Mövzu iQTİsadi BİLİKLƏRİn meydana çixmasi, formalaşmasi, MÜXTƏLİf elmi MƏKTƏb və İSTİqaməTLƏR


Azərbaycanda iqtisadi fikrin formalaşması



Yüklə 80,92 Kb.
səhifə3/5
tarix13.12.2023
ölçüsü80,92 Kb.
#175548
1   2   3   4   5
MÖVZU 3

3.3. Azərbaycanda iqtisadi fikrin formalaşması
Azərbaycanın yerləşdiyi strateji əhəmiyyətli əlverişli mövqeyi, rəngarəng coğrafi-iqlim şəraiti, zəngin yerüstü-yeraltı təbii sərvətləri, əməksevər əhalisinin təsərrüfatın müxtəlif sahələrində səylə çalışması, sənətkarlıqla məşğul olması, yaxın-uzaq ölkələrlə ticarət əlaqələri aparması, bu ərazidə ən qədim dövrlərdən başlayaraq, tədricən qaynar iqtisadi həyatın formalaşmasına, mövcud istehsal münasibətlərinin səviyyəsinə uyğun ölkənin məhsuldar qüvvələrinin inkişafına müəyyən real imkanlar yaratmışdı.
Minillikləri əhatə etmiş qanlı-qadalı tarix boyunca amansız basqın və hücumlara, zo­rakı təzyiq və mənəvi təsirlərə məruz qalmış Odlar Yurdu, həmişə özündə daxili bir inam, tükənməz həyat enerjisi mənbəyi taparaq yenidən dirçəlmiş, əzəli varlığını, qan yad­daşı soykökünü, şərəf-ləyaqətini sərt mübarizə sınaqlarında qeyrətli iradə əzmi ilə təs­diq etmişdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da qədim zamanlardan baş­la­yaraq, insanlar yaşadıqları mühitin və cəmiyyətin təsərrüfat həyatına, oradakı iqtisadi əla­qə və münasibətlərin xarakterinə dair düşüncə və fikirlərini müxtəlif vasitələrlə ifadə etmişlər. Hələ eramızdan əvvəlki minilliklərdə, o dövrün konkret təsərrüfat həyatı, in­san­ların əmək fəaliyyəti, onların məşğuliyyəti, yaşayış tərzi, mülkiyyət, istehsal, bölgü, mü­badilə münasibətləri öz əksini şifahi xalq ədəbiyyatı nümunələrdə, laylalarda, ba­ya­tı­lar­da, qoşmalarda, atalar sözlərində, nağıllarda, dastanlarda sadə bir şəkildə tapmışdır. Tə­sadüfi deyildir ki, xalqın tədricən formalaşmış iqtisadi təfəkkür və fikir təkamülünün bu əvəzsiz mənbələri, qaynaqları onun “ilkin tarixi” kimi səciyyələndirilir.
Atəşpərəstlik dövründə Azərbaycan ərazisində geniş yayılmış zərdüştlük təlimi ide­ya­larında, cəmiyyətin iqtisadi həyatı, onun yaşayış tərzi, insanların məşğuliyyəti, bölgü, mübadilə, təchizat məsələlərinə diqqət yetirilmişdir. “Avesta”, “Qurani-Kərim”, “Kitabi Dədə Qorqud” kimi yazılı mənbələrdə xalqımızın əmək və təsərrüfat fəaliyyəti ilə bağlı əkinçilik, maldarlıq, bağçılıq-meyvəçilik habelə ticarət, sələmçilik və vergilərə dair zəngin materiallar vardır.
XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının siyasi-ictimai və iqtisadi-sosial sistem kimi iflasından sonra imperiya ərazisində formalaşmış müstəqil dövlətlərdən biri olan Azərbaycan Respublikasında iqtisad elminin, o cümlədən də onun tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin, habelə təlimlər (fikir) tarixinin obyektiv sürətdə öyrənilib tədris olunmasına geniş imkanlar açılmışdır.
Müstəqil Azərbaycan Respublikasının rastlaşdığı gündəlik cari qayğılar ilə hökmən məş­ğul olmaqla yanaşı, müasir dünya təcrübəsi və iqtisad elminin son nailiyyətlərindən ya­radıcılıqla faydalanmaq əsasında milli iqtisadiyyatımızın gələcək uzunmüddətli in­ki­şaf perspektivtərini işləyib hazırlamaq, iqtisadçılar qarşısında zəruri bir vəzifə kimi durmaqdadır.
İqtisadi inteqrasiya və qloballaşma şəraitində ölkənin yaxın, orta, uzunmüddətli inkişaf perspektivlərinin daxili-xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini milli təhlükəsizlik, beynəlxalq iqtisadi-ticarət əlaqələri, istehsal-xidmət dairələrinin son səmərəliliyi baxımından, yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inkişafı, alim-mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür.

Yüklə 80,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin