstünlük təşkil edir.
Heyvandarlığın mühüm sahəsi maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq olmaqla əhalinin mühüm qida məhsulu sayılan ət, süd məhsullarına olan tələbatın ödənilməsində mühüm yer tutur. Respublikanın əlverişli təbii iqtisadi şəraiti, zəngin torpaq, su ehtiyatlarmm olması kənd təsərrüfatının inkişafına təsir etməklə yanaşı, aqrar sənaye strukturunun formalaşmasında və ixtisaslaşmış ixrac yönümlü məhsullar istehsalına şərait yaradan mənbə olmaqla iqtisadi cəhətdən qiymətləndirlir.
Dostları ilə paylaş: |