Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 14. FİRMADA QİYMƏTİN ƏMƏLƏ GƏLMƏSİ



Yüklə 0,77 Mb.
səhifə71/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   67   68   69   70   71   72   73   74   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 14. FİRMADA QİYMƏTİN ƏMƏLƏ GƏLMƏSİ

14.1 Bazar iqtisadiyyatında qiymətin əmələ gəlməsi


qanunauyğunluqları
14.2 Qiymətin funksiyaları və növləri
14.3 Firmanın qiymət siyasəti
14.4 Firmanın qiymət strategiyası
14.4 Firmada qiymətqoyma metodları
14.1 Bazar iqtisadiyyatında qiymətin əmələ gəlməsi
qanunauyğunluqları

İstehsal nəticələrinin (əmtəələrin) alqı-satqısı onun ictimai dəyərliliyini təsdiq edən faktdır. Bu dəyərlilik isə müəyyən pul vahidlərində ifadə olunan əmtəənin qiymətidir. əmtəənin ictimai dəyərliliyi bu və ya digər obyektiv və subyektiv səbəblərdən daim dəyişir, ona görə də əmtəənin qiyməti həmişə hərəkətdə olur. əmtəə qiymətlərinin daimi hərəkəti «bazar iqtisadiyyatını» təşkil edir. belə hərəkət bilavasitə tələb və təklifin qarşılıqlı əlaqəsi nəticəsində baş verir. Onların hər biri isə çoxlu sayda mürəkkəb proseslərin nəticəsidir. Ona görə də qiymətə təsir tələb və təklifə təsir edən amillərin tənzimlənməsi vasitəsi ilə həyata keçirilir.


Firmada istehsal olunmuş məhsula qiymətin müəyyən olunması istehsal-təsərrüfat fəaliyyətinin final mərhələsi olmaqla yanaşı, həm də onun bütün tərəflərini özündə birləşdirir. Məhsula qiymət müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınmalıdır:
a) məhsulun qiyməti mənfəət almaq üçün onun maya dəyərindən yüksək olmalıdır:
b) məhsulun qiymətinə alıcıların münasibəti aydın olmalıdır;
v) istehsalçı firma analoji məhsul istehsal edən rəqib firmaların bazardakı davranışlarını öyrənməlidir.
Göstərilən amillərin rolunu azaltmadan qeyd etməliyik ki, bazar münasibətləri sistemində məhsulun qiyməti tələb və təklifin qarşılıqlı təsiri nəticəsində formalaşır. Qiymətin miqyasına tələb və təklifdən əlavə istehsal və tədavül xərclərinin həcmi, İstehlakçılar arasındakı rəqabət, əsas məhsulun əvəzedicilərinin mövcudluğu, məhsulun keyfiyyəti, satışın mövsümiliyi, reklam, inflyasiya səviyyəsi və s. bu kimi amillər də təsir göstərir.
Qiymətin müxtəlif amillərin təsiri ilə formalaşması, yaranması və dəyişməsi qiymətin əmələgəlməsi prosesi adlanır.
Qiymətin əmələgəlməsinə bir-birindən fərqlənən bazar şəraitləri (xalis rəqabət, inhisar, inhisar rəqabətli, oliqopoliya) təsir göstərir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin