Cəlb olunan kapitalın qiyməti daxili və xarici amillərdənasılıdır. Daxili amillərə ilk növbədə innovatorun işgüzarreputasiyasını aid edirlər. Firmanın işgüzarreputasiyasına təkcə onunfəaliyyətinin maliyyə göstəriciləri deyil, həmçinin aşağıdakılar datəsir göstərir: 1. Ali menecmentin nüfuzu 2. Tərəfdaşlarla və rəqiblərlə yaranmış qarşılıqlı münasibətlərsistemi 3. imic 4. Siyasi dəstək və s. Cəlb olunan kapitalın qiymətinə təsir edən xarici amillərbunlarla müəyyən olunur: • makroiqtisadi situasiya (inflyasiya səviyyəsi, Mərkəzi Bankınyenidənmaliyyələşdirmə stavkası, ÜMM- un artım tempi və s.): • dövlətin investisiya siyasəti; • maliyyə bazarında situasiya. Kapitalın qiyməti innovasiya layihəsinin gəlirliliyinin aşağısəviyyəsini -innovasiyaya mənfəət normasını müəyyən edir.Beləliklə, innovator layihənin reallaşdırılmasının başlanmasıhaqqında qərarlar qəbul etməklə aşağıdakı amilləri nəzərə almalıdır: • xüsusi kapitalın qiymətini; • cəlb edilmiş kapitalın qiymətini; • kapitalın strukturunu (xüsusi və cəlb edilən vəsaitlərinnisbəti). Bu amillərin kapitalın qiymət göstəricisində inteqrasiyası -innovasiya layihəsinin investisiya cəlbediciliyinin müəyyən edilməsiüçün baza hesab edilir.