Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə75/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   71   72   73   74   75   76   77   78   79
Firmanın İqtisadiyyatı mühazirə

14.5. Firmada qiymətqoyma metodları

Məhsula müəyyən edilmiş qiymət onun istehsalı və satışı ilə əlaqədar xərcləri geri qaytarmalı, ödəməli və müəyyən mənfəət normasını təmin etməlidir.


Firmada məhsula qiymətin qoyulmasının üç üsulundan istifadə olunur. Bunlara: a) məhsulun istehsalı və reallaşdırılmasına sərf olunan xərclərə əsaslanaraq qiymətin müəyyən olunması; b) tələbə (bazar imkanlarına) əsaslanaraq qiymətin müəyyən edilməsi; e) rəqib məhsulların qiymətini nəzərə alaraq qiymətin müəyyən edilməsi üsulları aiddirlər.
Firmada istehsal xərclərinə görə qoyulan qiymət onun minimum səviyyəsini, tələbə görə qoyulan qiymət onun maksimum səviyyəsini, rəqiblərin öz məhsullarına qoyduqları qiymətlərin və digər bazar amillərinin nəzərə alınması ilə müəyyən olunan qiymət isə qiymətin optimal səviyyəsini müəyyən edir.
Firmada xərclərə əsaslanaraq qiymətin əmələgəlməsinin əsasən aşağıdakı metodlarından istifadə edilir.
Firmada qiymətin müəyyən edilməsinin ən sadə metodu «orta xərclər üstəgəl mənfəət» metodudur ki, həmin metod məhsulun maya dəyərinin üzərinə mənfəətin əlavə edilməsi prinsipinə əsaslanır. Mənfəətin məbləği hər bir məhsul növü üçün standart, məhsulun növündən, məhsul vahidinin dəyərindən, satışın həcmindən və s. asılı olaraq fərqli də ola bilər.
Maya dəyərinə əlavə edilən mənfəətin məbləği iki üsulla – maya dəyərinə görə faizlə və satış qiymətinə görə faizlə – müəyyən olunur. məsələn, ticarət firması məhsulu 10000 manata alırsa və onun üzərinə 1000 manat məbləğində mənfəət əlavə etmək istəyirsə, onda edilmiş əlavə, ilkin qiymətə görə 10 faiz (1000:10000)  100 olacaqdır. Qeyd etmək lazımdır ki, firmalar arasında qiymətə görə ticarət əlaqəsinin müəyyən edilməsi daha geniş yayılmışdır. Çünki bu, firmanın satılan məhsulun qiymətinə nəzarət etməsinə və müxtəlif ticarət təşkilatlarının yerləşmə məkanından asılı olmayaraq qiymətlərin bərabər olmasına imkan verir.
İstehsalçı firma öz məhsuluna qiymət müəyyən edərkən hansı metoddan istifadə edəcəyinə onun özü qərar verir. Əlavənin məbləğinin standart olması, hər bir konkret şəraitdə istehlakçıların tələbi və rəqabətin xüsusiyyətlərini nəzərə almağa imkan vermir və nəticədə optimal qiymətin müəyyən olunması işi çətinləşir. Buna baxmayaraq maya dəyərinə mənfəətin əlavə edilməsinə əsaslanan metod bir sıra səbəblərdən geniş yayılmışdır.
Birincisi, satıcı tələbə nisbətən xərclər haqqında daha çox informasiyaya malik olur və bu səbəbdən də o, qiyməti xərclərə əsasən müəyyən edərkən özü üçün qiymətqoyma işini xeyli sadələşdirir. Bununla da satıcı tələbin dəyişməsindən asılı olaraq qiyməti tez-tez dəyişmək məcburiyyətində qalmır.
İkincisi, bu metod qiymət rəqabətini azaldır, çünki bütün firma və firmalar qiyməti eyni prinsip üzrə hesabladıqlarından onların qiyməti də bir-birinə yaxın olur.
Üçüncüsü, haqqında bəhs olunan metod həm satıcılara və həm də alıcılara münasibətdə ədalətli metod hesab edilir. Çünki istehsalçı tələbin yüksək səviyyəsində istehlakçıların hesabına əlavə gəlir əldə etməyə cəhd göstərmir və bütün dövrlərdə mənfəətin ədalətli normasına nail olmağa çalışır.
Xərclərə əsaslanan qiymətqoymanın digər metodu məqsədəuyğun mənfəətin əldə edilməsinə əsaslanır (zərərsizlik metodu). Bu metod məhsula qiymətin müəyyən edilməsində əsas məqsəd nəzərdə tutulmuş mənfəətin əldə olunmasıdır. Bu zaman müxtəlif qiymətlərdə alınan mənfəətin həcminin müqayisəsi əsasında firma öz məhsuluna planlaşdırılmış mənfəət normasını təmin edən qiyməti müəyyən edir.
Bu halda firma tərəfindən qiymət, mənfəətin arzu edilən həcmi nəzərə alınaraq müəyyən olunur. Lakin firma, qiymətin müxtəlif variantlarını təhlil etməli, bunların nəzərdə tutulmuş mənfəət və istehsalın zərərsizlik səviyyəsi üçün zəruri olan satış həcminə təsirinə öyrənməli, tələbin qiymətə görə elastiklik əmsalı qiymətləndirilməlidir.
Firmada tələbin və rəqiblərin qiymətlərinin nəzərə alınaraq məhsula qiymətin müəyyən olunması metodlarına aşağıdakılar aiddirlər.
Məhsulun «hiss edilən faydalılığı» əsasında qiymətin müəyyən olunması qiymətqoymanın ən optimal metodlarından biridir. Bu metoda əsaslanaraq qiymətin müəyyən olunması zamanı xərclərin nəzərə alınmasına nisbətən, məhsulun alıcını nə dərəcədə qane etməsi ön plana çıxır. İstehlakçının şüurunda reallaşdırılan məhsulun faydası haqqında fikir yaratmaq üçün qiymətə əsaslanmayan təsir üsullarından istifadə edilir. Bunlara satışdan qabaq, satış zamanı və satışdan sonra müxtəlif xidmətlərin göstərilməsi, alıcılara xüsusi təminatların verilməsi və s. aiddir.
Cari qiymətlər səviyyəsində qiymətin müəyyən olunması metodu həmcins məhsulların satış bazarlarında tətbiq edilir. Yüksək rəqabət səviyyəsi olan bazarda həmcins məhsullar satan firmanın qiymətə təsir etmək imkanları məhdud olur. Həmcins məhsullar (məsələn, polad, neft, alüminium və s.) bazarında məhsullara qiyməti bazarın özü müəyyən edir və belə halda firma mənfəətini və satış həcmini artırmaq üçün istehsal xərclərinə qənaət işində daha çox fəallıq göstərməli olur.
Oliqopolistik bazarda firmalar bir-birlərinin qiymətlərindən xəbərdar olduqlarından məhsullarını eyni qiymətə satmağa çalışırlar. Çünki yalnız bu yolla sahə çərçivəsində tarazlığı təmin etmək və normal mənfəət əldə etmək mümkün olur. Daha kiçik firmalar isə qiyməti tələbin dəyişməsindən və ya istehsal xərclərinin səviyyəsindən asılı olmayaraq bazardakı liderin qiymətinə uyğun müəyyən edirlər.
Qeyd edilən metodların hər birinin özünəməxsus xüsusiyyətləri, üstünlükləri və məhdudiyyətləri vardır ki, qiymətləri müəyyən edərkən bütün bunları nəzərə almaq lazım gəlir.
Beləliklə, firma istehsal etdiyi məhsula tələbi müəyyən edərək, təklif qiymətini hesablayaraq, həmçinin rəqiblərin qiymətini nəzərə alaraq öz məhsuluna son qiyməti müəyyən edir. Bu qiymətin aşağı həddini məhsulun maya dəyəri, yuxarı həddini məhsulun unikal xassələri, orta səviyyəsini isə firmanın rəqiblərinin və onun məhsulunun əvəzedicilərinin qiyməti müəyyən edir.
Firma, adətən, müxtəlif bazar şəraitindən asılı olaraq məhsulun qiymətləri sistemini hazırlayır. Bu qiymətlər sistemi məhsulun keyfiyyət xarakteristikasını, modifikasiyasını və çeşid fərqlərini, həmçinin çəkilən xərclərin səviyyəsini və coğrafi baxımdan tələbin səviyyəsindəki fərqləri, bazarın ayrı-ayrı seqmentlərində tələbin intensivliyini və s. kimi – məhsulun satışı ilə əlaqədar – xarici amilləri nəzərə alır. Qeyd olunan amilləri nəzərə alaraq qiymətlərin müəyyən olunması zamanı güzəşt və əlavələr sistemindən, qiymət diskriminasiyasından, təklif edilən məhsulun çeşidi üzrə qiymətin pilləli aşağı salınmasından və s. istifadə edirlər.
Qiymətqoymanın son mərhələsi son qiymətin təyinidir. Göstərilən metodlardan birini seçərək, firma alıcıların psixoloji qəbul etməsini nəzərə alaraq, qiyməti hesablayır. Qoyulan qiymət firmanın qiymət siyasətinə uyğun olmalı, eləcə də rəqiblərin reaksiyasını nəzərə almalıdır.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin