MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ



Yüklə 18,48 Mb.
səhifə22/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

Bəzi araşdırmaçılar XIX əsrdə kriptoqrafiya sahəsinə görkəmli riyaziyyatçıların bu sahəyə dəvət edilməsini sual altına alırlar. Bəzi araşdırmaçılar isə bu sahəyə dövrünün sayılan alimlərinin dəvət edildiyini sübut edirlər. Məsələn, görkəmli alim Çarlz Bebbicin (Charles Babbage, 1791-1887) kriptoqrafiya elminə dəvət edilməsi bu sahənin daha da inkişaf etməsinə təkan verdi.

1883-cü ildə fransız müəllimi, riyaziyyatçı Oqyust Kerqoffs “Hərbi kriptoqrafiya” adlı sanballı elmi əsərini çap etdirir. Kitabda müqayisəli təhlil üsulu araşdırılırdı. Bununla yanaşı müəllif şifrələrə olan təlabatı təqdim etməklə yanaşı onlardan istifadə edilməsi üçün yeni avadanlıqların yaradılmasını da zəruri hesab edirdi. Kitabda müəllif tərəfindən alınmış nəticələr müasir kriptoqrafiya üçün də əhəmiyyətlidir.

1890-cı ildə fransız ordusunun zabiti Eten Bazeri (Etienne Bazeries, 1846-1931) kral Lüdoviq XIV -ün məktublarını şifrədən azad edir. Kral tərəfindən verilmiş əmrlərdən aydın olur ki, onun verdiyi əmrə əsasən fransız ordusunun zabiti maskalanmaqla həbsxanada düstaq kimi ömrünü başa vurmalıdır. Bunlarla yanaşı E.Bazeri “Rossinilin şifrələri”ni deşifrə edir, şifrələnmiş materialları ictimaiyətə çatdırır. Bazeri bu barədə XX əsrdə, 1901-ci ildə yazıdığı “Məxfi şifrələrin açıqlanması” adlı kitabında ətraflı məlumat verir (E.Bazeri kriptoqrafiya elminə şəxsi şifrələmə üsulları ilə daxil olmuş şəxsdır). Alim 1891-ci ildə məlumatları şifrələmək üçün yararlı olan, “Bazeri silindri” adlanan mexaniki qurğunu icad edir.



A.S.PUŞKİN VƏ A.S.QRİBOYEDOV


Napolion ordusu ilə gedən müharibə rusiyada kriptoqrafiyanın inkişafına səbəb oldu. Yeni yaradılan şifrələmə üsullarından hərbiçilər ilə yanaşı diplomatlar da istifadə etməyə başladırlar.

Rusiyanın Napolion ordusu üzərində tam qələbəsindən sonra fransa alimlərinin və kriptoqrafçılarının yeni-yeni nəaliyyətləri artıq Rusiya alimlərinə və kriptoqrafçılarına bəlli oldu. Hətta XIX əsrin birinci yarısında yaradılmış şifrələmə üsullarından rus zadəganları geniş istifadə edirdilər, bu bir növ dəbə minmişdi. Digər tərəfdən qeyd etmək lazımdır ki, rus aristokratları arasında istifadə edilən şifrələmə üsulları primitiv olmaqla yanaşı asanlıqla deşifrə olunurdu. Məsələn, yahudi həmkarları ilə nəktublaşan A.S.Puşkin və A.S.Qriboyedov sadə şifrələmə üsullarından istifadə edirdilər. Digər tərəfdən rus və dünya ədəbiyyatçılarının, yazıçılarının və şairlərinin şifrələmə üsullarına müraciət etməsi müxtəlif səbəblərlə bağlı olurdu.

Dahi şair Aleksandr Sergeyeviç Puşkin (1799-1837) dünya şöhrətli romanını (“Yevgeniy Onegin” romanı nəzərədə tutulur) yazarkən şifrələmə üsullarına müraciət etmişdir. Çox təəsüflə qeyd etmək olar ki, romanın neçə fəsildən ibarət olduğu indiyə kimi sirr olaraq qalır, amma onun 10 fəsli ədəbiyyat ilə bağlı orta məktəb dərsliklərində verimişdir. Digər tərəfdən romanın 10-cu fəslinin məhv edilməsi və ya ümumiyyətlə şair tərəfindən yazılması müəmmalıdır, sirrə “bürünmüşdür”.

Dahi şair 19 oktyabr 1830-cu ildə “Yevgeniy Onegin” romanının 10-cu fəsilini yandırır, özündə ancaq bir neçə vərəqə yazılmış beytlərdən ibarət şifrələnmiş sətirləri saxlayır.

XX əsrin şifrəçiləri 10-cu fəsildən qalmış fraqmenrləri şifrədən azad edə bilirlər. Demə, 10-cu fəsildə dekabristlər, onların rəhbərliyi ilə 25 dekabr 1825-ci ildə baş tutacaq üsyan, dekabristlərin siyahısı, yaratdıqları gizli təşkilat, onların fəal üzvlər və s. haqqında ətraflı məlumatlar varmış. Şairin fikiri belə imiş, Onegin dekabristlərin arasında olmalı, dövlət çevrilişində fəal iştirak etməlidir.

Nəzərə lamaq lazımdır ki, şair “Yevgeniy Onegin” əsəri üzərində işlədiyi zamanlarda, həm özü, həm ona yaxın olan dostları baş verəcək üsyanda iştirak etməli idilər. Odur ki, tam əminliklə demək olar ki, 10-cu fəslin şair tərəfindən məhv edilməsi zamanın tələbi olmuşdur. Bu baxımdan şair 10-cu fəsli şifrələnmiş şəkildə yazsa da, onun əksər vərəqlərini məhv etmişdi, çünki o ərəfədə belə yanaşma ilə yazılmış əsər onun özünün məhvinə səbəb ola bilərdi.

Digər istedadlı şair A.S.Qriboyedev (1795-1829) İranda diplomatık qulluqda olan zaman ölkəsi ilə apardığı yazışmalarda şifrələmə üsulundan istifadə etmişdir. A.S.Qriboyedevin məktublarını araşdıran tədqiqatçılar onun yazdığı məktubları trafaretdən istifadə etməklə şifrələdiyini müəyyənləşdirmişlər. Üsulun köməyilə əvvəlcə lazım olan sözlər trafaretdən istifadə olunmaqla kağıza köçürülür, sonra isə yerdə qalan boş sahələr əlifbanın digər hərfləri ilə doldurulurdu. Araşdırmaçılar qeyd edirlər ki, o dövrdə belə üsuldan istifadə etməklə məktubların və yazışmaların şifrələnməsi dövlət məmurları tərəfindən oxuna bilmir, məktublar sahiblərinə deşifrə edilməmiş şəkildə çatırdı. Digər tərəfdən məktubların yazılışı zamanı hərflər müəyyən qədər sürüşdürüldüyü üçün məktubu deşifrə edənin əlində trafaret olsaydı belə məktubu şifrədən azad etmək müşkül məsələyə çevrilirdi, hətta mümkün olmurdu.



İLK ŞİFRƏLƏYİCİ MEXANİZMLƏR


Dərs vəsaitində araşdırılan istənilən şifrələmə üsulu insan fəaliyyətinin intellektual məhsuludur. Amma istənilən şəxs öz təcrübəsində şifrələmə üsulunun yaradılmasının mürəkkəb olduğunu aydınlaşdırmaqla yanaşı şifrələnmiş informasiyanın şifrədən azad edilməsinin də cansıxıcı məşğuliyyət olduğunun şahidi olur. Təcrübə göstərir ki, bu işlərlə məşğul olmaq üçün xüsusi intellektual qabiliyyət olmalıdır. Odur ki, bu sahəyə aid ədəbiyyatlarda qeyd edilir ki, bu sahə ilə məşğul olan şəxslərin əksəriyyəti şifrələmə üsullarından istifadə etsələrdə, bu üsulların yaradıcısı olmamışlar. Onlar sadəcə olaraq başqaları tərəfindən yaradılmış şifrələmə üsullarından istifadə etmişlər.

Qeyd etmək lazımdır ki, şifrələmə və deşifrələmə əməliyyatları çoxlu sayda istifadəçilər üçün həddindən artıq çox zəhmət tələb edən prosesdir. Bu baxımdan kriptoqraflar bu sahə ilə məşğul olan və ya olmaq istəyən insanlar üçün öncə sadə mexaznizmlər və xüsusi maşınlar hazırlamağa çalışırdılar.

Haqq-ədalət naminə qeyd etmək lazımdır ki, ilk şifrələmə mexanizmi tanınmış yaradıcılar tərəfindən XX əsrdə yaradılırdı. Buna nümunə kimi italiyalı memar Leon Albertinin hazırladığı mexanizmi göstərmək olar. İstedadlı italiyalı memarın düzəltdiyi mexanizm iki fırlanan diskdən ibarət idi. Disklərin üzəri sektorlara ayrılmışdı və sektorların üzərinə isə əlifbanın hətrfləri ilə yanaşı rəqəmlərdə həkk olunmuşdu. Disklər bir ox üzərində olsalarda, müstəqil fırlana bilirdilər.

Əgər şifrələyici “A” hərfini şifrələmək istəyirsə, onda o, diski müəyyən bucaq qədər döndərməlidir (daha dəqiq, disk müəyyən mövqe fırlanmalıdır). Bu zaman “A” hərfinə “L” hərfi uyğun gələcəkdir və s.

L.Albertinin şifrələmə mexanizmi demək olar ki, Sezarın şifrələmə üsulunun mexanikləşdirilmiş halıdır.

