İstifadə olunan bütün rəqəmlərin və ya ədədlərin köməyilə yerinə yetirilən şifrələmə üsulu XIX əsrdə məşhur olsada belə indiyə kimi heç bir kriptoanalitik tərəfindən açıqlanmamışdır. Üsulun köməyilə şifrələnmiş məlumatda torpağa basdırılmış xəzinənin haqqında informasiya verilir.
1885-ci ildə, Amerikanın Virciniya ştatındakı Lindsburq şəhərinin mətbəələrinin birində kiçik bir broşür çap edilir. Broşürda 1819 və 1921 –ci illərdə Buford və Virciniya arasında yerləşən Bedford-kantri adlanan yerdə dəyərli xəzinənin basdırıldığı barədə “mötəbər informasiya” verilir.
Qiymətli xəzinənin tarixi çox təəcüb doğurur (əgər həqiqətən o mövcuddursa?). Kitabın müəllifinin yazdığına inanılarsa, o yazır ki, nəməlum Tomas Bel (Thomas Beale) adlı şəxs Lindcburq şəhərindəki mehmanxaların birində bir neçə ay qonaq qalır. 1822-ci ildə qonaq qəflətən yoxa çıxır. Getməzdən əvvəl o mehmanxana sahibinə - Robert Morrisə üzünə metal çəkilmiş dəmir sandıqı saxlamağı xahiş edir. Bir il sonra T.Bel qonaqpərvər mehmanxana sahibinə belə bir məktubla müraciət edir: sandığın dalınca heç kim gəlməyəcək, onu 10 il keçəndən sonra özün aça bilərsən. 10 ildən sonra mehmanxana sahibi sandığı açır və sandığın içində T.Belin yazdığı məktubu götürüb oxuyur. Məktubda öndə göstərilən ünvana böyük xəzinənin basdırıldığı haqqında məlumat yazılmışdı. T.Bel sandığın içərisinə üç şifrələnmiş məlumat yazılmış məktub da qoymuşdu. Məktublar ancaq rəqəmlər ardıcıllığından ibarət idi (sonralar mətubların yazılması üçün istifadə olunan şifrələmə üsulu T.Belin adını alır).
Birinci məktubda xəzinənin harada basdırılması barədə təlimat əks olunurdu. İkinci məktubda xəzinənin nələrdən ibarət olduğu aydınlaşdırılırdı. Ücüncü məktubda isə xəzinə tapıldıqdan sonra onun müəyyən bir hissəsinin kiməsə verilməsi barədə söhbət açılırdı.
Vicdanlı Morris bu barədə yaxın dostuna sirr verir. Onun ölümündən sonra dostu bu barədə kitab yazır və onu çap etdirir. Kitabın müəllifi iddia edir ki, xəzinə tapılmamışdır.
Təəssüflər olsun ki, Morrisin yaxın dostunun adı heç kimə məlum deyil. Kriptoanalitiklər küman edirlər ki, o xəzinə haqqında tam məlumatlı imiş, çünki məktubda yazılmış rəqəmlər ardıcıllığını şifrədən azad etmək üçün onun əlində açar var idi.
Kriptoanalitiklər belə qərara gəlirlər: məsələn, ikinci məlumat 2-dən 1005-ə kimi olan 750 –dən çox rəqəmdən ibarətdir. Onlardan əksəriyyəti tez-tez təkrarlanır. Kriptoanalitiklər hesab edirlər ki, məlumatı şifrədən azad etməkdən ötrü açar yazılmış kitabça onlarda olmalıdır. Bu kitab mütləq tapılmalıdır. Onda T.Bellin sirri agah olacaqdır. Bu isə o dövr üçün həll olunmaz məsləyə çevrilmişdi.
Yorulmaz tədqiqatçılar 100-lərlə kitablara və mətnlərə nəzər yetirdikdən sonra ikinci məktubda yazılmış şifrələnmiş materialı oxumaq üçün Amerikanın Müstəqillik deklarasiyasından istifadə olunmasını aydınlaşdırırlar. T.Cefferson tərəfindən yazılmış deklarasiyada amerika tarixinə aid çox qiymətli məlumatlar əks olunurdu.
İkinci mətn 115, 73 və 24 rəqəmləri ilə başlayırdı. Kriptoanalitiklər müəyyən etdilər ki, deklarasiyada 115 söz I hərfi ilə, 73 söz H hərfi ilə, 24 söz isə A hərfi ilə başlayır və s. Mətn şifrədən azad olunduqdan sonra belə bir yazı yarandı: “I have deposited...”
Bütün mətn şifrədən azad edildikdən sonra ikinci məktubu bu şəkildə oxumaq mümkün olur: “Mən, Buforddan 4 mil uzaqda, 1 fut dəriliyində (1 fut 30,5 santimetrə bərabərdir) qazdığım dərənin içərisində qızıl və gümüşdən ibarət olan xəzinə basdırmışam. Xəzinə dəmir sandığın içərisindədir. Sandıq dəmir qolbaqlarla əhatələnmişdir”.
Bu günə kimi heç kim Buford yaxınlığında basdırılmış xəzinəni tapa bilməmişdir. Bununla yanaşı şifrələnmiş məktubları dəqiq şifrədən azad etmək üçün yararlı olan kitabda tapılmamışdır. Digər tərəfdən qalan iki məktub da bu günə kimi şifrədən azad olunmamışdır.
Kriptoanalitiklər bütün bunların yalan olduğunu, hamının bir fırıldaqçının toruna düşdüyünü hesab edirlər. Çünki, aparılmış qazıntılar heç bir nəticə verməmişdir.
Ola bilsin ki, həqiqətəndə xəzinə müəyyən təşkilatlar və ya insanlar tərəfində axtarılsada, onlar ya xəzinənin yerini düzgün müəyyən edə bilməmişlər, ya da ki, xəzinə Virciniya dağlarının ətəyində başqa yerdə basdırılmışdır. Bütün bunlar bu günə kimi sirr olaraq qalır.
XX ƏSRİN BAŞLAMASI VƏ ONUNLA
BAĞLI HADİSƏLƏR
Məlumdur ki, kriptoqrafiyanın sonrakı inkişafı bütün dövrlərdə elmin inkişafı ilə, texniki yeniliklər və texnika sahəsində kəşflər ilə, həmçinin dünya əhəmiyyətli siyasi-ictimai hadisələrlə və nəhayət müharibələrin gedişi ilə bir-başa bağlı olmuşdur.
XX əsrin başlanğıcı bəzi regionlarda gedən müharibələr ilə yadda qalmışdır. 1914-cü ildə başlamış müharibə tarixdə qanlı müharibə kimi xatırlanan Birinci Dünya Müharibəsidir. Bu ərəfədə edilən bütün kəşflər sözsüz ki, hərbi sahələrdə geniş istifadə edilirdi. Bu sahələr ilə yanaşı kriptologiya elmində olunmuş kəşflər də müharibənin gedişi zamanı lazımı səviyyədə istifadə edilirdi. Məsələn, elektromaqnit dalğasının kəşf edilməsi və radionun ixtirası ona səbəb oldu ki, müharibənin gedişi zamanı müharibədə iştirak edən tərəflər şifrələnmiş informasiyanın ötürülməsində radioəlaqədən geniş istifadə etməyə başladı.
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ
İnformasiyanın ötürülməsi üçün radioəlaqədən istifadə edilməsi kriptoqrafiyanın, həmçinin kriptologiyanın bir elm sahəsi kimi unudulmamasına böyük təsir göstərdi. Çünki, qeyri-qanunu istifadəçinin köməyindən istifadə etməklə bu işdə marağı olan şəxslərin kriptoqramları əldə etməsi praktiki olaraq aradan qaldırıldı. Buna səbəb lazım olan vaxtda, lazım olan tezliyə qəbuledicini sazlamaq və onun lazım olan siqnalı maneəsiz qəbul etmə imkanının yaranması oldu.
Beləliklə, araşdırılan müddətdə yüksək dayanıqlığa malik şifrələmə sisteminin yaradılması günün tələbinə çevrildi.
Nəzərə almaq lazımdır ki, hərbi kriptoqrafçılar fransiz A.Rossinolun çağırışını yaddan çıxarmamalıdırlar. Çünki, A.Rossinol hərbi şifrələmə üsulunun hansı şərtləri yerinə yetirməsini ətraflı şəkildə aydınlaşdırmışdır. Onun fikirinə görə hərbi şifrələmə üsulu məlumatların ötürüldüyü müddət ərzində onların məxfiliyini təmin etməklə yanaşı verilmiş əmrində vaxtında yerinə yetirilməsinə imkan yaratmalıdır. Bu baxımdan həmıya məlum olan şifrələmə sistemindən istifadə edilməsi məsləhətdir.
Məsələn, mühafizəkar (köhnəpərəst, yeniliyə zidd olma) ingilislər ötürüləcək məlumatların şifrələnməsi üçün XIX əsrdə ixtira edilmiş Playfair şifrələmə üsulundan, fransızlar ikiqat yerdəyişmə üsulundan, xırdaçılığa (pedantlığa) meylli oan almanlar isə Kardan çərçivəsindən istifadəyə üstünlük verirdilər. Sözsüz ki, istifadə olunan, hamıya məlum olan, tanınmış şifrələmə üsulları şifrələmə və deşifrələmə əməliyyatlarını sadə və tez yerinə yetirsələrdə, ötürülən informasiyanın lazım olan qədər mühafizə edilməsini təmin edə bilmirdi. Nəticədə, müharibə edən iki tərəfdən birinə düşmənin planları agah olur, lazımı tədbirlər həyata keçirilirdi. Məsələn, Şərqi Prussiyada rus ordusunun hazırlanmış hücum planı pis təşkil olunduğu üçün rus ordusu məğlubiyyətə düçar olur. Bununla yanaşı hərbi qərargah tərəfindən verilən əmrlər və bu əmrlərin lazım olan hərbi hissəyə vaxtında və məxfi çatdırılması lazımı səviyyədə təşkil olunmadığı üçün öndə qeyd edildiyi kimi, rus ordusu ağlasığmaz vəziyyətə düşür, demək olar ki, bu döyüşdə tamamilə darmadağın edilir.
Bütün bunlara baxmayaraq şifrələmə üsulları yenilənir və təkmilləşdirilirdi. Məsələn, açıq və şifrələnmiş mətnlər cütlüyünə əsaslanan şifrələmə üsulu, həmçinin ehtimal-statistik üsula əsaslanan və şifrələmədə istifadə olunan işarələrin tezliklərinin təhlili, biqrammlar, üçqrammlar və başqaları təkmilləşdirildi və mütəxəssilər tərəfindən tutarlı səviyyədə qiymətləndirildi.
ZİMMERMANIN TELEQRAMI
Bir yanaşma mövcuddur ki, şifrələnmiş materialın “sındırılması” bəzən milyonlarla insanın həyatına təsir edir. Bu həqiqətən də belədir. Bu tarıxdir. Birinci Dünya Müharibəsi zamanı bir kriptoqramın sirrının aşkar olunması Amerika Birləşmiş Ştatlarının bu müharibəyə qoşulmasına səbəb oldu.
Bizim müasir həməsrlərimiz yaxşı bilirlər ki, Birinci Dünya müharibəsi 1914-cü ildə Avropanı müharibə alovuna bürüdü. Bütün baş verənlərə baxmayaraq ABŞ bir neçə il ərzində müharibədən kanarda qaldı. Bəzi hallarda ya bu tərəfin, ya da ki, əks tərəfin mövqeyini saxladı və ya saxlamağa çalışdı. Qeyd etmək lazımdır ki, ancaq tarixçilər və kriptoqrafçılar yaxşı bilirlər ki, ABŞ-ın Avropada gedən müharibəyə qatılmasına səbəb hansı hadisənin baş verməsi oldu.
1917-ci ilin yanvar ayında Almaniya qatı düşməni olan Böyük Britaniyanı sözsüz təslim olmağa məcbur etmək üçün yeni taktika işləyib hazırlayır. Alman komandanlığı sualtı gəmilərdən istifadə etməklə Britaniyanın, həmçinin Birtaniya ordusunu ərzaqla təmin edən Amerika gəmilərini məhv etmək qərarına gəlir. Almanların əsas məqsədi ingilisləri aclığın köməyilə “diz üstə” oturtmaq idi. Digər tərəfdən alman ordusunun komandanlığı əmin idi ki, həyata keçiriləcək bu hərbi tədbir ABŞ-ı müharibəyə qatılmağa məcbur edə bilər. Odur ki, almanlar bu hadisənin baş verməsinin qarşısını almaq üçün amerika gəmilərini məhv etməyə qərar verirlər. Bu addım amerika ordusunu almanlarla muharibə etmək fikirindən yayındırmalı idi.
Almaniyanın xarici işlər naziri Artur Zimmermann (Arthur Zimmermann, 1864-1940) Meksika hökumətini əmin etmək istəyirdi ki, artıq alman qoşunları Amerika qitəsinin müəyyən ərazilərinə qoşun çıxarmışdır. Qoşun hissələri ABŞ-ın bəzi ştatlarını (Arizona, Nyu-Meksika və Texas ştatları nəzərədə tutulur) ələ keçirmişdir. Burada əsəs məqsəd XIX əsrdən başlayaraq Amerika ilə Meksika arasında adları çəkilən ştatların kimə məxsus olmasının mübahisə obyektinə çevrilməsi olmuşdu. Bundan istifadə edən A.Zimmermann belə qərara gəlir ki, Meksika dövləti ABŞ-ın şərq hissəsinə hücum edərsə, bu Amerikanı Anropa qitəsində gedən müharibəyə qoşulmaqdan çəkindirər. Beləliklə, məsələni həll etmək üçün Meksika dövlətini məlumatlandırmaq qalırdı. Odur ki, xarici işlər naziri A.Zimmermann Vaşinqton şəhərində yerləşən səfirliyə, daha doğrusu almaniyanın amerikadakı səfirinə şifrələnmiş məlumat göndərir və səfirdən xahir edir ki, məxfi məktubu Meksika dövlətinin rəhbəliyinə vaxtında çatdırsın. İngilis kəşfiyyatçıları şübhəli teleqramı ələ keçirir və beş rəqəmli, üç-dörd sözdən ibarət olan rəqəm və söz birləşməsini şifrədən azad etməyə çalışır. Nəticədə deşifrələnmiş teleqram ingilis Admirallığında yerləşən 40 saylı otağa çatdırılır (o dövrlərdə ingiltərənin məxfi xidməti bu ad altında fəaliyyət göstərirdi). Şifrədən azad edilmiş teleqramın məqzi ingilis hərbiçilərinə tam aydın olur. Digər tərəfdən ingilislər teleqramın mətninin şifrədən azad edilməsi barədə almanların xəbər tutmasında maraqlı deyildilər. Bununla yanaşı Meksikanın Amerikaya qarşı müharibəyə başlamasını ingilislər tez bir zamanda faş edirlər. Məsələyə daha ciddi mü nasibət bildirmək üçün ingilis komandanlığı Meksikaya xüsusi agent göndərir və teleqramın surətini əldə etməsini ona həvalə edir. Məxfi agent onun qarşısında qoyulmuş hərbu tap- şırığı layiqincə yerinə yetirir. Bu ərəfədə məxfi xidmətin admiralı Hell almanların bu işdən şübhələnməmə-lərini həyata keçirmək üçün ingilis kriptoqrafçılarının bu sahədə yararsız olduqlarını, ümumiyyətlə öz işlərinin öhdəsindən lazımı səviyyədə gələ bilməmələrini sübut etmək xatirinə sayılan jurnalların birində səviyyəli məqalə çap etdirir.