Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış


Mövzu 7. Bədən hərarəti, nəbz, arterial təzyiq, tənəffüs. Onların təyini və qiymətləndirilməsi



Yüklə 438 Kb.
səhifə34/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
Bölmə 4

Mövzu 7. Bədən hərarəti, nəbz, arterial təzyiq, tənəffüs. Onların təyini və qiymətləndirilməsi.
Temperatur və onun ölçülməsi.
İnsan bədəninin temperaturunda fizioloji fərqlər mövcuddur. Qoltuq nahiyyəsində ölçülən orta bədən temperaturu 36,5-370C, uşaqlarda – 0,5-10C yüksək (37-37,50C), qocalarda isə bundan aşağı (35,5-36,50C) olur. Adətən, temperatur axşamlar səhərə nisbətən bir qədər yüksək olur.
Lakin fizioloji temperatur fərqi nədən asılı olursa-olsun normal halda 10C-dən çox olmur. Beləliklə, bədənin normal temperaturu anlayışı yalnız onun orta göstəricilərinin hüdudu ilə deyil, həmçinin sutkalıq temperatur fərqi ilə əlaqədardır.
Termometr. Bədənin temperaturunu ölçmək üçün maksimal tibbi termometrlərdən istifadə edirlər. O, kapilyar boru birləşdirilmiş şüşə rezervuardan ibarətdir. Kapilyar boru qalın və nazik divarlı olur. Nazik divarlı kapilyarı Selsə görə +340C-dən +420C-yə qədər onda bir dərəcələrə bölünmüş işarələri olan metal lövhəyə - şkalaya bərkidir və bütün qurğunu şüşə futlyara yerləşdirirlər. Qalın divarlı kapilyarın futlyara ehtiyacı yoxdur, şkala onun xarici səthində işarə edilir. Qalın divarlı kapilyarları olan çubuqşəkilli termometrlər daha möhkəmdir, lakin onda civənin yuxarı səviyyəsini görmək çətindir, buna görə son vaxtlar yalnız nazik divarlı kapilyarları olan termometrlər hazırlayırlar.
Rezervuarı və kapilyar borucuğun azca hissəsini civə ilə doldururlar. Kapilyar borucuqda civə, üzərindəki vakuumda civə buxarları olur. Civə qızdırıldıqda onun həcmi rezervuarın həcminə görə çox artır, nəticədə kapilyarda civə sütununun meniski qalxır. Qızdırılma dayandırıldıqdan sonra civə sərbəst olaraq rezervuara qayıda bilmir.
Temperaturu ölçmə texnikası. Temperaturu çox vaxt qoltuqaltı çuxurda, nadir hallarda qasıq büküşündə ölçürlər. Üzülmüş xəstələrdə və südəmər uşaqlarda temperaturu düz bağırsaqda, yaxud ağız boşluğunda ölçmək olar.
Temperatur ölçülən nahiyələrdə iltihab prosesi olmamalıdır, çünki burada temperatur yüksək ola bilər.
Temperaturu ölçməzdən əvvəl qoltuq nahiyəsini silib qurudurlar ki, buxarlanma nəticəsində termometr temperaturu olduğundan az göstərməsin. Dezinfeksiya edilmiş quru termometri silkələyir və civə sütununun şkaladan aşağı düşdüyünə əmin olduqdan sonra, aşağı ucunu qoltuq nahiyəsinə qoyurlar. Narahat xəstələrin və kiçik uşaqların qolunu tibb bacısı tutur. Temperatur ölçülən zaman xəstə oturmalı, yaxud uzanmalıdır.
Temperaturu ölçmə müddəti qoltuqaltı nahiyədə və qasıqda 10 dəqiqə, boşluqlarda isə 5 dəqiqədir.
Stasionarda səhər saat 7 ilə 9 arasında, axşam saat 5 ilə 7 arasında bütün xəstələrin temperaturu ölçülür. Bəzən temperaturu daha tez-tez ölçmək lazım gəlir: gündə 3-4 dəfə, yaxud hər 2 saatdan bir; çünki bütün xəstələrdə temperaturun qalxma dövrü adi ölçmə vaxtına uyğun gəlmir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin