Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə67/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   63   64   65   66   67   68   69   70   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

13.2. Firmanın maliyyə resursları

Firmada maliyyə münasibətlərinin həyata keçirilməsi maliyyə resurslarının olmasını nəzərdə tutur. Lakin firmanın fəaliyyətinin təbii şərti bütün resursların məhdudluğudur. O cümlədən maliyyə resursları və onlardan istifadədə məhdudiyyət mövcuddur. Məhz bu baxımdan maliyyə tələbatının ödənilməsi maliyyənin idarə edilməsində birinci dərəcəli vəzifə kimi nəzərdə tutulmalıdır. Firmanın maliyyə resurslarının idarə edilməsinin səmərəliliyindən onun maliyyə vəziyyəti, eləcə də onun sahibkarları və işçilərin rifahı asılıdır.


Maliyyə resursları gəlir formasında və kənardan daxil olan pul vəsaitlərinin məcmuu olub, maliyyə öhdəliklərini yerinə yetirmək və geniş təkrar istehsalın təmin edilməsi üçün xərclərin ödənilməsinə sərf olunur.
Maliyyə resurslarının formalaşdırılması müxtəlif mənbələrdən həyata keçirilir. Bu mənbələr daxili və xarici ola bilərlər. Daxili mənbələr xüsusi və ona bərabərləşdirilmiş vəsaitlər hesabına yaradılır və təsərrüfat fəaliyyətinin nəticələri ilə bağlıdır. Xarici mənbələr – firmaya kənardan resursların daxil olması ilə əlaqədardır. Maliyyə resurslarının tərkibi şəkil 13.1-də verilmişdir.
Firmanın maliyyə resursları yaranma mənbəyinə və mənşəyinə görə xüsusi və cəlb edilmiş (borc) vəsaitlərinə bölünürlər. Firmalar müxtəlif mülkiyyət və təşkilati-hüquqi formalarda olduqlarından, onların xüsusi vəsaitlərinin yaranma mənbələri də xeyli dərəcədə fərqlənir. Firmaların xüsusi vəsaitləri əsasən aşağıdakı mənbələrdən formalaşır:

  1. Mülkiyyətçi tərəfindən verilən kapital – onun əsas hissəsini təşkil edən nizamnamə fondu (səhmlərin satışından gələn vəsaitlər, mülkiyyətçi və təsisçilərin pay vəsaitləri);

  2. Hüquqi və fiziki şəxslərin sair vəsaitləri (məqsədli maliyyələşdirmə, ianələr, xeyriyyə vəsaitləri və s.);

  3. Firmanın yaratdığı ehtiyatlar (ehtiyat kapital və yığılmış mənfəət).

Cəlb edilmiş vəsaitlərin əsas mənbələri isə aşağıdakılardır:

    • Bank kreditləri;

    • Borc vəsaitləri;

    • İstiqrazların və başqa qiymətli kağızların satışından daxil olan vəsaitlər;

    • Kreditor borcları;

    • Hesablanması ilə köçürülməsi vaxtı arasındakı müddətdə əmələ gələn büdcəyə olan öhdəliklər;

    • firmanın əmək haqqı üzrə borc öhdəlikləri;

    • yaranma vaxtı ilə ödəmə vaxtı arasındakı fərq nəticəsində sosial sığortaya və sosial təminat orqanlarına borclar.

Şək. 163.1. Maliyyə resurslarının tərkibi


Hər bir firmanın fəaliyyətinin başlıca maliyyələşdirmə mənbəyi onun xüsusi vəsaitləri hesab olunur. Xüsusi vəsaitlərin ilkin mənbəyi isə firmanın nizamnamə kapitalıdır (yaxud fondudur). Nizamnamə kapitalı firmanın fəaliyyətinin təşkil və təmin etmək üçün mülkiyyətçilər (təsisçilər) tərəfindən verilən vəsaitlərin məbləğini əks etdirir. «Nizamnamə kapitalı» kateqoriyasının məzmunu isə firmalərin təşkilati-hüquqi formasından asılı olaraq dəyişir:

  • dövlət firması üçün – firmanın özünü maliyyələşdirmə şəraitində fəaliyyət göstərməsi üçün dövlətin ona ayırdığı əmlakın dəyər ifadəsi;

  • məhdud məsuliyyətli firma üçün – mülkiyyətçilərin paylarının məbləği;

  • səhmdar cəmiyyət üçün – birgə fəaliyyəti təşkil etmək üçün iştirakçılar tərəfindən verilən əmlakın dəyər qiyməti;

  • icarə firması üçün – firmanın təsərrüfat fəaliyyətini təşkil etmək üçün mülkiyyətçi tərəfindən firmaya ayrılmış əmlakın dəyər qiyməti.

Firma yaradılan zaman onun nizamnamə kapitalına (fonduna) qoyulan pul vəsaitləri maddi və qeyri-maddi aktivlər şəklində ola bilər. Aktivlər pay şəklində nizamnamə kapitalına (fonduna) verildikdə, onlar üzərində əmlak hüququ təsərrüfat subyektinə, yəni firmaya keçir, başqa sözlə, həmin payı verən investorlar bunlar üzərində əmlak hüquqlarını itirirlər. Firma ləğv edildikdə, yaxud iştirakçı ortaqlığın və ya cəmiyyətin tərkibindən çıxdıqda, o, firmanın qalıq əmlakının yalnız onun payına uyğun hissəsinə iddia edə bilər, əvvəl qoyduğu vəsaitləri həmin formada və tam şəkildə tələb edə bilməz. Nizamnamə kapitalı (fondu) hüquqi baxımından firmanın investorlar qarşısında öhdəlik (mülkiyyət) həddini əks etdirir.
Nizamnamə kapitalının (fondunun həcmi (yaxud məbləği) firma dövlət qeydiyyatına alınarkən elan olunur. onun həcminin artırılması (azaldılması) yalnız qanunvericiliklə müəyyən olunmuş və təsis sənədlərində (əsasən Nizamnamədə) göstərilmiş qaydalarda həyata keçirilir.
İstehsala investisiya edilmiş ilkin kapital istifadə olunduqca reallaşdırılan məhsulun qiymətində öz əksini tapan dəyər yaradır. Məhsul reallaşdırıldıqdan sonra o, pul formasını alır, firmanın hesablaşma hesabına daxil olur. Reallaşdırmadan mədaxil məhsul istehsalına çəkilmiş xərclərin ödənməsi və firmada pul fondlarının və maliyyə ehtiyatlarının yaradılması üçün mənbə olsa da, o, gəlir deyildir. Belə ki, mədaxil istifadə prosesində keyfiyyət baxımından müxtəlif olan tərkib hissələrinə bölünür. Mədaxilin istifadə istiqamətlərindən biri amortizasiya fondunun formalaşdırılmasıdır.
Firmanın maliyyə siyasətinin işlənməsinin strateji vəzifələri aşağıdakılar hesab olunur:

  • firmanın mənfəətinin (gəlirinin) maksimumlaşdırılması;

  • firmanın kapitalının (vəsaitlərinin) strukturunun optimallaşdırılması və onun maliyyə sabitliyinin təmin edilməsi;

  • mülkiyyətçilər (təsisçilər, payçılar), investorlar və kreditorlar üçün firmanın maliyyə-iqtisadi vəziyyətinin “şəffaflığına” nail olunması;

  • firmanın investisiya qoyuluşu üçün cazibədarlığının təmin edilməsi;

  • firmanın idarə edilməsinin səmərəli mexanizminin qurulması;

  • maliyyə vəsaitlərinin cəlb olunmasının bazar mexanizmlərindən istifadə edilməsi.

Firmanın maliyyə siyasətinin işlənib hazırlanmasının əsas istiqamətlərinə aşağıdakılar aiddir:

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin