Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə34/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   30   31   32   33   34   35   36   37   ...   148
Mövzu 6

Kənd təsərrüfatının sahə strukturunun təbii iqtisadi xüsusiyyətləri. Kənd təsərrüfatının sahəvi strukturu dedikdə, ərazinin təbii-iqtisadi şəraitindən asılı olaraq istehsal sahələrinin inkişaf istiqamətləri nəzərdə tutulur. Dünyanın bütün ölkələri üçün kənd təsərrüfatı ixtisaslaşmasına görə eyni xarakter daşımayıb, ərazinin təbii şəraitinə uyğun təsərrüfat sahələri inkişaf edir. Kənd təsərrüfatı sahələri strukturuna görə iki hissəyə: bitkiçilik və heyvandarlığa ayrılır.

Kənd təsərrüfatının sahə strukturu



Bitkiçilik özünün xarakterinə görə çoxsahəli olub, dünyanın bütün ölkələrində inkişaf etməklə əhalinin zəruri istehlak məhsullarına olan tələbatınm ödənilməsində mühüm yer tutur. Digər tərəfdən ərzaq çatışmazlığının qarşısının alınmasında, heyvandarlıq üçün yem bazasının möhkəmlənməsində, aqrar sənaye sahələrinin inkişafında xüsusi əhəmiyyətə malikdir. Bitkiçilik sahəsində taxılçılıq, texniki bitkiçilik, bostan-tərəvəz, yağlı bitkilər, meyvəçilik, üzümçülük, subtropik bitki-çilik sahələri daxil edilir. Bazar iqtisadiyyatı şəraitində dünya Ölkələri çalışırlar ki, əhalinin ərzaq məhsullarına olan tələbatlarının ödənilməsi hər bir ölkənin daxili resursları hesabına ödənilsin. Bu səbəbdən də kənd təsərrüfatı sahələri inkişaf tempinə görə olduqca intensivdir.

Taxılçılıq əkinçiliyin başqa sahələrinə nisbətən sürətlə inkişaf edərək 650 mln. ha sahəni özündə birləşdirir. Dünyanın əsas taxıl istehsalçıları Avropa ölkələrindədir. Bu ölkələrdən əkinçilik məhsullarının 60%-dan çoxunu verənRusiya, Böyük Britaniya, F'ransa, İtaliya, Polşa, Macarıstan, Almaniya, Amerikada ABŞ, Xarici Asiyada Yaponiya, Vyetnam üstünlük təşkil edir (şəkil 12), Hər il dünyada 2 mlrd, tondan artıq taxıl tədarük edilir. Taxıl strateji məhsul olduğu üçün ildən-ilə dünya ölkələrində istehsalı artırılır.



Kənd təsərrüfatının iqtisadiyyatında ikinci yeri heyvandarlıq məhsulları tutur. Bəşəriyyətin yarandığı ilk dövrlərdə özünün yaşayışını təmin etmək üçün vəhşi heyvanların ovlanması yolu ilə özlərinin qida məhsullarına olan tələbatını təmin edirdi. İnsan şüurunun inkişafı təbiətdə mövcud olan heyvanat aləmini əhilləşdirməyə və onu öz tələbatına uyğunlaşdırmağa əlverişli şərait yaratdı. Müasir heyvandarlığın inkişafı təbii otlaqlarla yanaşı, sənaye üsulu ilə emalı bitkiçilik məhsullarına əsaslanır.

Heyvandarlıq maddələr mübadiləsinin vəhdətidir. Heyvandarlığın strukturu mürəkkəb olmaqla İribuynuzlulardan, xırdabuynuzlulardan, donuzçuluqdan, quşçuluqdan, maralçılıqdan, atçılıqdan, arı- çıhqdan və balıqçılıqdan ibarət olub, əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir.

Yem bazasının inkişafına, əkinçiliklə qarşılıqlı əlaqəsinə, əmtəəlik dərəcəsinə və ixtisaslaşmasına, təsərrüfat sahələrinin intensivliyindən asılı olaraq bir neçə əsas heyvandarlıq tipləri müəyyən etmək olar.

-yem bazası əkinçiliklə bağlı olmayan istehlak xarakterli köçəri ekstensiv maldarlıq. Bu cür maldarlığın inkişafı 1000 km məsafə daxilində hərəkət elməklə mövsümi xarakter daşıyır, əsasən təbii otlaqlardan istifadə olunur.

-əmtəə xarakterli ekstensiv köçürmə-otlaq heyvandarlığı (ət, süd, dəri, piy, və s.) əsasən təbii otlaqlara əsaslanır. Köçəri heyvandarlıqdan fərqli olaraq köçürmə otlaq təsərrüfatı yem çatışmayan zaman ehtiyat fondu yaradılmasım, qoyunların qır- xılmasını mexanikləşdirilməsini və s. mühüm məsələlər nəzərdə tutulur.

-ekstensiv tipli tövlə otlaq heyvandarlığı qış dövründə əkinçilikdən alman qaba yemlərə, qida əhəmiyyətli taxıl bitkilərinin tullantılarına əsaslanır.

-əmtəə əhəmiyyətli tövlə otlaq heyvandarlığı. Bu cür təsərrüfatlar əsasən südçülük istiqamətində formalaşır, təbii çəmənliklərə, ot əkini kimi əkinçilik mənşəli yemə istinad edir.

-əmtəə əhəmiyətli tövlə-düşərgə heyvandarlığı (süd, ət, istehsalı üzrə) yerli süni otlaqlara və gətirmə qüvvətli yemlərə əsaslanır.

-əmtəə xarakterli tövlə-şəhər ətrafı heyvandarlıq ( təzə süd, quş əti, yumurta və s.) yerli və gətirilmə əkinçilik mənşəli yemlər, məişət tullantılarına əsaslanır.

-əkinçilik yeminə və yemlərin sənaye istehsal- na əsaslanan sənaye tipli heyvandarlıq. Kiçik sahədə mal-qaranın cəmləşməsi ilə səciyyələnir.

Yuxarıda qeyd olunan heyvandarlıq tipləri heyvandarlığın çoxtərəfli inkişafını əks etdirməklə iqti.sadi sahələrin inkişafında mühüm əhəmiyyət etdiyini göstərir.

Heyvandarlığın inkişafı təbiətdə mövcud ehtiyatlardan səmərəli istifadə olunmaqla yanaşı, mədəni bitkiçilikdə əldə olunan tullantıların müasir texnoloji üsullarla istehsal olunması heyvandarlığın inkişafına təsir göstərən iqtisadi amillərdən hesab edilir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin