Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə23/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   19   20   21   22   23   24   25   26   ...   148
Mövzu 6

Torpaq kadastrı – kənd və meşə sferasında torpaq haqqında dürüst məlumatların sistemləşmiş məcmusudur. Torpaq kadastrında torpağın

mülkiyyətçisinin adı yazılır, torpaqların yerləşdiyi yerin ümumi sahəsi, konfiqurasiyası, yararlı torpaqların tərkibi, onların keyfiyyəti, gəlirliyi, torpağın qiyməti əks olunur. Almaniyanın torpaq kadastrı sistemi ən təkmil hesab olunur. Bu sistem üzrə uçot iki növ sənədə əsasən aparılır: 1) torpağın müqayisəli iqtisadi qiymətləndirilməsinin aparıldığı daşınmaz əmlak kadastrı; 2) torpaq üzərində mülkiyyət hüququnun nəzərə alındığı torpaq kitabı.

Qeyd edək ki, torpaq kadastrı obyektlərin qiymətləndirilməsi və orta gəlirliyi haqqında məlumatları əks etdirən məlumatlar toplusudur. Kadastr məlumatları, əsasən adambaşına vergiyə cəlb olunan şəxslərin siyahısının hazırlanmasına xidmət edir.

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluŞu haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, torpaq kadastrı – torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

Dövlət torpaq kadastrının düzgün və elmi əsaslarla aparılması üçün torpaq kadastrının bütün tərkib hissələrinə aid olan işlərin düzgün icra edilməsi olduqca vacibdir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin