Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları Aşağıdakı fiziki şəxslərin ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi yuxarıdakı cədvəllərə uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir:
muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;(cədvəl 1 və cədvəl 2-də olan dərəcələrə uyğun olaraq)
dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)
vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar;(cədvəl 1-də olan dərəcələrə uyğun olaraq)
Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən vergi ödəyiciləri fiziki şəxslərin aylıq gəlirlərini hesablayaraq yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və növbəti ayın 20-dən gec olmayaraqdövlət büdcəsinə ödəməli, ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni isə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.
Fiziki şəxslərin əmək kitabçasının olduğu əsas iş yerində (Neft-qaz sahəsində və dövlət sektoruna aid edilən vergi ödəyicilərində) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2 500 manatadək olduqda ölkə üzrə 200 manat məbləğində olan hissəsi azaldılır.
Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən və vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar da yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli, həmin müddətədək də ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.