Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 4. FİRMADA ƏMƏK RESURSLARI, ƏMƏK MƏHSULDARLIĞI VƏ ƏMƏYİN ÖDƏNİLMƏSİ



Yüklə 0,77 Mb.
səhifə16/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   12   13   14   15   16   17   18   19   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 4. FİRMADA ƏMƏK RESURSLARI, ƏMƏK MƏHSULDARLIĞI VƏ ƏMƏYİN ÖDƏNİLMƏSİ



    1. Firmanın əmək resursları, onun tərkibi və quruluşu

    2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri

    3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları

    4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri

    5. Əməyin ödənilməsinin prinsipial qaydaları

    6. Firmada əməyin ödənilməsinin forma və sistemləri

    7. Əməyin ödənilməsinin tarifsiz sistemləri

4.1. Firmanın əmək resursları, onun tərkibi və quruluşu

Firmanın səmərəli fəaliyyəti onun kadrlarından, orada çalışan işçilərin peşəkarlıq və ixtisas səviyyələrindən bilavasitə asılı olur. Onlar əmək vasitələri və predmetlərini təkmilləşdirir və texniki tərəqqinin fasiləsizilyində, müvafiq elmi-tədqiqat və layihə təşkilatları ilə yanaşı çox mühüm rola malik olurlar. Elmi-texniki tərəqqi istehsalın nəinki maddi ünsürlərində keyfiyyət dəyişiklikləri aparır, həm də kadrların özlərini də intellektual səviyyə baxımından təkmilləşdirir. Texnika nə qədər mükəmməl olsa da, ondan istifadə edən heyətin səriştəsizliyi həmin texnikanın potensial imkanlarını tam reallaşdırmağa mane olur.


Firmanın kadrları (əmək resursları) orada məşğul olan müxtəlif peşə-ixtisas qrupları işçilərinin məcmudur. O, Firmanın başlıca resursudur. Onun keyfiyyəti və səmərəli istifadəsindən fəaliyyətin nəticələri və rəqabət qabiliyyəti çox asılıdır.
Əmək resursları digər resurslardan fərqlənir: 1) hər bir muzdlu tutulmuş işçi ona təklif olunan şəraitdən imtina və əməyin şəraitinin dəyişdirilməsini tələb edə bilər; 2) digər ixtisas və peşələrə yiyələnə bilər; 3) nəhayət, Firmadan öz xahişi ilə işdən çıxa bilər.
Firmanın kadrları funksional tərkibinə görə təsnifləşdirilə bilər.
Firmanın kadrları, ilk əvvəl, istehsal heyəti və qeyri-istehsal heyəti kimi qruplaşdırılır.
İstehsal heyəti icra etdikləri funksiyaların xarakterinə görə fəhlələr, mühəndis-texniki işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər və mühafizə işçiləri kateqoriyalarına bölünürlər.
İstehsal heyətinin əsas tərkib hissəsi olan fəhlələr qrupuna bilavasitə məhsul yaradılmasında iştirak edən və habelə istehsal prosesinin normal gedişatını təmin edən işçilər aid olunurlar.
İstehsal heyəti işçiləri iki əsas qrupa: fəhlə və qulluqçulara bölünür. Bilavasitə istehsal prosesində iştirak edən işçilər fəhlələrdir. Fəhlələr əsas və köməkçi fəhlələrə bölünürlər.
Qulluqçular qrupunda, adətən, rəhbərlər, mütəxəssislər və qulluqçular qrupu fərqləndirilir.
Firmanın işçilərinin bu və ya digər qrupa aid edilməsi fəhlələrin ixtisas, qulluqçuların isə vəzifə və tarif dərəcələri ilə əks olunmuş təsnifat-məlumat kitabları əsasında təyin olunur.
Firmada işçilərin miqdarı siyahı, işəçıxma və orta siyahı sayı ilə xarakterizə olunur:
İşçilərin siyahı sayı müəyyən təqvim gününə (həmin gün işə qəbul edilən və işdən çıxan nəzərə alınmaqla) siyahıda olanların sayıdır.
İşçilərin siyahı sayından işə gəlmiş işçilər işəçıxma sayını təşkil edir.
Siyahı və işəçıxma sayı arasındakı fərq tam–gün boşdayanmalarını, yəni məzuniyyət, xəstəlik, ezamiyyət və s. əlaqədar boşdayanmaları xarakterizə edir.
Müəyyən dövrə işçilərin sayının təyin edilməsində işçilərin orta siyahı sayı göstəricisindən istifadə olunur.
Ay ərzində işçilərin orta siyahı sayı bayram və bazar günləri daxil olmaqla, ayın hər bir təqvim günündə siyahı üzrə işçilərin sayını toplayıb, aydakı günlərin sayına bölməklə təyin olunur.
Rüb (il) ərzində işçilərin orta siyahı sayı bütün aylar üzrə orta siyahı sayı toplanaraq, 3 (12) bölünməklə təyin olunur.
Firma kadrlarının quruluşu ayrı-ayrı işçi kateqoriyaların onların ümumi sayında faizlə xüsusi çəkisidir.
Kadrların strukturu hər bir bölmə üzrə təyin və təhlil edilir. Eləcə də kadrların strukturuna müxtəlif əlamətlər (yaş, normanın yerinə yetirilməsi dərəcəsi və s.) üzrə də baxıla bilər.
Firmada kadrların strukturuna bir sıra amillər təsir edir: istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi, istehsal tipi, Firmanın ölçüləri, təsərrüfatçılığın təşkilati-hüquqi forması, buraxılan məhsulun mürəkkəbliyi və elmtutumluluğu, Firmanın sahə mənsubiyyəti və s.
Firmada kadr siyasəti sənaye-istehsal heyətinin bütün kateqoriyalarının optimal əlaqələndirilməsinə yönəldilməlidir.
Say tərkibinə və ixtisas səviyyəsinə görə əmək kollektivi sabit kəmiyyət deyildir. O, həmişə dəyişilir: işçilərin bir qismi işdən çıxır, digər qismi isə qəbul edilir. Bu qəbildən olan dəyişikliklər kadr axıcılığı ilə xarakterizə olunur.
Firmada kadrların vəziyyəti aşağıdakı əmsalların köməyi ilə müəyyən oluna bilər:

  1. Kadrların işdən çıxma əmsalı (Ki). Bu əmsal müəyyən dövr ərzində bütün səbəblərə görə işdən azad olunanların sayının (Ri) həmin dövr üçün işçilərin orta siyahı sayına (R) nisbəti kimi hesablanır:



Ki = Ki / R  100 (%)



  1. Kadrların qəbul edilməsi əmsalı (Kq). Bu əmsal müəyyən dövr ərzində işə qəbul edilən işçilərin sayının (Rq) həmin dövrdə bütün işçilərin orta siyahı sayına (R) nisbəti kimi hesablanır:



Kq = (Rq / R)  100



  1. Kadrların sabitliyi əmsalı (Ks). Bu əmsaldan bütünlüklə Firmanın, eləcə də onun ayrı-ayrı bölmələrinin idarə edilməsi səviyyəsini qiymətləndirmək üçün istifadə oluna bilər. əmsal aşağıdakı düsturla hesablanır:



Ks = 1 – R / R + Rq

burada R – hesabat dövründə öz xahişi ilə və əmək intizamını pozduğuna görə Firmadan işdən çıxarılanların sayı, nəfər; Rq – hesabat dövründə işə yeni qəbul olunan işçilərin sayı, nəfər; R – hesabat dövründə əvvəlki dövrdə Firmadakı işçilərin orta siyahı sayıdır (nəfər).



  1. Kadrların axını əmsalı (Ka). Bu əmsalı hesablamaq üçün müəyyən dövr ərzində işdən getmiş (ölənlər, təqaüdə çıxarılanlar) və s.) işçilərin sayını (R) həmin dövrdə Firmanın işçilərinin orta siyahı sayına (R) bölmək lazımdır:



Ka = (R / R)  100

Firmada kadr axınının qarşısını almaq üçün geniş miqyaslı təşkilati, iqtisadi və sosial tədbirləri həyata keçirmək lazımdır.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin