Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri



Yüklə 0,95 Mb.
səhifə39/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   35   36   37   38   39   40   41   42   ...   148
Mövzu 6

7.5. Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri


Yer üzərində insan nəslinin meydana gəlməsindən bu vaxtadək iki milyon il ərzində onu əhatə edən təbiət bir tərəfdən insanın təsərrüfat fəaliyyəti nəticəsində, digər tərəfdən təbii amillər nəticəsində güclü dəyişikliklərə məruz qalmışdır. Bu səbəbdən insanın daim təsərrüfat fəaliyyətinə yönəldilmiş təbii resursların qlobal problemləri aşkar olunmuşdur.



Təbii resursların qlobal istiqamətləri

Yer kürəsində şirin su ehtiyatları həmçinin buzlaq ərazilərdə geniş şəkildə olması müəyyən olunmuşdur. Bu cür buzlu sahələr Antraktidada, Qrenlandiyada geniş miqyasa malikdir. Dünya miqyasında şirin su problemlərinin həllində yuxarıda qeyd olunan buzlaq sularmdan istifadəsi əhalinin şirin suya olan probleminin həlli üçün əsas faktorlardan hesab olunur. Müasir dünyada qeyri istehsal sənaye sahələrində şirin su bolluğu yaratmaq mümkündür. Müasir şəraitdə dünya okeanlarından və dənizlərindən duzlu suları yeni texnoloji üsullarla təmizləməklə müxtəlif təsərrüfat sahələrinə yönəldilməsi şirin suya qənaət olunmasında təsir edici faktorlar kimi qiymətləndirilir.

Qlobal əhəmiyyətli resurslar içərisində iqlim ehtiyatlan əsas yer tutur, iqlim yer qabığında canlı aləmin formalaşmasında aktiv iştirak edən təbii resursdur, iqlim amili çox geniş məhfum olub, atmosferdə gedən prosesləri: temperatur, yağıntı, günəş və külək enerjisi ehtiyatlarını və s. özündə birləşdirir.

iqlim müxtəlif tarixi dövrlərdə dəniz və okeanlarda, yer qabığında gedən endogen və ekzogen proseslərlə əlaqədar olaraq dəyişikliyə məruz qalmışdır. İqlim cəmiyyətin və onun məhsuldar qüvvələrinin inkişafı ilə əlaqəli olaraq dəyişkənliyə məruz qalmış, hazırda dünyanın qlobal təbii resurslar sırasına daxil olmuşdur, iqlim amili təsərrüfat sahələrinin ixtisaslaşmasında, əhalinin məskunlaşmasında tarixən mühüm rol oynamış və bu gündə cəmiyyətin həyatında və fəaliyyətində xüsusi əhəmiyyətə malikdir. Lakin qlobal iqlim dəyişmələrinə məqsədli şəkildə təsir göstərmək hələlik insan şüurundan kanardadır. Həmin qlobal dəyişmələr təbiətin öz qanunauyğunluqları əsasında baş verir. Məsələn, indiki Şimal buzlu okeanı salı i İlərində vaxtı ilə isti ekvatorial meşələr olmuşdur, sonradan iqlim dəyişmələri nəticəsində həmin ərazilər soyuq iqlimlə əvəz olunmuş buzlaq sahələri əmələ gəlməsi üçün şərait yaranmasına səbəb olmuşdur. Bu fikri həmin ərazilərdə tədqiqatlar zamanı tapılan istisevər zonanın bitki və heyvanat aləminin qalıqları bir daha sübuta yetirir.

Dünyanın qlobal təbii resursları içərisində mühüm yer tutan sahələrdən biri torpaq resurslardır. Yer kürəsində torpaq örtüyü ərazinin təbii şəraitindən asılı otaraq əmələ gəlir. Qeyd olunmalıdır ki, insan cəmiyyəti mövcud olduğu gündən bu vaxtadək torpaqla məşğul olmuş və özü üçün lazım olan bütün qida

məhsullarını əldə etmək imkanları yaranmışdır. Lakin insan torpaqdan istifadə etməklə bərabər mineral gübrələrdən həddindən artıq istifadə etməsi torpağın məhsuldarlığınm aşağı düşməsinə də öz təsirini göstərir. Digər tərəfdən, təbiətdə gedən proseslər; quraqlığın olması, müəyyən ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması üçün şirin su ehtiyatlarının çatışmaması, yarım səhra və səhra ərazilərin geniş yayılması və s. amillər torpaq ehtiyatlarından tam istifadə olunması üçün problemlər yaradır. Qeyd olunmalıdır ki, bütün yer küəsində olan torpaqların 10,8%-i buzlu, 4%-i tundra, 12,1%-i meşə, 21,8 %-i qara torpaq, 18,3%-i səhra və yarımsəhra, 14,2%-i laterit, 15,2%-i dağlıq, 3,6%-i allüvial və quru suları təşkil edir.

Enerji resurslarıonlardan səmərəli istifadə problemləri. Dünya iqtisadiyyatının formalaşmasında enerji əhəmiyyətli resurslar mühüm əhəmiyyət kəsb edən sahələrdəndir. Dünya ölkələri ərazisində enerji əhəmiy- yətli resurslar qeyri- bərabər paylandığından bu sahədə problemlər getdikcə artır və dərinləşir.

Bu resurslar sırasında maye yanacaq resursları, hidroenerji resurslar digər alternativ resurslar daxil edilir. Qeyd olunmalıdır ki, əvvəllər dünya iqtisadiyyatında enerji resursları içərisində mineral yanacaq resursları aparıcı yor tuturdu. Lakin XX əsrin 70-80-cı illərindən başlayaraq dünya bazarında maye yanacaq resurslarına olan tələbat artır^ Həmin tendensiya XXI əsrdə daha qlobal xarakter almışdır.(Mineral yanacaqla müqayisədə neft yer kürəsində yayılma arealına görə azlıq təşkil edir. İqtisadi göstəricilərlə desək, yer kürəsinin 45 mln km2 sahəsi neftli-qazlı sahələrdən ibarətdir!) Ümumi neft və təbii qaz yanacaq ehtiyatlarının 86%-i İEOÖ-in payına düşür. Eyni zamanda dünyada neftin ehtiyatının 77%-i OPEK ölkələrinə aid edilir.jjDünya ölkələrinin maye yanacaq resurslarına olan tələbatın ödənilməsinə OPEK təşkila- rının çox mühüm rolu vardır. OPEK təşkilarına daxil olan ölkələr öz müstəqilliklərini qorumaq, iqtisadi

inkişaf səviyyələrini yüksəltmək üçün müstəqil ideyalar carçısı kimi çıxış edirlər.

OPEK təşkilatı 1960-cı ildə yaranmışdıri. Bu təşkilatın əsas məqsədi aşağıdakılardan ibarətdir:

-üzv dövlətlərin neft siyasətini əlaqələndirmək;

-daha səmərəli fərdi və kollektiv müdafiə vasitələri ilə üzv dövlətlərin maraqlarını qorumaq;

-dünya bazarında neftin qiymətinin sabitliyinin təmin edilməsi yolları və vasitələrini araşdırmaq;

-neft istehsal edən ölkələrin gəlirlərinin sabit artmasını təmin etmək;

-istehlakçı ölkələri səmərəli və vasitəsiz olaraq jıeftlə təmin etmək; -ərtaf mühiti mühafizə etmək.

OPEK- ə aşağıdakı ölkəlar: Əlcəzair, Birləşmiş Ərəb Əmirliyi, İndoneziya, İraq, İran, Küveyt, Qətər, Inviya, Nigeriya, Səudiyyə Ərəbistan, Venesuela, Anqola, Əlcəzair daxildir. Bu təşkilat artıq yarım əsrdən çoxdur ki, fəaliyyət göstərir. Bu müddət ərzində dünya siyasətində neft amilinin rolu artmışdır. O qlobal siyasi və iqtisadi dəyişikliklərin mərkəzində dayanmışdır.

Aparılan İqtisadi təhlillər göstərir ki, OPEK üzvü olan ölkələrdə neft yataqlarının 25,4%-i Səudiyyə Ərər- bistanm, 11%-i İraqın, 9%-i Küveytin, 9,2%-i İranın, 7%-i Venesuelanm, 3,9%-i Ekvadorun, 2,9%-i Liviyanın, 1,6%-i

Nigeriyanın, 0,9-i Əlcəzairin, 0,5%-i Anqolanın payına düşür. Qalan faizi digər

üzv ölkələrin ehtiyatına aid edilir.

Alternativ enerji mənbələri sayılan hidroenerji, atom enerjisi və digər

mənbələr ümumi dünya enerjisi və digər mənbələr ümumi dünya enerji istehsalında əsas faktor hesab olunur. Aparılan hesablamalara görə son illərdə dünyada 11550 mlrd kvt saat enerji istehsal olunur ki, bunun 63%-i İES-in, 20%-i SES-in, 17%-i AES-in payına düşür. AES-lər çox kapital tutumlu sahə olmasına baxmayaraq iqtisadi cəhətdən istifadə olunma səviyyəsi ümumilikdə optimal sayılır. AES-in inkişafında əsas xammal uran hesab edilir. Ümumi potensial ehtiyatı 10 milyon tondan artıqdır. Əsas yataqları Avstraliya (460 min ton), CAR (250min ton), Nigeriya (180 min ton), Kanada (155 min ton) və s, ölkələrdə mövcuddur.

Qlobal istiqamətli enerji resursları energetikanın davamlı inkişafı üçün əsas mənbə olmaqla yanaşı, dünya iqtisadiyyatının digər sahələrinin hərəkət verici qüvvəsi kimi sayılır.

Qlobal ekoloji təhlükəsizlik problemi. Müasir qloballaşan dünyada cəmij'yətin başlıca istiqamətlərindən biri ekoloji təhlükəsizlik sisteminin yaradılmasıdır. Şübhəsiz ki, Elmi Texniki Tərəqqinin, məhsuldar qüvvələrin inkişaf etdiyi bir dövrdə təbiətə Jəsir dairəsi daha da güclənir. Bu bir tərəfdən sənayenin sürətli inkişafını təmin etməklə tələb olunan xammalı əldə etmək, digər tərəfdən isə cəmiyyətin gündən-günə maddi resurslara olan tələbatının artması nəticəsində iqtisadi problemlərin həlli ilə yanaşı, yeni ekoloji problemlərin yaranmasıdır. Ekoloji təhlükəsizliyin təmin olunması yaranan ekoloji problemlərin vaxtında həll olunmasına qarşı məqsədyönlü tədbirlərin görülməsidir.

Ekoloji problemlərin yaranmasının üç əsas mənbəyi mövcuddur.



  1. Təbii amillər nəticəsində yaranan ekoloji problemlər

  2. iqtisadi sahələrin inkişafı nəticəsində yaranan ekoloji problemlər (texnogen amillər)

  3. Sosial həyat tərzinin inkişafı ilə yaranan ekoloji problemlər

1. Təbii amillər nəticəsində yaranan ekoloji problemlər cəmiyyətdən asılı olmayaraq baş verən problemlərdir. Bu cür problemlərə tektogen və ekzogen amillər nəticəsində torpaqlann eroziyaya məruz qalması, iqlİm quraqlığı nəticəsində səhra və yarımsəhraların, şoranlıq- lann əmələ gəlməsi, müsbət temperaturun artması nəticəsində torf və yanar şistlərlə zəngin olan ərazilərdə meşə yanğmlannm baş verməsi, təbiətdə baş verən sel hadisələri nəticəsində torpaqların yuyulub aparılması, yaşayış məskənlərinin daşqınlara məruz qalması nəticəsində yaranan ekoloji problemlərdir. Eyni zamanda endogen proseslər nəticəsində vulkan lavalarının yer kürəsinin müxtəlif ərazilərində kənd təsərrüfatına yararlı torpaq sahələrinin sıradan çıxmasına, meşələrin və heyvanat aləminin məhvi ilə nəticələnən problemlər yaradır.

Təbiət hadisələri nəticəsində yaranan ekoloji problemlər qədim zamanlardan başlamış bu günədək dünyanın müxtəlif regionlarında baş verir və davam etməkdədir. Bu səbəbdən bəşər cəmiyyəti yer kürəsində mövcud olduğu vaxtdan bu günədək həmin təhlükəli problemlərin əhatəsindədir, insan cəmiyyəti təbii ekoloji təhlükələrin bir başa qarşısını almaq imkanlarına malik deyildir. Lakin insan cəmiyyəti öz şüuru çərçivəsində həm də qlobal təbii ekoloji hadisələrin qarşısını almaq üçün tədbirlər planı hazırlamaq imkanlarına malikdir. Təhlükə və onun qarşısının alınmasına yönəldilmiş tədbirlər planı bütün cəmiyyətlərdə olmuş və bu gündə öz aktuallığını saxlamaqdadır. Xüsusi ilə ETT-in inkişaf etdiyi müasir şəraitdə insanlar əvvəlcədən təbiətdə baş verən təhlükəli hadisələrin sirlərini öyrənməklə ona qarşı tədbirlər görmək və ekoloji təhlükəsizliyi təmin etmək üçün dövlət səviyyəsində qlobal tədbirlər həyata keçirilir.

2.XX əsrin ortalarından başlayaraq dünyada sənaye əhəmiyyətli resursların istismarının güclənməsi sənayenin yeni-yeni sahələrinin meydana gəlməsinə səbəb olur. Sənayeləşmənin intensiv getdiyi inkişaf etmiş ölkələrdə (İEÖ) ekoloji problemlər yarada bilən sənaye sahələrinin meydana gəlməsi və törətdiyi ekoloji təzadlarla bütün dünya ölkələrini düşündürməyə bilməz. BMT-nin məlumatına görə ətraf mühitin çirklənməsində İEÖ -in sənaye tullantılarının payı 60%-dən çoxdur. Bu səbəbdən dünya ölkələrinin sənaye sahələri elə qurulmalıdır ki, həmin sənaye sahələri dayanıqlı inkişafa malik olsun, yaranan ekoloji problemlər kompleks şəkildə həll olunsun. Qloballaşan iqtisadi>yata daxil olan ölkələr istər istəməz dayanıqlı inkişaf niüdclini özləri üçün əsas mənbə hesab edirlər.

Sənaye sahələrinin inkişafı və yeni texnoloji istehsal prosesləri nəticəsində yaranan tullantıları ətraf mühitin çirklənməsinə intensiv təsir göstərir. Həmin sahələr içərisində daha çox ekoloji çirklənmələr yarada bilən energetika, metallurgiya, kimya və neft-kimya daha üstünlük təşkil edir. Qeyd olunmalıdır ki, ekoloji tarazlığın pozulmasında sənaye sahələri içərisində energetikanın təsir dairəsi daha güclüdür. Xüsusi ilə (daş kömür, neft-qaz, atom enerjesi və s.) yanacaq resurslarına əsaslanan sənaye sahələri ekoloji tarazlığın pozulmasında daha çox təsiredici sahə sayılır. Eyni zamanda maye yanacaq materiallarına əsaslanan Ncfl Emalı Zavodlarında (NEZ) ekoloji tarazlığın pozulmasında aktiv iştirak edir. Bu sahə ABŞ, Yaponiya, Avropa ölkələrində, Yaxın və Orta Şərqdə inkişaf etdiyindən regiona! baxımdan həmin ərazilərdə daha qabarıq şəkildə özünü biruzə verir.

Yanacaq əhəmiyyətli təbii resurslardan alınan enerjiyə görə dünya balansında neftin xüsusi çəkisi 37%, qaz 25%, daş kömür 24%, SES və AES-lər 11%, sair mənbələr isə 3% təşkil edİr (2010).

Qlobal ekoloji problemlərin yaranmasında metallurgiya əhəmiyyətli sənaye sahələrində mühüm rol oynayır. Burada başqa sənaye sahələri ilə müqayisədə ekoloji çirklənmələr iki istiqamətdə özünü göstərir:



  1. faydalı qazıntıların hasilatı zamanı yararlı torpaq sahələrinin çirklənməyə məruz qalması;

  2. qara və əlvan metallurgiya zavodlarında istehsal prosesində yaranan ekoloji gərginliklər.

Bu cür problemlər iqtisadi baxımdan İEÖ-lər üçün daha xarakterikdir. Qara metallurgiyada əsas çirklən- dirici maddələr dəmir filizinin əridilməsi zamanı küllü miqdarda dəm qazının ətraf mühitə yayılması üstünlük təşkil etdiyi halda, əlvan metallurgiyada zəhərləyici xassəyə malik olan (mis, qurğuşun, civə, molibden və s.) elementlərin çox olması ilə səciyyələnir. Odur ki, bu cür müəssisələrin tikintisi planlaşdırılarkən yaşayış məskənlərindən kənarda tikintisinin apaniması məqsədəuyğundur.

Sənaye sahələri içərisində kimya və neft kimya əlverişli sahə olduğundan dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində formalaşmışdır. İqtisadiyyatın dayanıqlı inkişafında bu sahə xüsusi strateji əhəmiyyət kəsb edir. Bu sahə çox çeşidli məhsul istehsalını həyata keçirdiyi üçün iqtisadi gəlirləri ilə yanaşı, ekoloji çirklənmə faizi də yüksəkdir. Dünyanın bir çox ölkələrində olduğu kimi təbiət Azərbaycana zəngin neft ehtiyatı bəxş etmişdir. Bu gün iqtisadiyyatımızın inkişafında neft əvəz edilməz təbii sərvət hesab edilir.

Hesablamalara görə yalnız Xəzər dənizində kəşf olunan neftin ehtiyatı 2480 milyon ton müəyyən olunmuşdur. Gələcəkdə bu ehtiyatların istismara cəlb olunması sənaye sahələrinin inkişafı ilə yanaşı ekoloji təhlükəsizliyin təmin olunması ön plana çəkilir.

3.Sosial həyat tərzi ilə yaranan ekoloji problemlər cəmiyyətin və onun bilavasitə məhsuldar qüvvələri ilə bağlı olub, təbiət və cəmiyyət hadisələrinin tərkib hissə- si kimi qiymətləndirilir. Yer kürəsinin ayrı-ayn regionlarında artan insan cəmiyyəti özünün yaşaması üçün çox böyük quruculuq işləri aparır. Xüsusi ilə ETT-nin inkişaf etdiyi XX-XXl əsrlərdə baş verən sosial inkişaf daha qlobal xarakter almışdır. Yeni şəhərlərin və sənaye komplekslərinin yaradılması özü ilə bərabər ekoloji problemlər yaradır, iri şəhərlərdə nəhəng sənaye komplekslərinin inkişafı ətraf mühitin çirkləndirliməsi insan üçün ekoloji problemləri artırmışdır, insanların sağlam yaşamasını təmin etmək tarixi yaşayış yerləri ilə yanaşı müasir şəraitdə təmiz ekoloji mühitlə əlaqəli olaraq və insanların təbiətə meyilliyini nəzərə alaraq yeni yaşayış məskənlərinin tikintisi olmayan çay yataqları, terraslar və yamaclarda

salınması daha məqsədə uyğun olardı. Bu cür tendensiya kənd yaşayış məskənlərinə də aid edilir. Burada şübhəsiz ki, dövlət subsidiyalar vasitəsi ilə köhnə tikililərin bərpası ilə yanaşı, ərazinin bitki və heyvanat aləminin mühafizəsi ekoloji sağlamlığı təmin edir. Qlobal sosial problemlərin həlli insanların sağlam mühitdə yaşamasını təmin etməklə yanaşı, sosial ekoloji problemlərin həlli və ekoloji təhlükəsizliyin əsasını təşkil edir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin