Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Əmək haqqının mahiyyəti və əhəmiyyəti



Yüklə 102,77 Kb.
səhifə18/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   26
AĞAC EMALI

Əmək haqqının mahiyyəti və əhəmiyyəti

Əmək haqqı işçiyə özünün maddi və mənəvi ehtiyaclarını ödəmək üçün əməyin kəmiyyəti, daha doğrusu, onun iş qüvvəsinin dəyəri və keyfiyyəti müqabilində ictimai məhsuldan ayrılan və pul ifadəsində verilən hissədir.

Müəssisədə əmək haqqının təşkili prinsipinin əsasında iş qüvvəsinin dəyəri və əməyin keyfiyyəti dayandığından, o hər bir işçinin şəxsi marağı ilə ictimai istehsalın inkişaf etdirilməsindəki dövlət və habelə sahibkarın maraqlarını uzlaşdırmağa imkan yaradır.

Bazar münasibətləri şəraitində fəaliyyət göstərən müəssisələrdə əmək haqqının düzgün müəyyən olunması, həm muzdlu fəhlənin əməyinin ədalətli qiymətləndirilməsi və həm də sahibkarın iqtisadi maraqlarının təmin olunması baxımından çox vacibdir.

Fəhlənin əmək haqının onun əməyinin keyfiyyəti (mürəkkəbliyi) və kəmiyyətinə görə (istehsal norması ilə) müəyyən edilməsi işçinin ona qarşı ədalətli münasibət göstərilməsinə dair imicinin formalaşmasına səbəb olur. Yalnız bu halda iş qüvvəsinə tələblə təklif arasında tarazlaşma baş verə bilər. Əgər müəssisənin iş qüvvəsinə tələbi azdırsa – təklif edilən əmək haqqının səviyyəsi aşağıdırsa – belə müəssisəyə iş qüvvəsindən təklif də az olur. Təklif olunan əmək haqqının artırılması ilə iş qüvvəsinə tələb arasındakı kəmiyyət nisbəti bərabərləşdiyi halda, başqa şərtlərin dəyişilməz qaldığı şəraitdə, fəhlənin öz iş yerini tərk etməsi ehtimalı da minimum səviyyəyə düşür.

Kəmiyyətcə çox və keyfiyyətcə yaxşı əmək yüksək əmək haqqına layiq bilinməlidir. Yüksək ixtisas dərəcəsinə malik olan əmək cəmiyyətə yüksək keyfiyyətli və çox miqdarda maddi nemət verdiyindən yüksək səviyyədə də mükafatlandırılmalıdır, daha doğrusu, ixtisas sahibinə yüksək əmək haqqı verilməlidir. Bu məsələlərdə səhvə yol verilərsə, bundan yalnız istehsalın iqtisadiyyatı ziyan çəkə bilər.

Əmək haqqı işçilərin sosial həyatının ən önəmli ''indikatoru'' olduğundan onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.

Əmək məhsuldarlığının yüksəldilməsinin stimullaşdırılmasında və işçilərin sosial rifahının artırılmasında əmək haqqının səviyyəsi böyük rol oynayır. Əmək haqqının təşkilinin təkmilləşdirilməsi əmək məhsuldarlığı artımının mühüm amillərindən biridir. Hazırda bazar münasibətlərinə keçidlə əlaqədar qiymətlərin sərbəstləşdiyi, sosial xidmətlərin kommersiyalaşdığı şəraitdə əmək haqqının yəni tələblərə uyğun müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir.

Əmək kəmiyyət və keyfiyyətinə görə düzgün ödənildikdə hər bir işçi bütün istehsal imkanlarından dolğun istifadə etmək, öz mədəni-texniki səviyyəsini və ixtisasını yüksəltmək, iş vaxtından düzgün və səmərəli istifadə etmək üçün maddi cəhətdən maraqlı olur. Buna görə də onu müəyyən edən prinsip və amillər elmi əsaslara söykənməlidir.

Əmək haqqının həcmi müəssisə rəhbərliyinin və işçilərin və ya həmkarlar ittifaqının razılılığı əsasında müəyyən olunur. Əmək haqqı digər müəssisələrin ödədiyi əmək haqqının səviyyəsi, ödəmə imkanı, yaşayışın dəyəri, əmək məhsuldarlığının səviyyəsi kimi meyarlar üzrə müəyyən olunur.

Bazar iqtisadiyyatı şəraitində əmək haqqının səviyyəsi aşağıdaki amillərin təsiri altında formalaşır:



      1. Əmək bazarında mövcud olan konyunktura. Buraya iş qüvvəsinə olan tələblə onun təklifi arasında tarazlıq dərəcəsi, ölkədə işsizliyin səviyyəsi və s. daxildir.

      2. Dövlətin sosial siyasəti, müəyyən edilmiş sosial normativlər – minimum əmək haqqı, minimum istehlak dərəcəsi və s.

      3. İşin xarakteri ilə əlaqədar amillər – işin mürəkkəbliyi, əmək şəraiti, əməyin təhlükəsizlik dərəcəsi, işin icrası üçün məsuliyyətin səviyyəsi, tələb edilən iş təcrübəsi və verdişlər, fəhlənin ixtisası və s.

      4. Firma ilə bağlı amillər – mülkiyyət mənsubiyyəti, əmək məh- suldarlığının səviyyəsi, müəssisənin gəlirliyi, həmkarlar və digər fəhlə təşkilatlarının mütəşəkkilliyi və s.

      5. İstehsal heyəti ilə əlaqədar amillər – işə qəbulun miqyası və müddəti (fərdi əmək müqaviləsinin şərtləri).

Bu amillərin bəziləri əmək haqqının ümumi səviyyəsinə, digərləri isə ayrı-ayrı kateqoriyadan olan işçilərin əmək haqqına təsir edirlər.

Bazar münasibətləri şəraitində əmək münasibətləri işə götürən və işçilər tərəfindən bağlanmış kollektiv və fərdi müqavilələr əsasında tənzimlənir. İstə- nilən əmək müqaviləsinin əsas bölmələrindən biri əmək haqqının həcminin müəyyən edilməsidir. Bu müqavilələrdə həm də əmək şəraiti, işdən azad olunma, işdən azad olunanlara verilən müavinətlərin həcmi və s. ilə bağlı məsələlər öz eksini tapır.

Müəssisələrdə əmək haqqının tənzimlənməsi və bu sahədə müəyyən sistemlilik yaratmaq üçün, yəni ixtisaslı və ixtisassız, ağır və yüngül, ziyanlı və ziyansız şəraitdə çalışanların arasında əmək haqqı üzrə nisbətlərin düzgün müəyyən olunması məqsədilə tarif sistemindən istifadə edilir.

Tarif sistemi üç tərkib hissədən – 1) tarif maaşından, 2) tarif cədvəlindən (şəbəkəsindən) və 3) tarif-ixtisas məlumat (sorğu) kitabçasından ibarət olur.

Tarif sisteminin tənzimləyicilərindən biri olan vahid carif cədvəlində əməyin ödənilməsi dərəcələri və tarif əmsalları vasitəsilə sənayə-istehsal heyətinin mühüm qrupu olan fəhlələrin əmək haqqı müəyyən edilir. Məsələn, ''Azneftkimyamaş'' Dövlət Şirkətinin tarif cədvəlində 1Ə kateqoriya üzrə tarif əmsalları müəyyənləşdirilmişdirki, bu tarif əmsalları da 1-dən 7,5-ə qədər dəyişir.

Əhəmiyyətinə və məsuliyyətinə görə fərqlənən işləri icra edən yüksək ixtisaslı fəhlələrin tarif maaşları kollektiv (müştərək) müqavilələr əsasında müəyyən edilir.

Tarif maaşları iş şəraitindən asılı olaraq ayrı-arı sahə müəssisələri üzrə əmək haqqı forması və habelə bu və ya digər fəhlə qrupunun istehsal prosesində oynadıqları rola görə differensiallaşdırılır. Lakin müəssisələr öz maliyyə imkanları çərçivəsində həmin variantlardan hər hansı birini seçməkdə sərbəstdirlər.

Tarif maaşı əmək haqqının ölçüsünü vaxt vahidi – saat, gün, ay ərzində müəyyənləşdirir. Fəhlələr üçün o, gün ərzində (gündəlik) və ya saat ərzində (saatlıq) I dərəcəli əmək haqqı şəklində müəyyən olunur. Yüksək tarif dərəcə- lərinə aid edilən işlər üçün əmək haqqının miqdarı I dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif əmsalına vurmaqla müəyyənləşdirilir.

Mürəkkəb və müxtəlif texnoloji prosesli müəssisələrdə I dərəcənin üç növ əmək haqqı olur:


  1. normal şəraitdə işləyənlər üçün; b) ağır şəraitdə işləyənlər üçün; c) isti və zərərli sahələrdə işləyənlər üçün. Hər bir dərəcənin tarif maaşı ələ müəyyən edilir ki, onların arasında optimal ölçüdə fərq yaransın- ibtidaidən aliyə yüksəlmək şərtilə. Hər bir dərəcənin tariff maaşının I dərəcənin tarif maaşına nisbətinə tarif əmsalı deyilir; ən yüksək dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbətinə isə tarif cədvəlinin (şəbəkəsinin) diapozonu deyilir.

Adətən, II qrupda çalışanların əmək haqqı I qrupa nisbətən 5-10 faiz, III qrupda isə bu fərq 15-30 faiz artıq olur.

Fəhlələr arasında ixtisası artırmaq marağını güclendirmək üçün mövcud olan VI dərəcə ilə I dərəcə arasında fərq 2-5 dəfə arasındadır.

Beləliklə, tarif cədvəlləri yüksək ixtisasa malik fəhlənin əməyinin ödənil- məsinin uçotunu aparmaq və habelə müxtəlif ixtisas səviyyəsinə malik fəhlə- lərin əmək haqlarının ödənişindəki nisbəti müəyyən etmək üçün tətbiq olunur.

Fikrimizi aydınlaşdırmaq üçün maşınqayırma zavodunda fəhlələr üçün tətbiq olunan tarif cədvəlinə müraciət edək

Tarif cədvəlində dərəcələr arasındakı artım fərqi nə qədər çox olarsa, fəhlə bir dərəcədən digərinə keçməkdə maddi cəhətdən daha çox maraqlı olar, öz ixtisas səviyyəsini artırmağa cəhd göstərər, onun əmək məhsuldarlığı və gördüyü işin keyfiyyəti yüksələr və nəticə etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar.

Bütün tarif sisteminin əsası olan "Tarif-ixtisas məlumat" kitabçasının hər bir ixtisas dərəcəsi və vəzifəni səciyyələndirən ''Vəzifə borcları'' adlanan birinci bölməsində ixtisas və vəzifənin tapşırıldığı şəxsin tam və ya qismən yerinə yetirəcəyi funksiyaların xarakteristikası verilir.

''Bilməlidir'' adlanan ikinci bölmədə işçinin ixtisas üzrə bilikləri qarşısında qoyulan tələblər göstərilir, öz işinin icrası üçün ona lazım olacaq qanunvericilik aktları, təlimat və normativ sənədlər verilir. O, bunlardan və yənə də həmin bölmədə tövsiyə olunan metod və vasitələrdən istifadə edərək öz vəzifə borcunu icra etməlidir. ''Əməyin ödənişi üzrə ixtisas dərəcələrinə tələblər'' bölməsində işçinin ona həvalə olunmuş və yerinə yetirəcəyi vəzifələr üçün zəruri olan xüsusi hazırlığının səviyyəsi və profili müəyyən edilir. Bir sözlə, "Tarif-ixtisas məlumat" kitabçasında sənayə müəssisələrində yerinə yetirilən bütün işlər peşə və ixtisaslara görə sistemləşdirilir, işin mürəkkəbliyi və dəqiqliyindən asılı olaraq, onların hər birinə dərəcə müəyyən edilir. Bununla yanaşı məlumat kitabçasında, artıq Qeyd olunduğu kimi, hər ixtisasdan olan fəhlə və işçilərin qarşısında qoyulan tələblər verilir; bunun üçün istifadə olunan avadanlığın və texnoloji əməliyyatların xüsusiyyətləri və iş şəraiti

mütləq nəzərə alınır.




    1. Yüklə 102,77 Kb.

      Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin