Mövzu Gəlir vergisinin hesablanması və ödənilməsi 1 Gəlir vergisi anlayışı və vergi ödəyiciləri


Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin malların təqdim edilməsindən əldə edilən gəlirlər



Yüklə 33,04 Kb.
səhifə11/16
tarix08.11.2022
ölçüsü33,04 Kb.
#68080
1   ...   8   9   10   11   12   13   14   15   16
Mövzu 7

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin malların təqdim edilməsindən əldə edilən gəlirlər
AR Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" AR Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.
Beləliklə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin aşağıda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur:

  • əlvan və qara metal qırıntıları;

  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar;

  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər.

Bu vergi ödəmə mənbəyində malları gəbul edən şəxslər tərəfindən tutulur.

Gəlir vergisindən azadolmalar


Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:

  1. rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşlarının rəsmi məşğulluğundan gəlir;

  2. Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir – əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;

    AR VM 13.2.7. Vergi ödəyicisinin ailə üzvləri

  3. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikası qanunları və AR Prezidentinın qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;


  4. Yüklə 33,04 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin