Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Əsas fondların qiymətləndirilməsi



Yüklə 102,77 Kb.
səhifə22/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
AĞAC EMALI

Əsas fondların qiymətləndirilməsi

İstehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota alınır və planlaşdırılır. İstehsal əsas fondlarının natural göstəricilərlə qiymətləndirilməsi istehsal prosesinin texnoloji xüsusiyyətlərindən asılıdır və istehsal müəssisələrində əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyənləş- dirmək, istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, avadanlıq balansı tərtib etmək, habelə investisiyanın və yəni maşın və avadanlıqların tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə olunur.

Əsas fondların dəyər ifadəsində uçota alınması və planlaşdırılması müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən etmək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və onların geniş təkrar istehsalını planlaşdırmaq, habelə məhsulun maya dəyərini və müəssisələrin rentabelliyini müəyyən etmək məqsədilə aparılır. Müəssisənin böyük miqdarda və müxtəlif əmək vasitələrindən ibarət olan əsas fondlarının təkrar istehsalının planlaşdırılması ancaq dəyər ifadəsində aparıla bilər.

Əsas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və bu müddətdə təkrar istehsal şəraitinin dəyişməsi ilə əlaqədar olaraq əsas fondlar – onların hərəkətinə nəzarət məqsədilə – üç növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.

Əsas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşası), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əlaqədar olan xərclərin məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fondlarının uçotu onların ilkin dəyəri ilə aparılır. Qiymətləndirmənin bu növündən amortizasiya ayırmalarının hesablanması, istehsal əsas fondlarına əmlak vergisinin təyin edilməsi üçün istifadə olunur. Buna həm də əsas fondların balans dəyəri deyilir. Müxtəlif dövrlər üçün avadanlığın qiyməti və tikintinin dəyəri də- yişdiyinə görə, bu qiymətləndirmə metodu əsas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edilə biləcək məlumat almağa imkan vermir. Bu çatışmazlığı aradan qaldırmaq üçün bərpa dəyəri adlanan dəyərdən istifadə olunur.

Bərpa dəyəri üzrə qiymətləndirmə yəni istehsal şəraitində (cari ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir. Yəni istehsal əsas fondlarının istifadəyə verilməsi anında onların ilkin dəyəri bərpa dəyəri ilə üst-üstə düşür. Lakin sonralar – mənəvi köhnəlmə və inf- lyasiya ilə əlaqədar olaraq – ilkin dəyər dəyişir, çünki istehsal şəraitinin özü dəyişir. Qiymətləndirmənin bu metodu ilkin dəyər üzrə qiymətləndirmedə şəraitin dəyişməsi ilə əlaqədar – Qeyd edilən çatışmazlığı aradan qaldırır. Lakin əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əmək tutumludur, vəsait və vaxt tələb edir. Ona görə də, əsas fondların bərpa dəyerinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır.

Köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə, başqa sözlə, qalıq dəyəri ilə qiymətləndirmə əsas fondların hələ məhsulun üzərinə keçirilməyən, başqa sözlə, onun amortizasiya olunmamış dəyərini əks etdirir.

əsas fondların qalıq dəyerinə görə qiymətləndirilməsində məqsəd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir. Qalıq dəyəri əsas fondun ilkin və həm də bərpa dəyerinə görə hesablana bilər. Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndirilməsi müəyyən praktiki əhəmiyyətə malikdir. İlkin dəyər ilə qiymətləndirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müəyyənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəyyən etməyin əsasıdır. Köhnəlmə nəzərə alınmaqla ilkin dəyər ilə qiymətləndirmə əsas fondların köhnəlmə dərə- cəsini bilməyə və hələ məhsulun üzərinə keçirilməyən dəyərin kəmiyyətini müəyyən etməyə imkan verir. Bərpa dəyəri ilə qiymətləndirmə əsas fondların həcm dinamikasını və müasir şəraitdə onların təkrar istehsalının dəyərini səciy- yələndirir. Nəhayət, köhnəlmə nəzərə alınmaqla bərpa dəyəri ilə qiymətləndirmə mövcud əsas fondların faktiki dəyərini müəyyənləşdirmək, habelə ayrı-ayrı müəssisələrin əsas fondlarının həcmlərini müqayisə etmək üçün çox əhəmiyyətli bir göstəricidir.

İstehsal əsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq onun köh- nelmə məbləğini – istehsal olunmuş məhsul üzərinə keçirmiş olduğu dəyər kütləsini müəyyən edir. Bu fərqin, daha doğrusu, köhnəlmə məbləğinin istehsal əsas fondlarının tam ilkin dəyerinə nisbəti isə əsas fondun köhnəlmə əmsalını (dərəcəsini) müəyyən edir.

Əsas fondların təkrar istehsal prosesi istehsal fəaliyyətinin və onun səmərəliliyinin əsasını təşkil edir. Onların hərəkəti təsərrüfata rəhbərliyin bütün səviyyələrində tənzimlənir və bu prosesə nəzarət olunur. əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.

Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yəni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyerinə nisbəti kimi müəyyən edilir.

İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən olunur və bu əmsal yəni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyerinə nisbətini əks etdirir. Əsas fondların artma və təzələnmə göstəriciləri qarşılıqlı əlaqəli kəmiyyətlərdir: artma əmsalının yüksəlməsi təzələnmə əmsalının artmasına və eksinə, təzələnmə əmsalının artması artma əmsalının yüksəlməsinə səbəb olur.

Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyerinə nisbəti kimi hesablanır.




  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin