Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Müasir dövrün qlobal problemləri və onların həlli yolları



Yüklə 124,77 Kb.
səhifə47/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   39   40   41   42   43   44   45   46   47
Felsefe muhazire metnleri

Müasir dövrün qlobal problemləri və onların həlli yolları
Son 100 ildə bəşəriyyət tarixində məhsuldar qüvvələrin inkişafı bir çox problemlərin meydana çıxması üçün zəmin yaratmışdır. Bu problemlər lokal, regional xarakterli problemlər deyil, bütün bəşəriyyəti narahat edən məsələlərdir. Belə problemlərə qlobal problemlər deyilir. Bu problemlər müasir dövrdə sivilizasiyanın inkişafına birbaşa təsir göstərir. Qlobal problemlərin siyahısına aşağıdakıları aid etmək olar:

  1. İstilik nüvə təhlükəsi

  2. Müharibə və sülh problemi

  3. Təbii ehtiyatlardan qeyri-səmərəli istifadə olunması

  4. Demoqrafik problem

  5. Ekoloji problem

  6. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı böyük fərq

  7. Dünya okeanı resurslarından qeyri-səmərəli istifadə.

Müasir dövrdə qlobal problemlərin təsnifatının bir neçə mövcuddur. Bəzi tədqiqatçılara görə qlobal problemlər əsasən 2 qrupa bölünür:
1.Beynəlxalq münasibətləri əhatə edən problemlərə aiddir: dinc yanaşı yaşamaq və müharibə təhlükəsinin aradan qaldırılması, tərksilah, dünya iqtisadi münasibətlərinin yenidən təşkil olunması, geridə qalmış ölkələrin inkişafı və s.
2.Cəmiyyət və təbiət arasındakı qarşılıqlı təsiri əks etdirən problemlər.
Qlobal problemlərin meydana gəlmə səbəbləri aşağıdakılardır:
1. Təbii ehtiyatlardan ağlasığmaz dərəcədə qeyri-rasional istifadə edilməsi;

  1. Təbii mühitə antropogen təsirlərin neqativ nəticələri kimi atmosferin çirklənməsi, biosferin tarazlığının pozulması, ekoloji şəraitin pisləşməsi;

  2. İEÖ olkələri əhatə edən böyük regionlarda zəruri müvafiq ərzaq bazası və sosial şərait olmadan əhali artımının yüksək sürəti;

  3. Ayrı-ayrı ölkələr arasında iqtisadi və sosial inkişaf səviyyələrində fərqlərin həddən artıq kəskinləşməsi;

  4. Elmi-texniki nailiyyətlər nəticəsində bütün bəşəriyyəti məhv etmək qüdrətində olan kütləvi qırğın silahlarının yaradılması.

Qlobal problemlərin həlli üçün irəli sürülən çoxsaylı konsepsiyalar 2 əsas yanaşma üsulundan çıxış edir. Bunlardan 1-cisi çıxış yolunu yeni dünya qaydalarının formalaşdırılmasında görür. Bu cür qaydaların formalaşdırılmasının həlledici şərti kimi bütün planetdə sülhün və ədalətin bərqərar edilməsi vəzifəsi irəli sürülür. Eyni zamanda bildirilir ki, qarşıya qoyulmuş vəzifənin öhdəsindən gələ bilmək üçün insanların şüurunda köklü dəyişiklik etmək lazımdır.
İkinci yanaşma yeni siyasi təfəkkürün qərarlaşmasında öz ifadəsini tapıb. Bunun məğzi ondan ibarətdir ki, bəşəriyyətin topladığı nəhəng texniki və intellektual potensial eyni dərəcədə həm qlobal problemlərin daha da dərinləşdirilməsinə, həm də onların aradan qaldırılmasına yönəldilə bilər. Burada ikinci prosesə əsas diqqət yetirmək lazımdır.

Fəlsəfə fənnindən ədəbiyyat siyahısı



  1. H.İmanov. Fəlsəfə. Bakı: 2005.

  2. H.İmanov. Fəlsəfənin əsasları. Bakı: 2007 (2010).

  3. A.Şükürov. Fəlsəfə. Bakı: 2008.

  4. Y.Rüstəmov. Fəlsəfə. Bakı: 2008.

  5. R.Mehdiyev. Fəlsəfə. Bakı: 2010.

  6. Z.Hacıyev. Fəlsəfə. Bakı: 2010 (2012).

  7. M.Zeynalov. Fəlsəfə tarixi. Bakı: 2000.

  8. Q.Abbasova, Z.Hacıyev. Sosial fəlsəfə. Bakı: 2001.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin