Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə15/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   11   12   13   14   15   16   17   18   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

4.İdarəetmənin metodları.
İdarəetmə metodu kollektivin fəaliyyətini maksimum səmərəli təşkil etmək,bu işə onun bütün üzvlərini yaradıcı və aktiv surətdə cəlb etməklə,nəzərdə tutulan fəaliyyət proqramından kənarlaşmanı aradan qaldırmağı təmin edir.
İdarəetmənin üç metodu vardır.Bunlar normativ-sərəncam,sosial-psixoloji və iqtisadi metodlardır.Müəyyən idarəetmə məqsədlərinə nail olmaq üçün təsərrü- fatın məqsədəuyğun aparılmasını təmin edən və iqtisadi qanunlara əsaslanan metodlara idarəetmədin iqtisadi metodu deyilir.Bu metodun köməyi ilə planlaş- dırma,təsərrüfat hesabı,əmək haqqı,qiymət,kredit,mənfəət,maddi həvəsləndirmə və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir.İdarəetmənin iqtisadi metodları iqtisadi müddəaların təcrübədə istifadə edilməsi mexanizmidir.Bu mexanizmin əsas vəzifəsi iqtisadi mənafe birliyini və iqtisadi yaradılmasını təmin etməkdən ibarətdir.
İstehsalın idarə edilməsində hakimiyyətçilik xarakterli təsir etmək subyektin idarəetmə obyektinə birbaşa təsir göstərən normativ-sərəncam metodları vasitəsi ilə həyata keçirilir.Burada idarəetmə qərarlarının yerinə yetirilməsi inzi- bati,maddi və başqa formada məsuliyyətə cəlb olunma və ya idarəetmə intizamı- nın pozulması kimi qiymətləndirilir və bunun üçün müvafiq cəza tədbirləri tətbiq edilir.
Normativ-sərəncam metodu iki təsir metoduna ayrılır:

  1. təşkilati-təsir metodu;

  2. sərəncam təsiri metodu.

Təşkilati-təsir metodu inzibati aktların (qərar,əmr,qayda,təlimat,əsasnamə və.s) köməyi ilə istehsal sahələrinin təşkili sistemi,onların idarəetmə orqanları, əməyin təşkili formaları yaradılır və təkmilləşdirilir.Burada təsir vasitələri hüqu- qi cəhətlər və məsuliyyət formaları,təşkilati-tədbir obyektlərinə çevrilir.
Sərəncam təsiri metodu inzibati,təşkilati,aktların düzgün həyata keçirilməsi və idarə edilməsi,bütün bölmələrin normal işləməsini,sərəncam komandalarının çevikliyini və operativliyini təmin edir.
İstehsalın idarə edilməsinin üçüncü metodu sosial-psixoloji metoddur.Bu metodun növləri aşağıdakılardır:

  1. ictimai-siyasi metod;

  2. siyasi-tərbiyəvi metod;

  3. ideya-tərbiyəvi metod.

Göstərilən metodlar işçilərin əmək bə yaradıcılıq fəallığını inkişaf etdirir,on- larda yeni insani,əxlaqi keyfiyyətlər yaratmağa,sosial fəallığın yüksəldilmə- sinə,əmək kollektivlərinin möhkəmləndirilməsinə şərait yaradır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin