MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ


“Purpur” şifrələmə maşınının alman “Eniqma”sından əsas fərqi onda skremblerdən istifadə edilməməsi idi. “Purpur”da dəyişdirici telefon açarlarından və addımlayan axtarıcılardan istifadə olunurdu



Yüklə 18,48 Mb.
səhifə25/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

Purpur” şifrələmə maşınının alman “Eniqma”sından əsas fərqi onda skremblerdən istifadə edilməməsi idi. “Purpur”da dəyişdirici telefon açarlarından və addımlayan axtarıcılardan istifadə olunurdu.

Beləliklə, fərasətli və ixtiraçı yaponlar müharibə bazlamazdan əvvəl, 1937-ci ildə o dövr üçün çox mürəkkəb quruluşa malik olan elektron-mexaniki şifrələmə maşınını düşünüb düzəltmişdilər.

Bütün bunlarla yanaşı yaponların dilinin heç bir avropa dillərinə yaxın olmaması, digər tərəfədən yüzlərlə şifrələmə üsullarından istifadə etmələri amerikalıları 1940-cı illərin axırlarında həddindən artıq çətin vəziyyətdə qoymuşdu.

Yaponlar tam əmin idilər ki, şifrələmə maşınında şifrələnmiş məlumatları şifrədən azad etmək mümkün deyil. Bu yaponlar tərəfindən yanlış fikir idi. Amerikalılar buna nail oldular. Bəzi araşdırmaçılar belə təsəvvür yaradırlar ki, amerikalılar müharibə başlamazdan əvvəl yaponlardan şifrələmə maşınının çertyojlarının surətini oğurlamışlar. Digərləri isə belə güman edirlər ki, şifrələmə maşını özü hansı yollasa amerikalıların əlinə “keçmişdir”.

Bütün hallarda, Fridmanın rəhbərliyi altında işləyən mütəxəssislər qrupu 1940-cı ilin sentyabr ayında yapon maşınının surətini düzəldir və ondan istifadə etməklə yapon komandanlığının şifrələnmiş məlumatlarını şifrədən azad edirlər. Qeyd etmək lazımdır ki, 1945-ci ildə amerikanın Berlin şəhərində yerləşən səfirliyində “Purpur”un original nüsxəsi masanın üstündə idi. Şifrələnmiş məlumat əsasında amerikalılar yaponların 1941-ci ildə amerika ordusuna gözlənilməz zərbə vuracağını müəyyənləşdirirlər. Amma hücumun hansı ərazilərdə başlayacağını müəyyənləşdirmək mümkün olmur. Odur ki, 1941-ci ildə yaponlar Havay adalarında amerika ordusuna hiss olunacaq hava zərbələri endirir. Bu isə amerikalılar üçün gözlənilməz idi. Həyata keçirilmiş hücum nəticəsində amerikalılar 2300 əskər, çoxlu sayda zabit, təyyarə və gəmi itirirlər. Bütün bunların nəticəsində onlar Sovet İttifaqının tərəfinə keçərək sovet əskərləri ilə bir cəbhədə vuruşmağa qərar verirlər.

Baş vermiş hadisə Amerika konqresində müzakirə edildikdən sonra V.Fridman və onun komandası böyük zərbə altında qalır. Baş vermişlərdən nəticədə çıxaran V.Fridmanın rəhbərliyi altında işləyən mütəxəssislər müharibənin sonuna yaxın zamanlarda yaponların “Purpur”dan istifadə etməklə şifrələdikləri bütün informasiyaları şifrədən azad etməyə nail olurlar. Bu isə kriptologiya sahəsində çox böyük nəaliyyət sayılmalıdır.


“SIGABA” VƏ YA “M-143-C” ŞİFRƏLƏMƏ

MAŞINLARI

1941-ci ilin dekabr ayının 7-də yapon hava hücumu qüvvələri cəsarətli addım ataraq Havay adalarında, Perl-Xarborda yerləşən amerika donanmasına sarsıdıcı zərbələr endirərək donanmanı darmadağın edir. Bununlada Amerika praktiki olaraq Sakit okeanda yaponlar ilə müharibəyə qoşulmalı olur. Hərbi əməliyyat həm suda, həm də ki, quruda minlərlə kvadrat kilometr sahədə aparılırdı. Bu ərazidə yerləşən kiçik və böyük adalar müharibə ocağına çevrilmişdi.

Öndə adı çəkilən V.Fridman bu ərəfədə amerika ordusu üçün yeni şifrələmə maşınının yaradılmasına başlayır. Şifrələmə maşınının yaradılması zamanı əvvəllər buraxılmış bütün səhvlər nəzərə alınırdı.

1935-ci ildə Fridman yaratdığı yeni şifrələmə maşınını dəniz donanmasının rəhbərliyi qarşısında nümayiş etdirir. Alınmış nəticələr hərbiçiləri razı salmadığı üçün onu daha da təkmilləşdirərək yenidən hərbiçilərə təqdim edir. Hərbiçilər tərəfindən şifrələmə maşınına tənqidi yanaşmaların olmasına baxmayaraq, 1940-1941-ci illərdə amerika ordusunda istifadəyə yararlı şifrələmə maşınının istehsalına başlanılır. Donanma gəmilərinə quraşdırılmış şifrələmə maşını “ECM Mark II” və ya “CSP-889” (CSP-888) adlandırılır. Quru qoşunlarında istifadə ediləcək şifrələmə maşınına isə “SIGABA” və ya “M-143-C” adı verilir.

SIGABA” şifrələmə maşını ilə işləyərkən başlanğıc məlumat əvvəlcə hərf-hərf klaviaturadan yığılırdı. Sonra isə şifrələnmiş mətnin hər bir hərfi kağıza yazılırdı. Bundan sonra şifrələnmiş məlumat radistə verilir və o, şifrələnmiş məlumatı rabitə xətti vasitəsilə digər radistə ötürürdü. Əks tərəfdə olan radist ona göndərilən şifrələnmiş məlumatı aldıqdan sonra onu kağıza yazırdı. Növbəti mərhələdə radist kağıza yazdığı məlumatı deşifrəçiyə verirdi. Deşifrəcidə aldığı şifrələnmiş məlumatı onda olan şifrələmə maşınına daxil edir və onu şifrədən azad edirdi. Məlumatın belə mürəkkəb formada bir mənbəədən digər mənbəəyə ötürülməsi onun tam şəkildə düşmən tərəfindən (daha doğrusu yaponlar tərəfindən) deşifrə oluna biləcəyini sıfıra endirirdi.

Amerika alimləri tərəfindən hazırlanmış şifrələmə maşınının iş prinsipi almanların istehsal etdikləri “ENİQMA” şifrələmə maşınının iş prinsipindən tamamilə fərqlənirdi. Şifrələmə maşınında istifadə olunan şifrator bir neşə dişli çarxdan ibarət idi və hər bir dişli çarx da özünə uyğun dönə bilirdi. Disklərin dönməsini dəyişməklə müxtəlif şəkildə şifrələnmiş məlumatlar əldə etmək mümkün olurdu.

Qeyd etmək lazımdır ki, “SIGABA” şifrələmə maşınında bütün məsələlər etibarlı yerinə yetirilsə də, onun işləmə sürəti çox aşağı olduğundan müharibə aparan tərəf üçün əlverişli sayılmırdı. Praktiki baxımdan əlverişli olmayan “SIGABA” şifrələmə maşını üç hissədən ibarət olmaqla yanaşı çəkisi də 150 kq-a bərabər idi. Maşın həddindən artıq elektrik enerjisi tələb edirdi.

Müharibənin gedişi zamanı amerikalıların əsas məqsədi “Purpur”un sirrini açmaq, “SIGABA” şifrələmə maşınının sirrini isə heç kimə verməməkdən ibarət olmuşdu. Bu baxımdan onların yaxın müttəfiqləri olan ingilislər belə “SIGABA” şifrələmə maşını haqqında heç bir məlumata malik deyildilər.

Sonrakı illərdə amerikanın şifrələmə maşınları ilə məşğul olan xüsusi bölmə (bölməyə rəhbəlik Fridman tərəfindən yerinə yetirilirdi) şifrələmə maşınının 8 yeni modelini hazırlayır. Bu modellərdən 6-sı haqqında heç bir məlumat yoxdur, onlar indiki zamana kimi gizli saxlanılırlar.


“TYPE X” ŞİFRƏLƏMƏ MAŞINI


XX əsrin birinci yarısında artıq Böyük Biritaniya dərk etdi ki, şifrələmə maşınlarından mütləq istifadə etməlidir. 1926-cı ildən başlayaraq ingilis mütəxəssislərindən ibarət xüsusi yaradılmış komissiya mövcud mexaniki şifrələmə maşınlarını araşdırmağı başladı.

Araşdırmanın nəticəsi belə olur: prototip kimi “ENİQMA” maşınını araşdırmaq tövsiyyə edilir. 1935-ci ilin aprel ayının 30-da araşdırmaçılar yeni şifrələmə maşınının ilk variantını yaradırlar və şifrələmə maşınına “Type X” adını verirlər. Artıq 1937-ci ildə 30 ədəd şifrələmə maşını sifarişçiyə təhvil verilir. Yeni şifrələmə maşını Mik II adı altında istehsal olunur və sifarış olunmuş 300 ədəd hərbi-hava qüvvələrinə istifadə üçün təhvil verilir. Şifrələmə maşınından məlumatların şifrələnməsi üçün quru qoşunlarında, həmçinin dövlət müəssisələrində də istifadə olunurdu.

ENIQMA”dan fərqli olaraq burada üç və ya beş şifrələyici diskdən istifadə edilirdi. Digər yenilik şifrələyici disklərin konstruksiyasının təkmilləşdirilməsi oldu. Bunlarla yanaşı “Type X” şifrələmə maşınından ancaq məhdud dairələrdə istifadə edilirdi. Bu da öz növbəsində şifrələmə maşınında şifrələnmiş məlumatların deşifrə edilmə ehtimalını məhdudlaşdırırdı. Məsələn, alman ordusunun bütün bölmələrində məlumatların şifrələnməsi üçün “Eniqma”dan istifadə edildiyi halda, “Type X” şifrələmə maşınından ancaq ordunun yüksək vəzifəli şəxsləri ilə yanaşı krallığın hərbi-hava qoşunlarının rəhbərliyi istifadə edirdi. Bütün digər hallarda isə ancaq əl ilə şifrələmə üsullarından istifadə edilirdi. Bütün bunlara səbəb şifrələmə maşınının az sayda istehsal olunması idi.

Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsinin gedişi zamanı ingilis mütəxəssisləri yaratdıqları şifrələmə maşınını amerikalıların hazırladıqlar şifrələmə maşını ilə birləşdirərək yeni variantda modelləşdirilmiş şifrələmə maşını yaratmaq ideyasını təklif etdilər. 1943-cü ildə yeni şifrələmə maşını işıq üzü gördü. Onu CCM (“Combined Cipher Machine”) adlandırdılar. Qeyd etmək yerinə düşər ki, o ərəfədə ingilis mütəxəssisləri ilə amerika mütəxəssisləri arasında razılaşma yolu ilə yaradılmış yeni şifrələmə maşını istehsal olunduğu zaman ingilislər “SICABA” şifrəlmə maşınının mövcudluğundan xəbərsiz idilər. Bu amerika mütəxəssislərinin yeni bir hiyləgərliyi idi. Onlar hər bir işi dəfələrlə ölçüb-biçən ingilis mütəxəssislərini sadəcə olaraq tilova salıb “aldatmışdılar”.

Müharibə sona çatdıqdan sonra “Type X” şifrələmə maşınından Kanadada, Yeni Zelandiyada istifadə etməyə başladılar. 1973-ci ildə müəyyən şübhələr yaşayan Yeni Zelandiya hökuməti “Type X” şifrələmə maşınından imtina edir. Bütün bunlara baxmayaraq “Type X” şifrələmə maşınından istifadə edən digər ölkələr göndərdikləri şifrələnmiş məlumatların heç kim tərəfindən aşkarlanmadığına əmin olduqları üçün ondan uzun mddət istifadə edirlər.


İKİNCİ DÜNYA MÜHARİBƏSİ


İknci Dünya Müharibəsinin gedişi zamanı kriptoqrafların və kriptoanalitiklərin qazandığı uğurlar haqqında məlumatları toplayıb yazmaq mümkün olsaydı, sözsüz ki, bir neçə cilddən ibarət kitablar çap etmək olardı. Bu baxımdan qeyd etmək yerinə düşər ki, bu sahənin mütəxəssisləri gecə və gündüz, uzun illər boyu bu sahədə böyük nəaliyyətlər qazansalarda, qaçılmaz səhvlər də buraxmışlar. Onların nəaliyyətləri və yaratdıqları nəticəsində minlərlə insanın həyatı təhlükədən qurtarmış, minlərlə düşmən əskərinə qarşı aparılan hərbi əməliyyat uğurla nəticələnmişdir. Bütün bunlara baxmayaraq onların təsadüfi hallarda buraxdığı səhvlər böyük səs-küyə səbəb olmuş, bəzi hallarda onların həyatı bahasına qazandıqları onların özlərinə qarşı dönmüş və nəhəyət onlar daim günahkar sayılmışlar. Amma son olaraq qeyd etmək lazımdır ki, bu sahənin mütəxəssisləri olmasaydılar bəlkə də, müharibələr tükənməzdi, milyonlarla insanlar günahsız olaraq dünyasını dəyişərdilər və s.

Cəbhə arxasında işləyən, şifrələmə üsulları yaradanlar və onları “sındıranlar”, müxtəlif ordularda informasiyanın araşdırılmadan mübadiləsini təmin edənlər və s., demək olar ki, onlarda müharibə iştirakçıları idilər. İri miqyaslı döyüşlərdə iştirak etməsələrdə, onların yaratdıqları nəticəsində qələbələr qazanılırdı.

Bu yanaşmadan keçmiş sovetlər məkanında da kriptoqrafların və kriptoanalitiklərin nəaliyyətlərini qeyd etmək lazımdır. Hitler almaniyası sovet dövlətinin üzərinə hücum edən zamanlarda artıq sovetlər ölkəsində xüsusi təşkil olunmuş kriptoqrafiya və kriptoanalitik bölmələri fəaliyyət göstərirdi. Bu bölmələrə istedadlı riyaziyyatçılar, alimlər və mühəndislər dəvət edilmişdi. Bu sahədə qazanılmış çoxlu sayda nəaliyyətlər indiki zamana kimi gizli saxlanılır, məxfilik pərdəsi arxasında gizlədilir. Odur ki, dərs vəsaitində İkinci Dünya Müharibəsi zamanı keçmiş sovetlər ölkəsinə həmkar olan ölkələrdə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində əldə olunan nəaliyyətlərə ayrı-ayrılıqda baxılacaqdır.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin