Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Aqrar sənaye sahələrinin təşkilində resurs təminatının xarakteristikası



Yüklə 0,95 Mb.
səhifə35/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   31   32   33   34   35   36   37   38   ...   148
Mövzu 6

Aqrar sənaye sahələrinin təşkilində resurs təminatının xarakteristikası

Bazar iqtisadiyyatı şəraitində əhalinin maddi nemətlərə olan təlabatının ödənilməsində aqrar sənaye məhsulları əsas yer tutur. Aqrar sənaye məhsulları kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emal olunması nəticəsində meydana gəlİr. Kəiıd təsərrüfatı məhsulları çoxsahəli olduğundan aqrar emal sənaye məhsulları çox çeşidliyinə görə digər sənaye məhsullarından fərqlənir və aqrar sənaye komplekslərinin (ASK) əmələ gəlməsində əsas rol oynayır. Müasİr dünyada hesablamalara görə iqtisadi cəhətdən fəal əhalinin 48%-ə qədəri və yaxud 1,4 mlrd, nəfər əhali aqrar istehsal sahəsində çalışır. Aqrar sənaye sahələri hələ XX əsrin 50-60-cı illərində dünyanın inkişaf etmiş ölkələrində inkişaf edərək, sonrakı illərdə dünyanın inkişaf etməkdə olan ölkələrində kənd təsərrüfatının bazası əsasında formalaşmışdır. Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı aqrar sahəyə maraqların artması aqrar sənaye sahələrinin intensiv inkişafına təkan vennişdir. Aqrar sənaye sahələri bir-biri ilə bağlı olan məsələləri: maddi texniki bazanın təkmilləşdirilməsi, ərzaq problemi, iqtisadi səmərəliliyin yüksəldilməsi, elmi texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, kənd təsərrüfatı məhsullarının vaxtı-vaxtında itkiyə yol verilmədən emal sənaye müəssisələrinə daşınması, istehsalını, satışını və emal proseslərini məqsədyönlü inkişaf etdirməkdən ibarətdir. Kənd təsərrüfatı məhsulları xammal şəklində emal müəssisələrinə daxil olduqdan sonra İstehsal prosesində çeşidlərinə görə məhsulun ümumi həcmi artmaqla kəmiyyət və keyifyyət dəyişiklikləri baş verir. Aqrar sənaye sahələrinin inkişaf istiqamətləri kənd təsərrüfatının ixtisaslaşmasından və yaxud tiplərindən asılı olaraq folmalışır.

Aqrar emal sənaye məhsulları dünya ölkələrinin daxili bazarını təmin etdikdən sonra xarici bazarın istehlakçılarını təmin etmək məqsədilə ixrac yönümlü xarakter daşıyır. Ümumiyyətlə, aqrar emal məhsullarının idxal və ixrac

yönümünün təşkili hər bir ölkənin aqrar iqtisadi strategiyasının mexanizmlərindən biri sayılır. Dünya ölkələri artıq bazar iqtisadiyyatı şəraitində aqrar sahənin məhsullarından səmərəli istifadə etmək üçün müştərək müəssisələr yaradır,

qarşılıqlı aqrar sənaye məhsulların istehsalını həyata keçirirlər. Müasir şəraitdə bütün dünyada olduğu kimi Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsulları istehsalı: çay, meyvə, pambıq, taxıl, ət, süd potensialının artırılması üçün xarici şirkətlərin imkanlarından istifadə etməklə dünya aqrar bazarının tələblərinə uyğun məhsullar istehsal etmək imkanlarına malikdir. Aqrar sənaye sahələrinin inkişafı kənd təəsrrüfatının ixtisaslaşmış sahələri ilə uyğun gəlir və aqrar sənaye sahələrinin tiplərini yaradır. Həmin tiplər aşağıda qeyd olunan şəkildə formalaşır:


  • taxılçılıq məhsulları əsasında inkişaf edən aqrar sənaye sahələri (əsasən un, makaron, şirniyyat məhsulları) daxildir;

  • texniki bitkiçilik əsasında inkişaf edən aqrar sənaye sahələri; (pambıq lifi, yağı, pambıq parçalar, şəkər tozu, tütün və s.) emalı daxil edilir;

  • bostan-tərəfəz məhsullarına saslanan aqrar emal sənaye məhsulları

(konservləşdirilmiş pomidor, xiyar, sarımsaq, tərəvəz məhsulları və s.);

  • Subtropik bitkiçilik məhsulları əsasında inkişaf edən aqrar emal sənaye sahələri (çay, limon, portağal şirələn və s.);

Meyvə və giləmeyvə məhsulları sasında inkişaf edən aqrar sənaye məhsulları (meyvə şirələri, cemlər, müxtəlif növ mürəbbələr və s.);



spirtli içkilər, alkoqolsu/. içkilər, keşmİş və s.);

  • Heyvandarlığın bazası əsasında inkişaf edən aqrar sənaye sahələri (ət məhsulları, süd məhsulları, yun parça və s.)

Yuxanda qeyd olunan sahələrin inkişafı dünya əhalisinin müxtəlif qida məhsullarına olan tələbatını təmin etməklə ərzaq təhlükəsizliyi üçün maddi baza sayılır.

Aqrar emal sənaye sahələrinin məhsulları son mərhələdə istehlakçıların tələbatını təmin etmək idxal və ixrac yönümlü xarakter alır. Bu mərhələdə hazır məhsullar nəqliyyat prosesindən keçməklə bazarlara yönəldilir.

Aparılan təhlildən belə nəticəyə gəlmək olur ki, kənd təsərrüfatının inkişafında hər hansı regionun və yaxud ölkənin iqtisadi şəraiti təbii komponentlər təsiredici amillər kimİ qiymətləndirilir.

Kənd təsərrüfatının sahələri ərazi daxilində ixtisaslaşmanı və kənd təsərrüfatının tiplərindən asılı olaraq inkişaf edir formalaşır.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin