14.3 İnnovasiya fəaliyyətində layihələrin və proqramlarıninvestisiya cəlbediciliyi
İnnovasiya layihələrinin və proqramlarının investisiyacəlbediciliyi amillərini şərti olaraq 2 qrupa bölmək olar: maliyyə -iqtisadi və iqtisadiyyatdan kənar. Əksər hallarda investoru cəlb edənmaliyyə göstərici İlərinin yüksək olmasıdır. Lakin elə hallar da olurki, innovator yeniliyin iqtisadi baxımdan bilavasitə cəlbediciolmamasına baxmayaraq həmin yeniliyi reallaşdırmağa məcburdur. Məsələn, ekoloji tədbirlər demək olar ki, həmişə mənfi maliyyəgöstəricilərinə malikolduğuna baxmayaraq öz yüksək imicinin qeydinə qalan sənayefirmaları bu sahədə fəal iş aparırlar. İnnovasiyaların investisiya cəlbediciliyinin iqtisadiyyatdankənar digər amillərinə həm sonradan praktiki reallaşdırma üçünideyanın, həm də innovator müəssisənin sahəvi mənsubiyyətigöstərmək olar. İnnovasiya layihəsi son dərəcə cəlbedici olduğu haldaonu yalnız bu səbəbdən rədd edə bilərlər ki, innovator – firmanınlayihə reallaşdırılacaq sahədə kifayət qədər iş təcrübəsi olmasın. Yaxud əksinə, əgər sahələrarası diversifıkasiya- dan söhbət gedirsəfirma bazarın alternativ seqmentlərini axtarmağa məcbur olur. Keçiddövrü üçün səciyyəli dəyişikliklər şəraitində Rusiyada öz bazarseqmentini tələbata müvafiq olaraq operativ şəkildə dəyişməyə nailolmuş təşkilatlar maliyyə - təsərrüfat baxımından daha yaxşıvəziyyətdə oldular. Məsələn, “QAZ SC”-nin rəhbərliyi böyük tonnajlıyük avtomobillərinə - tələbatın böhranlı dərəcədə azalacağınıvaxtında hiss etmiş və “ZİL SC” - nin ali menecmenti tərəfindən buproqnoza məhəl qoyulmamışdır. Nəticədə Qorki Avtozavodununişçiləri “Qazel” markalı yenipopulyar mikroyük maşını ilə bazarınyeni seqmentini ələ keçirmiş və özünün ödənmə qabiliyyətinisaxlamışdır. Moskva Avtozavodunda isə böyük tonnajlı yükavtomobillərinin buraxılışı davam etmiş, lakin onlara tələbatolmamışdır. Bazar seqmentinin dəyişməsi yalnız dörd ildən sonra başverdi və rəqabət üstünlüyü itirildi. 1997 - ci İlin ortalarında “ZİL SC”- nin maliyyə vəziyyətinə görə onun müflisləşməsi haqqında qərarqəbul etmək lazım gəldi. Sahə üzrə investisiya cəlbediciliyi innovator – firmanınstrategiyası ilə müəyyən edilir. Buna görə də novasiyalar bazarındayeniliyin rəqabət qabiliyyətini təmin etmək üçün sahə üzrə marketinqtəhlili aparılır, sahəyə görə investisiya cəlbediciliyinin müxtəlifreytinqləri yaradılır. İnnovasiyanın investor üçün cəlbediciliyini müəyyən edənmühüm qeyri - iqtisadi amil innovatorun imici və nüfuzudur. İnvestisiya cəlbediciliyi iqtisadi baxımdan həm innovasiyanındaxili xarakteristikaları (investisiyaların gəlirliliyi, layihənin həyatakeçirilmə müddəti və s.), həm də maliyyə resurslarının və onlarınmənbələrinin cəlb olunması şərtləri ilə müəyyən edilir. İnnovasiya fəaliyyətinə investisiya qoyulması həm məxüsusi,həm də cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilə bilər. İndikidövrdə Azərbaycan Respublikasının müəssisələri üçüninvestisiyaların əsas mənbəyi onların öz mənfəəti və amortizasiyaayırmalarıdır. Bundan əlavə innovasiya fəaliyyəti üçün investisiya fondu natural formada və ya sponsorların maliyyə köməti şəklində təmənnasız sərmayə qoyuluşları hesabına genişləndirilə bilər. Qərbdə şirkətin xüsusi vəsaitlərinin artırılmasının ən populyar üsulu səhmlərin emissiyasıdır. Lakin, xüsusi vəsaitlərin başqa mənbələrindən fərqli olaraq, bu resurs puludur, çünki səhmdarlar səhm almaqla dividentlərini gözləyirlər. Dividentlərin məbləğinin kifayət qədər olmaması ona gətirib çıxara bilər ki, innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üçün buraxılmış yeni səhmləri yerləşdirmək mümkün olmasın. Ölkəmizdə korporativ münasibətlər hələ formalaşmaqda davam edirlər. Bu səbəbdən də innovasiya fəaliyyəti üçün qiymətli kağızların emissiyası çox nadir hallarda həyata keçirilir.
Faizsiz ssudalar müstəsna olmaqla, cəlb edilmiş kapitalqaytarılmaq, müddətlilik və pulluluq şərtləri daxilində verilir, yənikapitalın bu növü müxtəlif formalı kreditlər deməkdir.Kreditvermənin ənənvi forması ilə yanaşı innovasiya fəaliyyətindəlizinq, forfeytinq və françayzinq də geniş yayılmışdır.
Lizinq dedikdə maşın və avadanlıqların 20 ilə qədəruzunmüddətli icarəsi başa düşülür. Bu halda icarəyə verən özhesabına zəruri avadanlıq alır və onu icarəçiyə icarəyə verir.Avadanlıq üzərində mülkiyyət hüququ onu icarəyə verəndə qalır.Lizinq müqaviləsinin müddəti başa çatdıqda, icarəçi icarəyəgötürdüyü əmlakı icarəyə verənə qaytarmaq və ya lizinq obyektiniqalıq dəyəri ilə satın ala bilər. İcarəyə götürülmüş əmlakın istismardaolduğu bütün müddətdə icarəçi həmin əmlakdan istifadə edilməsinəgörə haqq ödəyir. Buraya əmlakın amortizasiyası və icarəyə verəningəliri daxildir.