Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Müalicə. Xəstələrə vitaminlər, valeriana ilə brom preparatları, antidepressantlar təyin olunur. Maniakal-depressiv psixoz



Yüklə 438 Kb.
səhifə25/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   21   22   23   24   25   26   27   28   ...   54
Bölmə 4

Müalicə. Xəstələrə vitaminlər, valeriana ilə brom preparatları, antidepressantlar təyin olunur.
Maniakal-depressiv psixoz.
Səbəbləri məlum deyil.
Maniakal-depressiv psixozun depressiya fazasında xəstədə hal-əhval pozulur, həyata maraq itir, xəstə yeməkdən imtina edir və suiqəsd haqqında fikirlər östünlük təşkil edir. Maniakal-depressiv psixozun maniakal fazasında xəstədə şux (xoş) əhval-ruhiyə müşahidə olunur, xəstə özündən razı olur və öz imkanları düzgün qiymətləndirmir.
Müalicə. Belə xəstələrin müalicəsi psixiatriya xəstəxanalarında aparılır. Tutmaların xarakterindən asılı olaraq antidepressantlar təyin olunur, maniakal fazada isə aminazin, tizersin təyin olunur.
İntoksikasion psixozlar.
İntoksikasion psixozlar sənaye və ya qida zəhərləri ilə kəskin və ya xroniki zəhərlənmə nəticəsində baş verir. İntoksikasion psixozlar sənayə və ya qida zəhərləri, kimyəvi maddələrlə, narkotik və dərman maddələrlə kəskin və xroniki zəhərlənmə zamanı baş verir.
Kəskin intoksikasion psixozlar adətən kəskin zəhərlənmələr zamanı müşahidə olunur və huşun pozulması ilə xarakterizə olunur. Huşun pozulmasının dərinliyi toksik maddənin xarakterindən və orqanizmin xüsusiyyətindən asılıdır.
Keyləşmə, sopor, koma – bu hallar huşun pozulmasının ən çox təsadüf olunan formalarıdır.
Çox vaxt intoksikasion psixozlar özünü huşun qaranlıqlaşması və halyusinasiyalar halları ilə biruzə verir (atropin, benzil, lizergin turşusunun törəmələri ilə zəhərləndikdə).
Depressiya halında (ruh düşgünlüyü) antidepressantlar təyin olunur, maniakal psixozlarda neyroleptik preparatlar təyin olunur.
Qalyusinasiya hallarında da neyroleptik preparatların təyin olunması tələb olunur. Beynin kəskin və xroniki zədələnmələrində vitaminlər (xüsusilə B qrupu vitaminləri) təyin olunur.
Mövzu 5. Zəhərləyici maddələrlə zədələnmələr. Şüa zədələnmələri.
Əsas zəhərləyici maddələrin qısa xarakteristikası.
Sinir iflicedici zəhərləyici maddələrə çox güclü təsir güvvəsinə malik olan zarin, zoman və V-qazlar aiddir.
Xarici görünüşünə görə zarin və zoman rəngsiz və açıq sarı rəngli iysiz mayedir.
Bu zəhərləyici maddələrin buxarlarının azacıq konsentrasiyasının təsirindən göz bəbəkləri daralır, görmə qabiliyyəti zəifləyir, bəzən insan kor olur.
Bu zəhərləyici maddələr dəri örtüyü, tənəffüs üzvləri və ya həzm orqanları vasitəsilə bədən daxilinə keçərək əksər hallarda ölümlə nəticələnən zəhərlənməyə səbəb olur. Zəhərlənmənin əlamətləri: əvvəlcə ağızdan tüpürcək axması, bəbəklərin daralması (mioz), tənəffüsün ağırlaşması, ürək bulanması, qusma, qıcolma, iflic və ölümdən ibarətdir.
V-qazların damcı halında əsasən dəri örtükləri vasitəsi ilə, aerozol halında isə tənəffüs üzvləri yolu ilə zəhərləyir. Zəhərlənmənin əlamətləri zarində olduğu kimidir.
Sinir iflicedici zəhərləyici maddələri kimya kəşfiyyatı cihazları vasitəsilə aşkar etmək olar. Mühafizə üçün əleyhqaz və qoruyucu geyimdən itifadə olunur.
İlk yardım göstərilən zaman zəhərlənmiş adama əleyhqaz geyindirilir, şpris-tyubik vasitəsilə zəhər əleyhinə dərman (antidot) vurulur və ya atropin həbi verilir. Zəhərləyici maddələrin damcıları dərinin və ya paltarın üzərinə düşdüyü zaman bu yerləri darhal fərdi kimya əleyhinə paketdəki maye ilə və ya ammonyakın suda məhlulu ilə təmizləyirlər.
Zəhərlənmənin davamlılığı yay vaxtı 1 gün, qışda isə bir neçə gün olur.
Sinir iflicedici zəhərləyici maddələri ammonyakın suda məhlulu, qələvilər, söndürülmüş və xlorlu əhəng vasitəsi ilə deqazasiya edirlər.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin