MÖVZU 9.
ƏTRAF MÜHİTƏ ÇİRKLƏNMƏDƏN DƏYƏN SOSİAL-İQTİSADİ
Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan anlayışı;
Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqtisadi ziyanın təyin olunması;
Atmosfer havasının çirklənməsi ilə əlaqədar iqtisadi ziyanının təyin olunması;
Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi ziyanının təyin olunması;
Torpaq ehtiyatlarının vəziyyətinin pozulması və çirklənməsi ilə bağlı
iqtisadi ziyanının təyin olunması.
1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan anlayıŞı
Bəşəriyyətin sosial-maddi mədəniyyətinin inkişafında təbii ehtiyatların əhəmiyyəti böyükdür. Sənayenin, kənd təsərrüfatının və digər sahələrin əsası təbii ehtiyatlar hesabına ödənilir. Bu ehtiyatlar böyük bir varlıq olub, insanlar tərəfindən geniş istifadə edilir. Yenidən bərpa oluna bilən bəzi ehtiyatları nəzərə almasaq (xörək duzu və s.) əksər mineral sərvətlər tükənən, yenidən bərpa olunmayan təbii ehtiyatlardır və onların bərpası insanlardan asılı deyildir. Ona görə də belə təbii ehtiyatlardan xalq təsərrüfatında və sənayedə qənaətlə, məqsədəuyğun və itkisiz istifadə edilməli və onların istifadəsi ilə əlaqədar ətraf mühitə ediləcək mənfi təsir aradan qaldırılmalıdır.
Mineral xammal ehtiyatı kimi qiymətləndirilən təbii sərvətlər əsasən üç qrupa bölünür: metallar, qeyri-metallar və yanacaq-xammal qrupu, torpaq, su, meşələr və bu qəbildən olan sair sərvətlər.
Metallarda öz növbəsində qara və əlvan metallara bölünür. Ağır, yüngül və nadir metallar bu bölməyə aid edilir. Qara metallar isə müasir sənayenin (metallurgiya və kimya sənayesi, nəqliyyat, dəmiryol, elektrik stansiyaları və s.) əsasını təşkil edir. Əlvan və rəngli metallara - mis, qurğuşun, kobalt, nikel, alüminium, volfram, molibden və s. daxildir. Qeyri-metallar isə inşaat sənayesində, kimya sənayesində, məişət əşyalarının düzəldilməsində, təbabətdə və s. tətbiq olunur. Məsələn, fosfatlar, kalium duzları və s. minerallar kağız və rezin sənayesində, habelə mineral gübrə istehsalında başlıca xammaldır. Yanacaq-xammal qrupuna aid olan neft, təbii qaz, torf, daş kömür, yanar şistlər məişətimizin bütün sahələrində istifadə olunur. Torpaq, su, meşə və bu qəbildən olan sair sərvətlər canlıların, xüsusən insanların yaşaması, inkişafı üçün əvəzolunmaz vasitədir. İnsanların və başqa canlıların ərzaq məhsullarına, gündəlik tələbat mallarına ehtiyacları bu ehtiyatlar hesabına ödənilir. Ona görə də bu sərvət - ehtiyatlarından səmərəli istifadə olunmasına, onun zəhərli maddələrlə çirklənməsinin və təbiətdən
səmərəsiz istifadə vaxtı ziyanın qarşısının alınmasına böyük əhəmiyyət verilməlidir.
Ziyan dedikdə çirklənmə nəticəsində ətraf mühitdə ehtiyatların kəmiyyət və keyfiyyətində baŞverən dəyiŞikliklər və bu dəyiŞikliklərin nəticələrinin pulla qiymətləndirilməsi baŞa düŞülür. Ekoloji zərər hava və suda, sənaye tullantılarında, kənd təsərrüfatında özünü göstərir. Təbiətə vurulan ziyan təbii göstəricilərin pisləşməsi və onlara iqtisadi qiymət verilməsi ilə ifadə olunur. Çox vaxt təbiətdən qeyri səmərəli istifadə nəticəsində itkilər çəkilən xərclər və ekoloji məsariflərlə müəyyən edilir. Əgər istehsalçı öz torpaqlarını səmərəsiz istifadə edərək korlayarsa ona xərc çəkməli olur. Bu vaxt o torpağın məhsuldarlığı azalır və zərər çəkir. Təbiətin mühafizəsi üçün iqtisadi tədbirlərdən biri ekoloji itkinin azaldılmasıdır.
Adətən ziyanın aŞağıdakı strukturunu qeyd edirlər:
əhalinin sağlamlığına;
kommunal və məişət təsərrüfatına;
kənd və meşə təsərrüfatına;
nəqliyyata, sənayeyə;
digər sahələrə dəyən ziyanlar. Hər bir lokal ziyan ayrılıqda təyin edilir, sonra isə toplanır.
Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların toplanması metodu adlanır, yaxud da birbaşa hesablanır. Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil edir:
maddələrin çirklənmə mənbəyindən atılmasının (axıdılmasının) təyini;
qarışıqların qatılığının atmosferdə (su hövzəsində) müəyyən edilməsi;
natural ziyanın təyini;
iqtisadi ziyanın təyini.
Təbiətin mühafizəsi iki hissədən ibarətdir – 1) kompleks və 2) yerli.
Kompleks mühafizədə tədbirlərin mərkəzləşdirilməsi nəzərdə tutulur. Torpağın su və külək eroziyasından qorunması üçün kompleks tədbirlər görülməlidir. Yerli mühafizə isə hər hansı bir arzuedilməz, gözlənilməz və ya baş verə biləcək hadisənin qabaqcadan qarşısını almaq məqsədini güdür. Kənd təsər-rüfatında bitki ziyanvericilərinə və xəstəliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi üçün tədqiqat işləri genişləndirilir. Havanın, torpağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məqsədilə, təsərrüfatlarda zəhərli kimyəvi maddələr və gübrələr tətbiq edilən zaman mövcud tövsiyələrə və qaydaların düzgün yerinə yeti-rilməsinə nəzarət olunur. Sənaye tullantıları qismən bioloji konservasiya üsulu ilə
zərərsizləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsi dövlətin kapital qoyuluşu hesabına aparılır. Son illərdə yaradılmış Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlərin həllində xüsusi rol oynayır. Bununla yanaşı təbiətin mühafizəsi məsələlərinə Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı S.C., Azərbaycan Respublikası Elmlər Akademiyası və s. nəzarət edir. Müxtəlif kanallarla kapital qoyuluşları hesabına yeni meşə zolaqları salınır, nadir bitki və heyvanların qorunması, artırılması işləri aparılır. Su hövzələri yaratmaqla balıqçılıq inkişaf etdirilir, torpaqların eroziyasının qarşısının alınması üçün müxtəlif tədbirlər sistemi işlənib həyata keçirilir. Həmçinin, dövlət şoran və şorakət torpaqların zərərli maddələrdən təmizlənməsi üçün böyük məbləğdə kapital qoyuluşu tədbirləri aparır, torpaq və bitki örtüyünün bərpasına şərait yaradır. Ətraf mühitin qorunması və onun sənaye tullantılarından mühafizə olunması üçün təkrar məhsulun (sənaye tullantısı) emalı müəssisələri yaradılır, yeni texnika və texnologiya alınıb istehsalata tətbiq olunur. Bütün bunlar ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, onun bərpa olunmasına şərait yaradır.
Dünya miqyasında təbiətin ən nadir elementlərinin (okeanların, dəniz və göllərin, çayların, meşələrin, başqa mənbələrin) qorunması və ondan səmərəli istifadə olun-ması üçün müqavilələr bağlanır. Hesablamalar göstərir ki, təkcə 1970-ci ildə hasil olan neftin (2200 mln. ton) 10 min tonu okean və dənizlərə tökülmüşdür. Hər il də-niz və xeyli həcmdə okean suları çirklənir. Təbiətin qorunmasının qlobal problemlərindən biri də atom və nüvə silahlarının sınaqdan keçirilməsinin qarşısının alınmasıdır, bu sahəyə yönəldilən kapital qoyuluşlarının azaldılmasıdır. Göstərmək lazımdır ki, strateji silahların 60-70% azaldılması və bu vəsaitin inkişafda olan ölkələrin iqtisadiyyatına yönəldilməsi onların dirçəlməsinə xidmət edə bilər. Həmin xərclərə sərf edilən vəsait, iqlimin sağlamlaşdırılmasına və təbiətin mühafizəsinə sərf edilsə, təbiət gözəlləşər, insanların rifahı yaxşılaşır, aclıq və bir çox xəstəliklərin qarşısını almaq problemi həll edilər.
Dostları ilə paylaş: |