Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Qıcıqlandırıcı zəhərləyici maddələrə



Yüklə 438 Kb.
səhifə27/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   23   24   25   26   27   28   29   30   ...   54
Bölmə 4

Qıcıqlandırıcı zəhərləyici maddələrə difenilxlorarsin, adamsit, xlorasetofenon, qaz CS aiddir. Bu zəhərləyici maddələr yuxarı tənəffüs yollarının, gözlərin selikli qişalarını qıcıqlandırma xassəsinə malikdir. Bu bərk maddələr tüstü halında tətbiq olunur. Zəhərlənmiş insanlarda asqırma, burun boşluğunda, burunudlaqda yandırıcı ağrı, burundan selikli ifrazatların axması, göz yaşının və ağız suyunun axması, döş sümüyü arxasında ağrı, bəzən ürək bulanması və qusma müşahidə olunur.
Psixogen təsirli zəhərləyici maddələr (psixokimyəvi, psixomimetik zəhərləyici maddələr). Bu zəhərləyici maddələr insanların normal psixiki fəaliyyətini pozur. Psixogen təsirli zəhərləyici maddələrə qarmin, meskalin, LSD-25 və s. aiddir. Bu qrupdan zəhərləyici maddə kimi ən çox BZ tətbiq olunur. BZ kristal formasında olan maddədir, aerozol (tüstü) halında da tətbiq olunur. Psixogen təsirli zəhərləyici maddələr insanları qısa müddətə sıradan çıxarır.
BZ ilə zədələndikdə orientasiyanın pozulması, hərəki narahatçılıq, əhatə edən əşyaların forma və rənginin dəyişməsi, eşitmə və taktil qalyusinasiyaları, nizam-intizamsız nitq, sayaqlama, aqressiya müşahidə olunur. Zədələnmiş insana elə gəlir ki, bədənin dəyişilməsi və ayrı-ayrı hissələrin formasının dəyişilməsi müşahidə olunur. Göz bəbəklərin genişlənməsi, dəri səthlərin və selikli qişaların quruması baş verir.
Zədələnmə zonasından çıxarkən xəsarət alanlar yuxu halına düşür. Keçirilən psixozdan sonra xəsarət alanlar olan hadisələri çətinliklə və ya tamamilə xatırlamırlar.


Şüa zədələnmələri.
Şüa xəstəliyi kütləvi qırğın silahı növlərindən olan nüvə silahının partlayışı nəticəsində meydana çıxır.
Nüvə silahı dövrümüzün ən güclü silahı hesab olunur. Bu silah ilk dəfə 1945-ci il avqustun 6 və 9-da Amerika ordusu tərəfindən Yaponiya şəhərləri Xirosima və Naqasaki üzərində işlədilmişdir. Həmin şəhərlərdə 430 min əhalidən 203 mini zədələnmiş, 106 mini isə ölmüşdür. Bu dövrdən də nüvə silahının inkişafı və istehsalı başlamışdır.
Nüvə silahı partlayarkən 5 təsiredici amil meydana çıxır:
1. Zərbə dalğası
2. İşıq şüalanması
3. Nüfuzedici radiasiya
4. Elektromaqnit impulsları
5. Radioaktiv zəhərlənmə
Bu amillərin gücü və miqdarı nüvə bombalarının böyüklüyündən və partlayış məsafəsindən asılıdır.
Nüvə partlayışı havada, yeraltı, yerüstü, sualtı və su üstündə ola bilər.
Şüa xəstəliyi nüvə silahının nüfuzedici radiasiyası nəticəsində əmələ gəlir. Bu amil nüvə partlayışı zamanı əmələ gəlib ətrafa yayılan -şüalar 70-80%, neytronar isə 20-30% təşkil edir.
Nüfuzedici radiasiya qısa müddətli, yəni 8-12 saniyəlik təsir göstərir.
Nüfuzedici radiasiya canlı orqanizmin hüceyrələrini ionlaşdıraraq onun biolji qabiliyyətini pozur və bunun nəticəsində şüa xəstəliyini əmələ gətirir.
Nüfuzedici radiasiya bərk keçiricilik qabiliyyətinə malikdir. Onun təsirini azaltmaq üçün sıx və qalın materiallardan hazırlanmış sığınacaqlardan istifadə olunur.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin