4.6. Dəyərin idarə edilməsi Dəyər faktoru layihənin həyata keçirilməsi və onun nəticələrinin dəyərləndirilməsi prosesində əsas göstəricilərdən biridir, bu səbəbdən dəyər layihələrin idarə edilməsində əsas obyektlərdən biri sayılır.
Dəyərin idarə edilməsi funksiyalarına layihə ilə bağlı çəkilən xərclər üzrə smetanın, maliyyələşdirmə və büdcə mənbələrinin müəyyənləşdirilməsi, pul axınının planlaşdırılması, gəlir və mənfəətin proqnozlaşdırılması, xərcə və pul vəsaitinin daxil olmasına nəzarət və xərclərin artımı ilə əlaqədar qərarların qəbul edilməsi daxildir. Bütün bunlar PMİ USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemdə öz əksini tapmışdır.
Dəyərin idarə edilməsinin başlıca vəzifəsi layihənin büdcə çərçivəsinə riayət olunması və onun həyata keçirilməsi nəticəsində nəzərdə tutulan gəlirin əldə edilməsidir. Qeyri-sabit iqtisadiyyatın hökm sürdüyü şəraitdə layihə üzrə yatırılan investisiyanın səmərəliliyinin təyin edilməsi metodları dəyərin idarə edilməsinin əsasında durmalıdır.
Dəyərin idarə edilməsi Dəyərin qiymətləndirilməsi və proqnozlaşdırılması
İqtisadi təhlil
İcranın real olması
Rentabellik və gəlir:
▪ Kapital qoyuluşu üzrə planlar
▪ İnvestisiyanın qaytarılması
▪ Birbaşa xərclər
▪ Pul axınını
▪ Risklərin təhlili
Maliyyə
Layihənin iqtisadi cəhətdən qiymətləndirilməsi
Layihədə investisiyanın həcmi:
▪ Qabaqcadan qiymətləndirmə
▪ Konsepsiya fazasında qiymətləndirmə
▪ Layihələndirmə dövründə qiymətləndirmə
▪ Təfərrüatı ilə qiymətləndirmə
▪ İstismara veriləndən sonra qiymətləndirmə
Gözlənilməyən xərclər üçün ehtiyatlar
İnflyasiyanın qeydə alınması
Proqnozlaşdırma:
▪ Təcrübəyə əsasən
▪ Hesabatlara əsasən
▪ Realizəetmə prosesində
İqtisadi-statistik metodlar:
Smeta və büdcə
İşlərin dekompozisiyası
Kodlaşdırma sistemi
Smetanın tərtib edilməsi:
▪ Məsrəflərin planlaşdırılması
▪ Dəyişikliklərin qiymətləndirilməsi
Pul vəsaitinin axını
Gözlənilməyən xərclər üçün ehtiyatlar
Əsas texniki-iqtisadi və dəyər göstəriciləri
Mühasibat uçotu sistemi
Maliyyələşdirmə qaydaları və yerinə yetirilən işlərin və xidmətlərin ödənilməsi
Dəyərə nəzarət
Təsnifatlar
Siyasət
Prosedurlar
İnformasiya sistemi və onun təsvir edilməsi
Gözlənilməyən xərclər üçün ayrılmış ehtiyatların idarə edilməsi
▪ Layihənin və planın dəyişdirilməsi
▪ Reklam işi
▪ Risk ehtimalı
▪ Ehtiyatlar
Smetanın və büdcənin monitorinqi
Kənaraçıxma hallarının təhlili:
▪ İnteqreal kənaraçıxmalar
▪ Hər bir vəziyyətin təhlil edilməsi
▪ Keçmiş dövrlərdəki kənaraçıxmalar
▪ Plan
Layihənin dəyərinin vəziyyəti haqqında hesabat
Layihənin dəyər göstəricilərinin təhlili
Dəyərin tənzimlənməsi üçün korrektor
Dəyər göstəricilərinin istifadə edilməsi:
Layihənin realizə təcrübəsi üzrə verilənlər bazası
Funksional vəzifələr sxemi
Layihə başa çatdıqdan sonra nəticənin və təcrübənin təhlil edilməsi və gələcək işlər üçün təkliflərin hazırlanması
Konsepsiyadan başlayaraq sona qədər bütün həyat dövrünün qiymətləndirilməsi
Funksional-dəyər və ümumi dəyərin təhlil edilməsi
Kompüter işləri:
▪ Tətbiqi məsələlər üçün verilənlərin bazası .