Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Kurort – rekreasiya təsərrüfat əhəmiyyətli resursların iqtisadiyyatı



Yüklə 0,95 Mb.
səhifə36/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   32   33   34   35   36   37   38   39   ...   148
Mövzu 6

7.4. Kurort – rekreasiya təsərrüfat əhəmiyyətli resursların iqtisadiyyatı


Dünyanın bütün ərazilərində bu ya digər formada kurort - rekreasiya

əhəmiyyətli təbii resurslar inkişaf etmiş və həmin resurslardan istifadə olunması əhalinin sağlamlığının qorunmasına xidmət edən kurort təsərrüfatının inkişafına zəmin yaratmışdır. Kurort — rekreasiya əhəmiyyətli təbii resurslara relyef, dəniz və okeanlar, meşələr, iqlim şəraiti daxil edilir. Qeyd olunmalıdır ki, kurort - rekreasiya əhəmiyyətli resurslar inkişaf etmiş ölkələrdə ətraflı tədqiq olunmuş təsərrüfat dövriyyəsinə cəlb olunmuşdur. Bu cəhətdən inkişaf etmiş ölkələrdə əhalinin istirahətini təmin etmək məqsədilə yüksək kurort - rekreasiya mərkəzləri yaradılmış yerli əhalinin istirahətini təmin etməklə bərabər, külli miqdarda kənar ölkələrdən həmin kurort - rekreasiya mərkəzlərinə, əhali axınına səbəb olmuşdur. Son illərdə dünyanın bütün regionlarında kurort - rekreasiya əhəmiyyətli resurslar inkişaf etmiş ölkələrdə (İEÖ) ətraflı t dqiq olunmuş təsərrüfat dövriyyəsinə cəlb olunmuşdur.

Son illərdə dünyanın bütün regionlarında kurort - rekreasiya əhəmiyyətli resursların tədqiqinə xüsusi fikir verilir. Bir çox tədqiqatçılar rekreasiya tələbatını üç qrupa ayırırlar:


  1. İçtimai tələbat. Bu qrupa müxtəlif sosial təbəqələrin turizmə olan maraqlan daxil edilir.

  2. İçtimai istehsal maraqlarına olan tələbat.

  3. Ayri-ayn fərqlərin ümumi istirahət maraqlarına olan tələbat.

Rekreasiya tələbatına yuxarıda qeyd olunan resurslarla yanaşı təbii, iqtisadi, təbİi-bioloji, sosial-psixoloji amillər, xidmət sferalan daxil edilir.

Təbii amillərə fəaliyyət göstərən rekreasiya müəssisələrinin çaya, dağlara və meşələrə və s. yaxınlığı aid edilir.

Təbii-bioloji amillər daha geniş əhatəli olmaqla rekreasiya potensialının əhalinin tələbatına uyğun İstifadə olunmasıdır. Burada əhalinin tələbatına uyğun kurort müalicə ocaqlarının yaradılması əsas faktor hesab edilir. Sosial-psixoloji amillərə rekreasiya ərazilərində əhalinin işlə təmin olunması, insan həyatına təsir edən xidmətlər dairəsinin intensivliyi, mədəni və kommunikasiya əlaqələrinin

inkişafı daxildir.

Təbii ehtiyy'atlarm rekreasiya baxımdan qiymətləndirilməsini rus alimlərindən professor V.S.Preobra- jenski, Y.A.Vedenin, N.S.Mironenko və b, üç əsas tipə ayırırlar.

1 .Təbii-bioloji rekreasiya ehtiyyatlan (müalicə və sağlamlıq üçün

əhəmiyyətli ərazilərin müəyyən olunması);



  1. Psixoloji-estetik (ərazinin rekreasiya landşaftlarının müəyyən olunması);

  2. Texnoloji ərazinin texniki kommunikasiya qurğularının və tikinti

quraşdırma imkanlarının müəyyənləşdirilməsi.

Təbii komponentlərin daxili estetik xüsusiyyəti kurort əraziləri üçün əsas sayılır və aşağıdakıları özündə birləşdirir: Ərazinin meşəlik dərəcəsi, ağacların qədim və yaxud cavan olması kolluqlar, yarı açıq və açıq sahələrin xüsusiyyətləri.

iqlim amili tarixən İnsanların bu və ya digər ərazilərdə məskunlaşmasında, təsərrüfat sahələrinin inkişafında, ərazilərin təbii resurslarının mənimsənilməsində əsas faktorlardan birİ sayılır. Eyni zamanda kurort təsərrüfatının inkişafında və yerləşməsində, müxtəlif xəstəliklərin müalicəsində iqlim tipləri mühüm rol oynayır.

Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, tarixən dəniz sahili ərazilərin iqlİmi kurort -rekreasiya təsərrüfatı üçün əlverişli olduğundan ən çox kurort təsərrüfatı həmin ərazilərdə inkişaf etmişdir. Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi sahillərinin iqlim xüsusivyət- lərini müqayisə etdikdə oxşar iqlim

xüsusiyyətlərinə malik olması çoxsaylı kurort müalicə ocaqlarının bu cür ərazilərdə salınması intensiv xarakter daşıyır. Məsələn, İtaliyada-Liboma, Ankona; Fransada-

Niqça, Türkiyədə- Antaliya, Bolqarıstanda-Vama, Burqoş, Ukraynada- Odessa, Yalta, Rusiyada-Soçi, Azərbaycanda isə Nabran, Abşeron, Lənkəran kurort- rekreasiya kompleksləri iqlim şəraitindən asılı olaraq inkişaf etmişdir. Təbii kompleksləri rekreasiya baxımından qiymətləndirilərkən ekzotika və unikallığa xüsusi fikir verilir.

Həmçinin rekreasiya ehtiyatlarının qiymətiəndiril- mosindo ərazinin daxili mənzərəsinin qiymətləndirilməsidə əsas yer tutur.

Rekreasiya chtiyyatiarı içərisində mühüm yer tutan resurslardan biri meşə resurslarıdır. Ekzotik baxından əlverişli relyef (orta və yüksək dağlıq ərazilər) və həmin ərazilərin meşə örtüyü, həmçinin mineral bulaqların zənginliyi kurort təsərrüfatı ilə yanaşı, turizm axının əraziyə daxil olmasına şərait yaradan faktorlardan biri kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, müasir şəraitdə yer kürəsinin ümumi meşə ehtiyyatı 75 mlrd, ha təşkil edir. Həmin meşələrin 1200

mln. ha Latİn Amerikasında, 1140 mln. ha Afrikada, 750 mln. ha Şimali Amerikada, 660 mln. ha Xarici Asiyada, 195 mln. ha Xarici Avropada, 940 mln. ha isə MDB ölkələrinə aid edilir, Rekreasiya baxımından dünyada ən çox Avropa meşələrindən istifadə olunur. Burada əlverişli təbii iqtisadi şəraitin olması və mühüm mədəniyyət mərkəzlərinin, həmçinin yüksək səviyyədə sosial iqtisadi inkişafın olması ərazinin mühüm rekreasiya mərkəzləri kimi qiymətləndirilməsinə əsas verir.

Rekreasiya ehtiyyatları içərisində mühüm rola malik olanlardan biri dəniz və okean sularının olmasıdır. Tarixən dünyanın əksər ölkələrində dəniz və okeanlar əhali məskunlaşmasında kurort təsərrüfatının inkişafında, turizm bazalarının salınmasında əsas faktorlardan biri olmuşdur. Avropada Qara dəniz. Aralıq və Adriatik dənizləri, həmçinin Atlantik və Sakit okean sahilləri, Qırmızı dəniz və Xəzər dənizi rekreasiya baxımından daha çox mənimsənilmiş ərazilər hesab olunur.

Dünya təcrübəsində ümumiyyətlə, 5 ballıq sistemdən istifadə meyar olaraq qəbul olunmuşdur. Dəniz sahili rekreasiya ehtiyatları qiymətləndirilərkən dənizin sahilindən daxilə doğru olan ərazilərin qiymətləndirilməsi nəzərə alınır. Lakin buna baxmayaraq sahil zonası dedikdə, həmin zona daxilində təbii komponentlər nəzərə alınmaqla aparılan rayonlaşma ilə də müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi rekreasiya ehtiyyatlannm qiymətləndirilməsində problem- "iərdən biri- ayrı-ayn göstəricilər üzrə bal sisteminin tətbiqİdir. Həmin bal sistimi aşağıdakı kimi qəbul olunur.


  1. bal-əlverişsiz;

  2. bal-nisbətən əlverişli;

  3. bal- orta səviyyədə əlverişli;

  4. bal-əlverişli;

  5. bal- çox əlverişli;

Yuxarıda göstərilən ballar dəniz sahillərində temperatur rejimindən asılı olaraq günəşli günlərin sayına görə müəyyən olunur. Temperatur 18-230 -ə çatan günlərin sayı 135-dən artıqdırsa (5 bal), 100-135 günə çatarsa (4 bal), 100 günə qədər olarsa (3bal) qəbul olunmuşdur.

Rekreasiya məqsədləri üçün nisbətən alverişli olan ərazi 2 bal qiymətləndirilir.

Çimərliklərin rekreasiya baxımından qiymətləndirilməsi çimərliklərin suyunun temperatur rejimi 17- 15"S olması (5 bal) komfort sayılır.

Çimərliklərdə suyun temperaturunun 14 - 27°S-yə çatan günlərin təkrarlanmasını 4 bal; 13-28°S diskom- fort olduğuna görə 3 bal; 130 S-dən aşağı və 280S-dən aşağı və 29°S-dən yuxan olan günlərin sayı çox olması 1 bal hesab olunur.

Komfort günlərin sayına görə Qara dəniz, Aralıq dənizi və Xəzər dənizi eyni eniklərdə yerləşməsinə baxmayaraq günəşli saatların miqdarına görə həmin sahil zonaları bir-birindən fərqlənir. Xüsusilə Xəzər dənizi sahilləri günəşli saatların miqdarına görə Aralıq dənizi sahillərindən geri qalır. Lakin günəş radiasiyasına görə Xəzər dənizi Aralıq dənizi sahillərindən üstünlük təşkil edir. İqlim amillərindən istifadədə müalicə imkanları daha alverişlidir.

Xəzər dənizi sahillərinin digər üstün cəhəti ondadır ki, burada narın qumlu çimərliklər üstünlük təşkil edir və müalicəvi əhəmiyyət kəsb edir. Burada mineral sular və müalicəvi palçıqlar vardır ki, hər il insanlar həmin təbii ehtiyatlardan müalicə məqsədi üçün istifadə edirlər.

Sahil boyunca rekreasiya landşaftları sahil ərazisində 3ü-dən başlayaraq 200 m-ə qədər uzanan düzənliklər, çəmən meşələr, çəmənliklərdən sonra yüksələn dağlıq ərazinin estetik zənginliyə malik olduğunu sübuta yetirir. Burada eyni zamanda nadir təbiət abidələri, relikt meşələr, müxtəlif relyef formaları və s. göz oxşayan mən- zərələrdən hesab olunur (şəkil 16). Rekreasiya ehtiyyat- lan ilə yanaşı Xəzər sahilində taTİxi memarlıq abidələri (əsasan Abşeronda) inkişaf etmişdir. Abşeron ərazisində Xlll-XIX əsrlərə aid məscidlər. Karvansaralar,

Mərdə- kandakı dördkünc qala, Nardarandakı qala, Ramanada olan qala XV əsrin yadigarı hesab olunur.

Aralıq dəniz sahillərində özünün qədimliyi və orijinallığı ilə seçilən tariximədəni abidələrlə zəngin ölkələrdən İtaliya, Yunanıstan, İspaniya, Türkiyə və s. ölkələri misal göstərmək olar.

Dəniz sahili

kurort rekreasiya ehtiyatları


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin