7.4 Gəlir vergisinin dərəcələri, gəlir vergisindən azadolmalar. Muzdlu işdən aylıq gəlirlər Neft-qaz sahəsi və dövlət sektoruna aid edilən vergi ödəyicilərində fiziki şəxslərin muzdlu işdən aylıq gəliri Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulur:
Cədvəl 1
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək
14 faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Misal. Dövlət müəssisəsində çalışan işçinin aylıq hesablanmış əməkhaqqısı (GROSS) 741.83 manatdır. İşçinin əmək haqqısından 01.01.2019 tarixindən tutulmalar aşağıdakı qaydada aparılacaqdır:
gəlir vergisi - (741.83 - 200) * 14% = 75.86 manat
məcburi dövlət sosial sığorta haqqı - 741.83 * 3% = 22.25 manat
İşçiyə ödəniləcək məbləğ olacaqdır: 741.83 - 75.86 - 22.25 - 3.71 = 640 manat
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Cədvəl 2