XIX əsrdə yeni şifrələmə mexanizmləri ilə bərabər yeni-yeni şifrələmə maşınları da ixtira olunurdu. İlk hesablama maşını 1823-cü ildə ingilis alimi Ç.Bebbic tərəfindən ixtira olunur. Bunlarla yanaşı XIX əsrdə daha sadə işləmə mexanizmindən ibarət olan mexaniki şifrələmə maşınları da istehsal edilir. Belə qurğulardan birini 1817-ci ildə amerikalı Desius Vedsvord (02.01.1768 – 08.11.1821) ixtira edir. Vedsvordun şifrələmə mexanizmi iki diskdən ibarət idi. Onlar bir-biri ilə əlaqəni ötürücü mexanizm (fırlanma hərəkətini bir yerdən o biri yerə ötürən mexanizm) vasitəsilə yerinə yetirirdilər. Disklərin fırlanma istiqaməti təsadüfi xarakter daşıyırdı. Oxşar işləmə prinsipinə malik olan şifrələmə maşınını 1867-ci ildə ingilis alimi ser Çarlz Uitstoun (Charles Wheatctone) ixtira edir.

Qeyd etmək lazımdır ki, bir-birindən xəbərsiz iki kriptoanalitik müxtəlif ölkələrdə şifrələmə qurğusunu icad edir. Bunlardan biri fransız kriptoanalitiki Eten Bazeridir. O ixtira etdiyi qurğunu nümayiş də etdirir.

Nəzərə almaq lazımdır ki, təxminən 100 il əvvəl, amerikalı kriptoanalitik Tomas Cefferson (Thomas Jefferson, 1743-1826) uyğun qurğunu ixtira edir və nümayiş etdirir. T.Cefferson o ərəfədə Amerikanın Müstəqillik Deklarasiyasını yazır və sonralar Amerika Birləşmiş Ştatlarının ilk prezidenti seçilir. T.Cefferson tərəfindən ixtira olunmuş şifrələmə qurğusu Amerikada gedən Vətəndaş müharibəsində (1861-1865) məlumatların şifrələnməsi üçün istifadə edilmişdi.

Şifratorun əsas elementi onun vərdənəsidir (valıdır). Vərdənə 25 nömrələnmiş və bir-birindən asılı olmayan, öz oxu ətrafında fırlana bilən disklərdən və ya təkərciklərdən ibarətdir. Hər bir diskin tilinə əlifbanın hərfləri həkk edilmişdir. Hərflər təsadüfi, hər bir disk üçün isə fərdi şəkildə düzülmüşdür.

Məlumatı şifrələyən şifrələyici ilk növbədə bütün diskləri öncədən razılaşdırılmış ardıcıllıqla düzməlidir. Məsələn, öncə 12 nömrəli disk, sonra 7 nömrəli disk, ondan sonra 3 nömrəli disk və s. düzülməlidir. Sonra disklər elə fırladılır ki, şifratorun üzərində bir sırada açıq mətnin 25 hərfi oxunsun. Bununlada 25 hərf digər istənilən sırada açıq mətnin fraqmentinin şifrələnmiş formasına uyğun olur. Beləliklə, açıq mətnin yerdə qalan hissələri də bu şəkildə şifrələnir.

Şifrələnmiş açıq mətni şifrədən azad edən deşifrator diskləri öz maşınında öncədən razılaşdırılmış formada düzdükdən sonra kriptoqramın ilk 25 hərfini də razılaşdırılmış formada düzür, sonra isə alınmış məlumatı şifrədən azad etməyə başlayır.

Fırlanan disklərdən istifadə etməklə şifrələmə əməliyyatının həyata keçirilməsi şifrələmə sahəsinin inkişaf etməsinə böyük təkan verdi. Həyata keçirilən ixtiralar sonralar kriptoanalitiklərə imkan verdi ki, “Eniqma” maşınında yerinə yetirlmiş şifrələmə əməliyyatı nəticəsində alınmış məlumatları şifrədən azad edə bilsinlər.



KİTABLARIN VƏ RƏQƏMLƏRİN
SİRRİ


Sözsüz ki, müasir həyatımızı rəqəmlərsiz və ədədlərsiz təsəvvür etmək çox çətindir. Onların köməkliyilə biz müəyyən hesablamalar aparır, aparılmış hesabatları fikirimizdə, vərəqlərdə, kitablarda və saxlanc qurğularında saxlayırıq.

Bir çox hallarda istifadə etdiyimiz rəqəmləri hərflərlə əvəz edir, tələb olunduqda isə bizim üçün əlverişli olan şifrələmə üsullarının köməyilə şifrələyirik. Bu isə bizim üçün müəyyən problemlər yaradır: şifrələnmiş məlumatları şifrədən azad etmək. Bu baxımdan heç də təəcübli deyil ki, bizi maraqlandıran şifrələmə üsullarında əsasən rəqəmlərdən (və ya ədədərdən) istifadə etmək məcburiyyətində qalırıq. Şifrələnmiş məlumatlar ilk baxışda sadə görünsədə, onu araşdırdıqda böyük problemlə üzləşdiyimizi aydınlaşdırırıq. Mütəxəssislər şifrələmə zamanı istifadə olunan şifrələmə üsullarını əksər hallarda rəqəmlərlə (və ya ədədlərlə) şifrələmə üsulları adlandırırlar.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin