Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə73/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   69   70   71   72   73   74   75   76   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

14.3 Firmanın qiymət siyasəti

Firmanın təsərrüfat fəaliyyətinin iqtisadi mexanizminin müxtəlif vasitələri içərisində qiymət və qiymət əmələ gəlməsi mühüm yer tutur. Qiymət firmanın iqtisadi fəaliyyətinin bütün tərəflərini özündə əks etdirən yekun iqtisadi göstəricidir.


Firmanın qiymət siyasəti aşağıdakı tərkib hissələrə bölünə bilər:


Şək. 14.1. Firmanın qiymət siyasətinin tərkibi


Firmada qiymətin əmələgəlməsi bir neçə qarşılıqlı asılı və biri-digəri üçün şərt olan mərhələlərdən ibarət mürəkkəb bir prosesdir. Bu mərhələlərə firmanın qiymət əmələ gəlməsinin əsas vəzifələrinin müəyyən olunması, tələbin və xərclərin qiymətləndirilməsi, rəqiblərinin qiymət və əmtəələrinin təhlili, qiymətqoymanın metodlarının seçilməsi, qiymətin konkret səviyyəsinin müəyyən olunması aiddirlər.
Firmanın qiymət siyasəti özünün qarşısında duran məqsədlərə nail olmaq üçün bazarda onun (firmanın) davranışı haqqında qərarların qəbulu mexanizmidir.
Firma öz inkişafının məqsəd və vəzifələrini, təşkilati strukturunu və idarəetmə metodlarını, istehsal xərclərinin səviyyəsini və digər daxili amilləri, həmçinin sahibkarlıq mühitinin vəziyyətini və inkişafını, yəni xarici amilləri nəzərə alaraq qiymət siyasətinin sxemini müstəqil şəkildə müəyyən edir.
Firmanın qiymət siyasətinin hazırlanması mərhələləri və reallaşdırılması ardıcıllığı aşağıdakı sxemdə göstərilmişdir (Şək. 14.2).

Şək. 14.2. Firmanın qiymət siyasətinin hazırlanması və


reallaşdırılması mərhələləri
Firma özünün qiymət siyasətini hazırlayarkən, ilk növbədə, konkret məhsulun reallaşdırılması ilə hansı məqsədlərə nail olmasını müəyyən etməlidir. Çünki, heç də həmişə mənfəətin maksimumlaşdırılması firmanın əsas məqsədi olmur. Bu hal firmanın öz fəaliyyəti zamanı xarici mühitin təsiri nəticəsində yaranır. Məsələn, bazarda rəqabətin artdığı bir şəraitdə – xarici mühitin diktəsi ilə – firma qiyməti aşağı salmaqla özünün mənfəətini azaltmış olur. Digər tərəfdən, mənigər tərəfdən, mənfəətin maksimumlaşdırılması kimi daha böyük məqsədin bir vəzifəsinə çevrilir. Bu məqsədə nail olmaq üçün isə firma gələcək inkişafı təmin etmək məqsədi ilə mənfəəti azaltmaq zərurəti ilə rastlaşa bilər. Beləliklə, özünün qiymət siyasətinin köməyi ilə firmanın nail olmaq istədiyi məqsədlərə aşağıdakıları aid etmək olar:

  1. Bazarda firmanın stabil mövqeyinin saxlanması məqsədi. Bu, kəskin rəqabət şəraitində öz fəaliyyətini həyata keçirən firmaların əsas məqsədləridir. Bazarın saxlanması məqsədi firmanın bazarda mövcud vəziyyətinin və ya öz fəaliyyəti üçün əlverişli şəraitin saxlanılmasını nəzərdə tutur. Bu halda rəqabət mübarizəsinin kəskinləşməsinin mənfi nəticələrini aradan qaldırmaq və satışın azalmasının qarşısını almaq üçün firma tərəfindən müxtəlif tədbirlərin işlənib hazırlanması tələb olunur. Belə halda firma bazarda qiymətin dinamikasını, bazara yeni məhsulların daxil olmasını, rəqiblərinin davranışını öyrənməli və təhlil etməli, öz məhsuluna müəyyən etdiyi qiymətlərin bazar qiymətlərindən kəskin kənarlaşmasının qarşısını almalı, istehsal və satış xərclərinin azaldılmasına çalışmalıdır.

  2. Firmanın bazarda öz satış payını artırması məqsədi. Firma bazarda yüksək paya malik olmaqla həm istehsal xərclərini aşağı salmağa, həm də uzun zaman kəsiyində mənfəət əldə etməyə nail olur. Firma, tələbin qiymətə görə elastik olduğu şəraitdə, məhsul vahidindən gəlirin bir qədər azaldılması yolu ilə satışın həcmini artırmaq hesabına mənfəətin ümumi məbləğini yüksəltməyi öz qarşısına məqsəd kimi qoyur. Firma bu halda belə hesab edir ki, reallaşdırma həcminin artırılması istehsal və satış xərclərini nisbətən azaltmağa imkan verir.

Bu məqsədlə firma satışın genişləndirilməsi və bazarda daha da böyük payı əldə etmək üçün qiymətləri aşağı salır.
Firma bu məqsədi aşağıdakı hallarda seçir:

    • İstehlakçıların tələbi qiymətə görə elastikdir;

    • Məhsul vahidinin qiymətini azaltmaqla satışın həcmini yüksəltmək və bununla da ümumi mənfəəti artırmaq mümkündür;

    • Satış həcminin artırılması məhsul vahidinə düşən istehsal və satış xərclərinin nisbətən azalmasına səbəb olur;

    • qiymətlərin aşağı salınması firmanın bazardakı payına rəqibləri tərəfindən olan təhlükəni aradan qaldırır;

    • kütləvi istehlak bazarı mövcuddur.

  1. Firmanın likvidliyinin (ödəmə qabiliyyətinin) təmin olunması məqsədi. Bu, satış şərtlərinin müəyyən olunması ilə bağlıdır. Əgər firma etibarlı sifarişçilərə malikdirsə və hesablamalarla bağlı problemlər yaranmırsa, onda bu ona stabil ödəmə qabiliyyətinin olmasını təmin edir.

  2. Mənfəətin maksimumlaşdırılması. Bu halda firma öz cari mənfəətini maksimumlaşdırmağa cəhd göstərir. O, təhlil vasitəsilə qiymətin müxtəlif səviyyələrinə uyğun tələbin və xərclərin qiymətləndirilməsini aparır və xərclərin maksimal ödəndiyi qiymət səviyyəsini seçir.

Aydındır ki, qeyd edilən məqsədlərə nail olmuş firma normal mənfəət əldə etmədən onun fəaliyyəti müvəffəqiyyətli hesab oluna bilməz. Digər tərəfdən, mənfəət əldə etmədən firma öz inkişafı ilə əlaqədar vəzifələri səmərəli yerinə yetirə və bazarda öz mövqeyini saxlaya bilməz.
Firmanın qiymət siyasətinin qeyd edilən uzunmüddətli məqsədləri ilə yanaşı qısamüddətli məqsədləri də olur. Bunlara da aşağıdakı aid edilir:

  • Bazar vəziyyətinin sabitləşdirilməsi;

  • Qiymət dəyişməsinin tələbə təsirinin azaldılması;

  • Potensial rəqabətin məhdudlaşdırılması;

  • Firmanın və ya məhsulun imicinin artırılması və s.

İstehsal edilən məhsula tələbin formalaşması qanunauyğunluqlarının tədqiqi firmanın qiymət siyasətinin hazırlanmasında vacib mərhələdir. Tələbin qanunauyğunluğu tələb və təklif əyriləri, həmçinin qiymətə görə elastiklik əmsalları ilə təhlil olunur.
Firma öz məhsuluna tələbin kəmiyyətini müəyyən edərkən, tələbin həcmini müxtəlif qiymətlərdə müəyyənləşdirməli və onun dəyişmə səbəblərini dəqiqləşdirməlidir. Tələbin həcminə məhsula tələbat, əvəzedicilərin və rəqiblərin olmaması, potensial alıcıların ödəmə qabiliyyəti, onların zövqləri və s. bu kimi amillər təsir göstərir. Bu zaman tələbin qiymət səviyyəsinə həssaslıq dərəcəsi – elastiklik əmsalı – müəyyən olunmalıdır. əgər tələbin qiymətə görə elastiklik səviyyəsi aşağıdırsa, onda firmanın öz məhsullarına qiymətlərini artırması məqsədəuyğun hesab edilir. əksinə, elastiklik səviyyəsi yüksək olan məhsullara isə qiyməti azaltmaq daha məqsədəuyğundur, çünki bu, firmanın öz məhsulunun satış həcmini və gəlirlərini artırmağa səbəb olur.
Tələbin qiymətə görə elastikliyini nəzərə almaqla hesablanmış qiymət firmanın öz məhsuluna müəyyən etdiyi qiymətin yuxarı həddidir.
Firmada əsaslandırılmış qiymət siyasətini həyata keçirmək üçün xərclərin səviyyəsini və strukturunu təhlil etmək, məhsul vahidinə düşən orta xərcləri qiymətləndirmək, onları plan göstəriciləri ilə və bazarda mövcud qiymətlərlə müqayisə etmək çox vacibdir. Əgər bazarda rəqabət aparan bir neçə firma mövcuddursa, onda xərcləri əsas rəqiblərin xərclərinə bərabərləşdirmək lazımdır. İstehsal xərcləri qiymətin aşağı həddini əmələ gətirməklə, firmanın qiymətin dəyişdirilməsi və rəqabət mübarizəsində onun imkanlarını müəyyən edir. İstehsalın iqtisadi cəhətdən səmərəli olması üçün qiymət istehsal xərclərini ödəməli və firma üçün məqbul olan mənfəət səviyyəsini təmin etməlidir.
Qiymətin tələblə müəyyən olunan yuxarı həddi ilə xərclərlə müəyyən olunan aşağı hədd arasındakı interval daxilində firma istehsal etdiyi məhsula qiymət müəyyən edir. Firmanın məhsula müəyyən etdiyi qiymət bazardakı analoji və ya oxşar məhsulların qiyməti və keyfiyyətinə uyğun gəlməlidir. Rəqiblərin məhsullarını, onların qiymət kataloqlarını öyrənərək, həmin firmaların bazardakı dəyişikliklərə reaksiyalarını qiymətləndirərək və nəhayət, istehlakçılar arasında sorğu apararaq firma bazarda öz mövqeyini düzgün müəyyən etməli və bunun əsasında məhsula qoyduğu qiymətləri dəqiqləşdirməlidir. əgər məhsulun keyfiyyət xüsusiyyətləri rəqib məhsulları üstələyirsə, onda onun qiyməti rəqiblərə nisbətən yüksək ola bilər, əks halda, əgər məhsulun istehsal xassələri rəqib məhsullarının uyğun göstəricilərindən geri qalırsa, qiymət aşağı olmalıdır. Əgər firma tərəfindən təklif edilən məhsul əsas rəqiblərin məhsulları ilə eynidirsə, onda onların qiymətləri də bir-birinə yaxın olur. Rəqiblərin əmtəələri və onların qiymətləri təhlil olunarkən həm firmanın öz məhsullarının qiymətlərində etdiyi dəyişikliklərə onların reaksiyası, həm də rəqiblərin qiymətlərlə etdiyi dəyişikliklərlə yanaşı həmin firmaların resursları və məqsədləri nəzərə alınmalıdır



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin