Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada məhsulun maya dəyərinin idarə edilməsi



Yüklə 0,77 Mb.
səhifə64/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   60   61   62   63   64   65   66   67   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Firmada məhsulun maya dəyərinin idarə edilməsi

Firmada məhsulun maya dəyərinin idarə edilməsi prosesi kompleks xarakter daşıyır və buraya proqnozlaşdırma və planlaşdırma, xərclərin normalaşdırılması, məhsulun maya dəyərinin kalkulyasiyası, təhlil, nəzarət və tənzimləmə aiddir, bu prosesdə əmtəəlik (ümumi, reallaşdırılan) məhsulun və ayrı-ayrı məhsul növlərinin maya dəyərinin formalaşdırılması, hər bir məhsul növünə qiymətin müəyyən edilməsi və məhsul vahidinin rentabelliyinin müəyyənləşdirilməsi, maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi və onlardan istifadə olunması, faktiki xərclərin plandan kənarlaşmalarına nəzarətin həyata keçirilməsi məsələləri həll olunur. buna görə də xərclərin idarə olunmasından məqsəd resurslardan maksimum səmərəli istifadənin təmin edilməsidir.


Maya dəyərinin idarə edilməsində vacib cəhətlərdən biri faktiki xərclərin normativlərlə və ya plan göstəriciləri ilə müqayisəsidir. Müqayisə həm bütövlükdə, həm də ayrı-ayrı xərc maddələri üzrə aparılır, kənarlaşmalar müəyyən edilir və bunu doğuran səbəblər hərtərəfli təhlil edilir. Təhlilin əsas məqsədi kənarlaşmanın yaranmasına səbəb olan bütün amilləri aşkar etmək və bunları təfsilatı ilə qiymətləndirmək, cavabdeh olan şəxslərin məsuliyyətini müəyyən etməkdir. Kənarlaşmaların vaxtında aşkar edilməsi və təhlili arzuolunmaz meyllərin aradan qaldırılması və onların təkrarlanmasına yol verməmək üçün zəruri tədbirlərin qəbul edilməsinə imkan yaradır.
Firmada xərclərin idarə edilməsində istehsalın zərərsizlik nöqtəsinin müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Zərərsizlik nöqtəsinin müəyyən olunmasından məqsəd istehsalın həcminin dəyişməsi ilə maliyyə nəticələri arasındakı əlaqəni müəyyən etməkdir.
İstehsal həcminin artırılması şəraitində məhsul vahidinə düşən daimi xərclər azalır. Hətta, məhsul vahidinə düşən dəyişən xərclərin dəyişməz səviyyəsində belə, daimi xərclər məhsul vahidinin tam maya dəyərinin aşağı salınmasının əsas amillərindən biri olur. Daimi xərclər, dəyişən xərclər və ümumi xərclər arasında qarşılıqlı əlaqə aşağıdakı şəkildə verilmişdir.

Şək. 12.1. Daimi, dəyişən və ümumi xərclərin qarşılıqlı əlaqəsi


Məhsulun maya dəyəri ilə daimi (şərti-sabit) və dəyişən xərclər arasındakı əlaqənin modelini quraq.


Fərz edək ki, Z – məhsul vahidinin tam maya dəyəri, VCm – məhsul vahidinə düşən dəyişən xərclər, FC – bütövlükdə firma üzrə daimi xərclərin ümumi məbləği və Q – məhsulun ümumi həcmidir. Onda aydındır ki, yuxarıda qeyd olunan asılılıq aşağıdakı kimi ifadə olunur:


Z = VCm + FC : Q

Məhsul istehsalı və satışının operativ idarə edilməsinə dair qərarların qəbul edilməsi, istehsal xərcləri üzrə norma və normativlərə riayət olunması və mənfəətin artırılmasının əsas amili kimi xərclərin aşağı salınmasını təmin etmək məqsədi ilə istehsal xərclərinin faktiki səviyyəsini xərclər smetası ilə və həmçinin məhsul vahidinin maya dəyərini plan maya dəyəri ilə mütəmadi müqayisə etmək zəruridir.


Firmada xərclərin idarə edilməsində zərərsizlik həddinin müəyyən edilməsi mühüm rol oynayır. Bu hədd firmaya bazarda məhsulun qiyməti ilə manevr etmək imkanını səciyyələndirir. İstehsal həcminin kritik həddi olan zərərsizlik həddi məhsul satışından mədaxilin məhsulun maya dəyərinə bərabər olduğu istehsalın həcmini göstərir. Zərərsizliyin təhlilinin əsas vəzifələri aşağıdakılardır:

  • Zərərsizlik həddinin tapılması;

  • Planlaşdırılmış mənfəəti əldə etmək üçün məhsulun satış həcminin müəyyən olunması;

  • Planlaşdırılan səviyyədə mənfəəti və tələbi təmin etməyə imkan verən bir məhsulun qiymətinin müəyyən edilməsi;

  • ən səmərəli istehsal texnologiyasının seçilməsi;

  • optimal istehsal planının qəbulu.

Göründüyü kimi, zərərsizlik həddinin təhlili bazar münasibətləri şəraitində tələbin təhlilinin metodlarından biridir.
Zərərsizlik həddi (Qzh) aşağıdakı kimi müəyyən olunur:


Qzh = FC : P – VC

burada P – məhsul vahidinin qiymətdir.


Zərərli və mənfəətli zonaların, xərclərin ümumi məbləği və istehsalın həcmi ilə əlaqəsi və zərərsizlik nöqtəsinin müəyyən edilməsi şəkil 12.2-də verilmişdir.


Şək. 12.2. Xərclər və gəlirlərin istehsalın həcmi ilə əlaqəsi


Beləliklə, zərərsizlik həddinin təhlili həm zəruri olan qiymət səviyyəsini müəyyən etməyə və həm də optimal istehsal planını tərtib etməyə imkan verir.


əmtəəlik məhsulun 1 manatına düşən xərclər məhsulun maya dəyərinin ümumiləşdirici göstəricisidir və onun mənfəətlə bilavasitə əlaqəsini əks etdirir. Həmin göstərici əmtəəlik məhsulun maya dəyərinin onun topdansatış qiyməti ilə dəyərinə nisbəti kimi hesablanır. Əmtəəlik məhsulun 1 manatına düşən xərclərin dəyişməsi bilavasitə 4 amilin təsiri altında baş verir:

  • buraxılan məhsulun quruluşunun dəyişməsi;

  • ayrı-ayrı məmulatların istehsalına çəkilən xərclərin səviyyəsinin dəyişməsi;

  • istehlak olunan material resurslarının qiymət və tariflərinin dəyişməsi;

  • məhsulun topdansatış qiyməti qiymətinin dəyişməsi.

Qeyd etmək lazımdır ki, xarici ölkələrin firmalarında (firmalarında) məsrəflərin quruluşu dedikdə daimi və dəyişən xərclərin ümumi məsrəflərdə payı nəzərdə tutulur.
Bu firmalarda məhsulun maya dəyərinin dəyişən xərclərin planlaşdırılması və uçotunda «direkt-kostinq metodu» geniş istifadə olunur. bu metodda əsas maliyyə göstəricisi marjinal mənfəət və mənfəətdir.
Deməli, «direkt-kostinq metodu» istehsal həcmi və ona məsrəflər arasında əlaqələri və nisbətləri təyin etməyə, istehsal həcmindən asılı olaraq, istehsalın mənfəətliliyi və ya zərərliyi haqqında məlumat almağa, istehsal həcminin artması və ya azalması halında məhsulun maya dəyərinin davranışını proqnozlaşdırmağa imkan verir.
Cədvəl 12.1
«Direkt-kostinq» sistemində gəlirlər üzrə hesabat sxemi



G ö s t ə r i c i



Şərti
işarəsi

Ölçüsü
(pul vahidində)



1. Məhsul satışından mədaxil





Md

2000


2. Dəyişən mənfəətlər

VC

1000

3. Marjinal mənfəət

Mm = Md VC

1000

4. Daimi məsrəflər

FC

400

5. Mənfəət

M = Mm – FC

6000



Bu halda marjinal mənfəətin dəyişməsi daha rentabelli məmulatları aşkar etməyə və vaxtında buraxılan məhsul çeşidinə dəyişiklik etməyə şərait yaradır. Nəhayət, bu sistem mənfəətin həcminin dəyişən məsrəflər, satış qiyməti, buraxılan məhsulun strukturundan asılı olaraq dəyişməsi imkanlarını müəyyən etməyə imkan verir və bundan asılı olaraq maya dəyərinin idarə olunmasında lazımi kompleks tədbirlərin qəbul edilməsini mümkün edir.




    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin