MÖVZU 7.
ƏTRAF MÜHİTDƏ TƏSƏRRÜFAT ƏHƏMİYYƏTLİ RESURSLARIN
İQTİSADİYYATI
7.1. Sənaye əhəmiyyətli enerji resurslarının iqtisadiyyatı
7.2. Metallurgiya və kimya sənayesində təbii resursların ümumi iqtisadi əsaslandırılması
7.3. Kənd təsərrüfatının resurs təminatının iqtisadiyyatı
7.4. Kurort – rekreasiya təsərrüfat əhəmiyyətli resursların iqtisadiyyatı
7.5. Təbii resurslardan kompleks istifadənin qlobal iqtisadi istiqamətləri
7.6. Azərbaycanın təbii resurslarının iqtisadi potensialı
7.1. Sənaye əhəmiyyətli enerji resurslarının iqtisadiyyatı
Enerji əhəmiyyətli təbii resurslar dedikdə, enerji istehsalına şərait yaradan təbii sərvətlərin ümumi həcmi nəzərdə tutulur. Eneıji əhəmiyyətli resurslar qrupuna mineral, maye və digər alternativ yanacaq materialları daxildir. Yer kürəsinin inkişaf tarixi ilə əlaqədar olaraq enerji resursları qeyri-bərabər yerləşmişdir. Mineral yanacaq resursları qrupuna daş kömür, torf, yanar şistlər daxildir. Maye yanacaq resursları qrupuna isə neft, təbii qaz, atmosferdə olan enerji əhəmiyyətli resurslar günəş enerjisi, külək enerjisi hesab edilir. Eyni zamanda hidroenerji ehtiyyatlar yer kürəsinin ayrı-ayrı regionlarında istehsal dövriyyəsinə cəlb olunmaqla enerji istehsalında xüsusi əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd olunan resurslar içərisində mineral yanacaq ehtiyyatları çoxçox əvəllər istehsal dövriyyəsinə cəlb olunaraq yanacaq materialı ilə yanaşı, enerji istehsalında mühüm rol oynamışdır. Mineral yanacaq resurslar içərisində əhəmiyyətinə görə daş kömür və boz kömür üstünlüyə malik olmuşdur. Ümumi daş kömür ehtiyyatının 60 %-i daş kömürün, 40 %-i isə boz kömürün payına düşür. Aparılan hesablamalara görə mineral yanacaq ehtiyyatın 90 %-ə qədəri şimal yarım kürəsində yerləşmişdir.
Ayrı-ayrı regionlara gəldikdə isə ümumi ehtiyyatın 54 %-i Asiya, 28 %- Afrika, 10 %-i Avropa, 8 %-i isə Afrika, Avstraliya və Okeaniya region ölkələrinin payına düşür. Aparılan hesablamalara görə dünya üzrə ümumi daş kömür ehtiyatının miqdarı 14,8 mlrd ton müəyyən olunmuşdur. Bunun 9,4 mlrd tonu daş kömürün, 5,4 mlrd tonu isə boz kömür təşkil edir. Dünyanın mühüm daş kömür ehti>7atına malik olan ölkələr sırasına ABŞ, Çin, Avstraliya, Kanada, Almaniya,
Böyük Britaniya, Polşa, CAR, Rusiya, Hindistan daxil edilir.
Daş kömürün son illərdə sənaye əhəmiyyvəili maye yanacaq resursları ilə müqayisədə xüsusi çəkisi aşağı düşmüşdür.
Torf, yanar şistler yanacaq materialı olmaqla bərabər kimya sənayesi üçün əsas xammal hesab edilir. Bu cür təbii sərv'ətlər əsasən mülayim enliliklərdə , podzol- laşmış ərazilərdə geniş yayılmışdır. Polşa, Baltikyanı ölkələr, digər Avropa ölkələri də zəngin ehtiyyata malikdir. Sənaye əhəmiyyətli təbii resurslar sırasına daxil edilir. Yanacaq resursları içərisində iqtisadi əhəmiyyətinə görə maye yanacaq resursları xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də tarix göstərir ki, güclü nert ehtiyatına malik olan ölkələr həmişə təyziqlərə məruz qalmış, mənafelərini
qorumaq uğrunda imkanları daxilində mübarizə aparmışlar.
Hesablamalar göstərir ki, dünyanın ümumi neft sahəsi 45 mln.knr təşkil edir. Dünya ölkələrinin maye yanacaq ehtiyatlarının statistik təhlili göstərir ki, aşkar olunmuş ümumi neft ehtiyyatı 150.7 mlrd, tondan çoxdur. Ərazi üzrə yerləşməsinə görə ümumi neft ehtiyatının 58,2%-i Yaxın və Orta Şərq, 7,6%-i Şimali Amerika, 6,5%-i Cənubi Amerika, 5,5%-i Afrika, 2,1 %-i Cənubi Asiya, Avstraliya və
Okeaniya, 8,8%i Qərbi Avropa, 9,2%-i Rusiyanın payına düşür. Geofiziki tədqiqatlara görə Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir.
Mineral resursların beynəlxalq səviyyədə dünyanın enerji problemi ilə məşğul olan və özündə 80 ölkəni birləşdirən ―Dünya Energetika Şurasf' nın yığıncaqlarında qeyd olunan məsələləri müzakirə edir və gələcəkdə yanacaq resursların tükənməsi ilə əlaqədar alter nativ yanacaq növlərinin kəşfi ilə əlaqəli məsələləri ön plana çəkirlər.
Dünya neftinin ehtiyat balansı belə bir fikir söyləməyə imkan verir ki, dünya ölkələrinin tələbatının 50 il müddətində ödəmək imkanına malikdir.
Dünya neft ehtiyatının 5,5%-i Afrika ölkələrinin payına düşür. Materikin əsas neft yataqları Liviya (dünya neftinin 2%), Nigeriya (1,2%), Əlcəzair, Anqola (1,8%) ölkələri hesab olunur.
Dünyanın qərb yarımkürəsində ümumi neft ehtiyatının 15%-i cəmləşmişdir. Qeyd olunan region üzrə neftin geoloji ehtiyat balansında Venesuela, Meksika (4,6%), ABŞ, Kanada, Braziliya (2,7%) təşkil edir. Rusiya- dünyanın dördüncü neft regionu hesab edilir. Bu region dünya yataqlarının 5%-ni əhatə edir. Eyni za- manda dünya neft ehtiyatının As iy a-Sakit okean regionun (Çin, İndoneziya, Hindistan və Malaziya) payına düşür. Qərbi Avropa regionunda dünya neft ehtiyatının 1,8%-i cəmləşmişdir. Beynəlxalq geosiyasətdə yanacaq enerji resursları amili müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin enerji e,htiyatları onun siyasi müstəqilliyinin, iqtisadi təhlükəsizliyinin və dirçəlişinin təməlini təşkil edir. Enerji resurslarının nomenklatura- sında xam neft bu gün əsas yer tutduğu kimi, yaxın gələcəkdə də dəyişməz qalacaqdır. Dünyada maye yanacaq enerji resurslarının istehsalı quru ilə yanaşı dəniz və okeanlarda da artmaqdadır. Son illərdə dəniz və okeanlardan hasil olunan neftin xüsusi çəkisi çox-çox yüksəlmişdir. Hazırda dünyanın yüzdən artıq dövləti dənizlərdə neft-qaz uğrunda axtarışlar aparır, qırx dövlət isə neft və qaz hasil edir. Dünya dənizlərində 400-dən artıq dəniz neft yataqları fəaliyyət göstərir. Qərbi Avropa ölkələrində istehsal olunan neftin çox hissəsi, Azərbaycanda isə 80%-ə qədəri dənizdən hasil edilir. Son illərin hesablamalarına görə neftin hasilatı dünya dənizlərində getdikcə artır. Qeyd olunmalıdır ki. dünya neft hasilatında OPEK üzvü olan ölkələrin mövqeyi əhəmiyyətli dərəcədədir. Bölgəni birləşdirən bu təşkilat dünya üzrə neft hasilatının
60%-dən çoxunu istehsal edir və dünya təsərrüfatının bu növ yanacağa olan tələbatının həlledici hissəsini ödəyir.
XXI əsrdə enerji resurslarından səmərəli istifadə olunması enerji yönümlü iqtisadi sahələrin inkişafına təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.
Kimya, neft kimya sənaye sahələri də enerji tutumlu sahələrdən hesab olunur.
Kimya sənayesi üçün lazım olan xammalı və enerjini istənilən ərazidən daşınmaqla inkişaf etdirmək olar. Lakin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kimya sənayesi xammal və enerji mərkəzində yerləşdirildiyindən yüksək səviyyədə inkişafı ilə xarakterizə olunur. Ümumiyyətlə, istər sənayenin, istərsə də kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, müasir şəraitdə enerjidən istifadə olunmasın. Enerji bütün istehsal sahələrinin mexanikləşdirilməsinə, avtomatlaşdınlması- na təsir etməklə ümumi məhsul istehsalının intensivləş- dirilməsinə təsir edən faktorlardan biri kimi qiymətləndirilir. Enerji tutumlu iqtisadi strukturların əsas mərkəzləri iri inkişaf etmiş sənaye ölkələrində formalaşmışdır. Çünki bu ölklərin iqtisadi potensialının əsas xarakterik cəhəti ondan ibarətdir ki, burada təşkil olunan sənaye komplekslərinin istehsal səviyyələri optimal formada idarə olunur.
Dostları ilə paylaş: |