Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Dəridə yara çıxaran zəhərləyici maddələrə



Yüklə 438 Kb.
səhifə26/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   22   23   24   25   26   27   28   29   ...   54
Bölmə 4

Dəridə yara çıxaran zəhərləyici maddələrə iprit, luizit və azotlu iprit aiddir. Onlar xarici görünüşlərinə görə yağlı mayelər kimidir. Texniki ipritin xardal və ya sarımsaq iyi vardır, saf iprit iysizdir, luizit ətirşah iylidir, azotlu iprit iysizdir.
Bu zəhərləyici maddələr hərtərəfli zəhərləyici təsirə malikdir. Onlar maye-damcı və buxaraoxşar vəziyyətdə dərini və gözü zədələyir; həzmetmə orqanlarına düşdükdə də oranı zədələyir və ümumi zəhərlənməyə səbəb olur.
Zəhərləyici maddələr dəri üzərinə düşdüyü zaman əvvəlcə dərinin qızarması baş verir, sonra isə (təxminən 1 gündən sonra) xırda suluqlar əmələ gəlir. Bu suluqlar böyüyərək birləşir və daha iri suluqlar əmələ gətirir. 2-3 gündən sonra bu suluqlar deşilərək xoraya çevrilir ki, bunun da müalicəsi çox uzun çəkir.
Bu zəhərləyici maddələr dəridən qana sorularaq ümumi zəhərlənməyə səbəb olur ki, bu da hərarətin yüksəlməsində, ümumi bir kefsizlikdə, sürətlə arıqlamada və ruh düşkünlüyündə özünü göstərir.
Ümumi zəhərlənmə dərinin, tənəffüs üzvlərinin və mədə-bağırsaq yolunun hər hansı bir yerinin zəhərlənməsi nəticəsində baş verir və zəhərləyici maddələrin dozasından asılı olaraq ölümlə də nəticələnə bilər.
Dəridə yara çıxaran zəhərləyici maddələrdən mühafizə olunmaq üçün əleyhqazdan və qoruyucu geyimdən istifadə olunur.
İlk yardım göstərmək üçün damcılar dərinin və paltarın üzərinə düşdüyü zaman bu yerləri dərhal fərdi kimya əleyhinə paket və ya dixloramin məhlulu ilə təmizləyirlər. Gözləri, ağız və burunu 2%-li çay sodası və ya xloraminin 0,1-0,2%-li suda məhlulu ilə yuyurlar.
Deqazasiya xlorlu əhəng, kalsium-hipoxlorit və başqa xlorlaşdırıcı və oksidləşdirici maddələrlə aparılır. Quru deqazasiyaedici maddələrlə (xlorlu əhənglə) deqazasiya zamanı bəzən reaksiya alışaraq sürətlə gedir. Buna görə də alışa bilən materialları və səthləri deqazasiyaedici maddələrin suda məhlulları ilə deqazasiya etmək daha məqsədəuyğundur.
Ümumizəhərləyici maddələrə sianid turşusu və xlorsian aiddir. Bunlar rəngsiz və acı badam iyi verən mayelərdir; sianid turşusu +260, xlorsian isə 150-də qaynayır. Bu zəhərləyici maddələrlə nəfəs aldıqda ağızda acı metal tamı, boğazın qıcıqlanması, baş gicəllənməsi, zəiflik və qorxu hiss edilir. Zəif zəhərlənmə zamanı bu hisslər tez keçib gedir, güclü zəhərlənmədə isə onlar get-gedə artır və çox ağır tənginəfəsliyə keçir. Sonra nəbzin zəifləməsi, göz bəbəyinin genişlənməsi, fikir çaşqınlığı, özündəngetmə, güclü qıcolma halı, iflic və ölüm müşahidə olunur.
Ümumzəhərləyici maddələri kimya kəşfiyyatı cihazı ilə aşkar etmək olar.
İlk yardım belə göstərilir: zəhərlənmiş adama əleyhqaz geyindirirlər və zəhər əleyhinə ampul (amilnitrit) olarsa, onu əzib əleyqazın altına qoyurlar. Zəhərlənmiş adam onunla nəfəs alır. Zəhərlənmənin ağır hallarında süni nəfəs verilir, zərər çəkmiş adamı isindirir və tibb məntəqəsinə göndərirlər.
Deqazasiya əsasən havaya vermə üsulu ilə aparılır.
Boğucu zəhərləyici maddələrə bu qrupun tipik nümayəndəsi olan fosgen aiddir. O, çürümüş ot iyi verən rəngsiz qazdır.
Fosgen yalnız tənəffüs üzvləri vasitəsilə təsir göstərir. Fozgenlə nəfəs aldıqda ağızda xoşagəlməz şirintəhər bir dad hiss edilir, öskürmə başlayır, ümumi zəiflik, baş gicəllənməsi hiss edilir. Fosgen ağciyər qovuqcuqlarının (alveol) və kapilyarlarının divarlarını zədələyir, nəticədə ağciyər şişir, bu isə çox vaxt ölümə səbəb olur.
Fosgen kimya kəşfiyyatı cihazı vasitəsilə aşkar oluna bilər.
Fosgendən mühafizə vasitəsi əleyhqazdır.
İlk yardım belə göstərilir: zədələnmiş adama əleyhqaz geyindirilir, onu zəhərlənmiş yerdən çıxarır və tez tibb məntəqəsinə aparırlar. Süni nəfəs vermək olmaz.
Deqazasiya havaya vermə üsulu ilə aparılır; bağlı yerləri ammonyak çiləməklə deqazasiya etmək mümkündür.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin